Super User
Zaqatalaya gəzməyə gələn 11 yaşlı yeniyetmə xəstəxanada vəfat edib…
Zaqatalada bədbəxt hadisə yaşanıb. Ailəsi ilə rayona gəzməyə gedən 11 yaşlı yeniyetmə dünyasını dəyişib. İmişli rayon sakini Dəniz Nuri zəhərlənmə diaqnozu ilə Rayon Mərkəzi xəstəxanasına daxil olub. Tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı bəzi təfərrüatlar da məlum olub. Belə ki, əslən İmişli rayonundan olan 11 yaşlı qız ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb. Zaqatalaya gəlməzdən əvvəl onlar Tovuz və Şəki rayonlarında olublar. Yeniyetmənin səhhətində olan problemlərlə bağlı Tovuz və Şəki rayonlarının xəstəxanalarına da müraciət olunub. Daha sonra isə Zaqatalanın Bəhmətli kəndinə qonaq gəliblər. Bu gün saat 11 radələrində uşağın səhhətində olan problemlərlə bağlı ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının təcilli yardım şöbəsinə müraciət olunub. O, xəstəxanaya daxil olduqdan 20-25 dəqiqə sonra bioloji ölüm qeydə alınıb. Faktla bağlı araşdırma aparılır.
Xalq artisti Cavan Zeynallı və Zaur Rzayev Xeyirli axşamlarda 06.07.2023
Psixoloq və psixoterapevt Fidan Abdullayeva Həkimcanlıda 06.07.2023
Uşaq İncəsənət festivalının ikinci mərhələsi davam edir...
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalının ikinci mərhələsinə start verilib.
Müsabiqənin ikinci mərhələsi Azərbaycan Respublikasının 14 iqtisadi-coğrafi rayonunun 14 şəhəri üzrə 26 məntəqə üzrə, o cümlədən İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mədəniyyət Mərkəzi və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində keçirilir.
Festivalın münsif heyətinə hər nominasiya üzrə üç nəfər mütəxəssis cəlb olunub. Bölgənin peşəkar incəsənət ustalarından ibarət münsiflər heyətinin iştirakı ilə 15 nominasiya üzrə qiymətləndirilmə aparılacaqdır. Festivalın final mərhələsi sentyabr ayında Bakıda keçiriləcək. Finalın yeri, tarixi və vaxtı festivalın rəsmi internet portalında, eləcə də kütləvi informasiya vasitələrində elan olunacaq. Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş, fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi hüququ qazanacaq.
İpək Yolu XII Beynəlxalq Musiqi Festivalı davam edir..
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı davam edir. Festival çərçivəsində Qazaxıstan Respublikasının Ükili Ibıray adına Akmolin vilayət filarmoniyasının “Aynakol” folklor və “Qəkku” rəqs ansambllarının konserti olub.
Şəkidə serialın çəkilişlərı davam edir...
Gənc aktyorların və peşəkar kollektivin ərsəyə gətirəcəyi serial oktyabrdan tamaşaçıların ixtiyarında olacaq. Şəkidə OksiMedia və vaytrup prodakşının birgə layihəsi olan “Sara” serialının çəkilişlərinin aparıdığı məkanda gərgin işrejimi müşahidə etdik. Yaradıcı heyət maraqlı sujet xətti olan, gənc aktorların da rol aldığı serialın tamaşaçıların zövqünü oxşayacağına inanir. Qeyd edək ki, seralın çəkilişlərində şəkili aktyorlar da iştirak edir. ərdə tutulub. Ümumilidə serialda məkan kimi Şəkinin tarixi ərazilərinə üstünlük veriləcək.
Eşitməyən qalmasın 06.07.2023
Serial çəkilişləri davam edir…
Böyük bir komandanın çalışdığı layihədə çəkilişlər gözləniləndən daha sürətli gedir. İşlər bu sürətlə gedərsə çəkilişlər daha tez yekunlaşa bilər. Film heyəti işlərin axarında getməsində Şəki və şəkililərin xüsusi rolunun olduğunu qeyd edirlər. Qeyd edək ki, hazırda çəkiliş Şəkinin Qoxmuq kəndində aparılır. Həmçinin, Kiş kəndi və Şəki şəhərində də seriyaların çəkilməsi nəzərdə tutulub. Ümumilidə serialda məkan kimi Şəkinin tarixi ərazilərinə üstünlük veriləcək.
“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı davam edir
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində musiqisevərlərə “Zəfər” muğam ansamblının konserti təqdim olunub. Dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi Şəki Xan Sarayının qarşısında keçirilən konsertdə şəhər rəhbərliyi, festivalın təşkilatçı qurumlarının nümayəndələri, musiqisevərlər iştirak ediblər. Konsertin əvvəlində ansamblın fəaliyyəti barədə məlumat verilib. Ardınca Ustad xanəndə, Əməkdar incəsənət xadimi Aqil Məlikovun, xanəndələr Vəfa Vəzirovanın, Hüseyn Məlikovun təqdim etdikləri xalq və bəstəkar mahnıları, muğamlar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. İfaçıları tarda Rüstəm Müslümov, kamançada Elnur Salahov, balabanda Pərviz Mirzəyev, nağarada Səyyar Teymurov müşayiət ediblər.Uğurla başa çatan konsertin sonunda kollektivə festivalın xatirə hədiyyəsi təqdim olunub. Axşamsaatlarında isə musiqisevərlərə Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblının konserti təqdim olunub. “Yuxarı Karvansaray” mehmanxana-kompleksində keçirilən konserti festivalın təşkilatçı qurumlarının rəhbərləri, Lianşan-İy Muxtar Vilayətindən gəlmiş qonaqlar və şəkili musiqisevərlər izləyiblər. Əvvəlcə məlumat verilib ki, Çin Xalq Respublikasının Lianşan-İy Muxtar Vilayətinin ansamblı 1956-cı ildə yaradılıb. Ansambl dünyada sülhün, mədəni inteqrasiyanın və milli birliyin möhkəmləndirilməsinə böyük töhfə verir. Daha sonra ansamblın təqdim etdiyi musiqi nömrələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Konsertin sonunda kollektivə festivalın simvolu təqdim edilib.
Zaqatala çayının yığımına başlanılıb
Zaqatalada artıq bir neçə gündür ki,çay yığımına başlanılıb.Erkən yazın yağmurlu keçməsi yığımı bir qədər ləngitsə də məhsuldarlığa müsbət təsir göstərib. Sovet dönəmində rayonda 100 hektara yaxın ərazidə çay becərilirdisə, indi məhsulverən çay plantasiyasının ərazisi cəmi 15 hektara yaxındır. Çay sahələrinin azalması əldə olunan ümumi məhsulun da azalmsına gətirib çıxarıb. O dövrlər 70 tona yaxın quru çay emal edilən Zaqatalada ötən il cəmi 4 ton quru çayın emal edilib. O da havaların əlverişli keçməsi və edilən qulluğun hesabına. Bu il isə məhsuldarlığın bir qədər atrıq olacağı gözlənilir. Buna səbəb, quraq keçən yay aylarında sahələri suvara bilmək üçün suvarma sisteminin qurulmasıdır. Vaxtı ilə öz keyfiyyətinə görə nəinki Azərbaycanda, dünyada tanınan Zaqatala çayının bu gün də yerli və xarici bazarda yetərincə alıcısı var. Hal-hazırda rayonda bir kiloqram quru çayın qiyməti 25-35 manat aralığında dəyişir.