Haqqımızda

   2008-ci ilin 29 dekabrından Şəki və ətraf rayonlarda yayım həyata keçirən Kanal S televiziyası 2012-ci ildə Milli Televiziya və Radio Şurasının verdiyi lisenziyaya əsasən 28 yanvar 2021-ci ildən artıq peyk yayımına da start verdi. Bu müddət ərzində maddi-texniki bazasını gücləndirməklə məşğul olan kanal artıq bütün standartlara cavab verən yayım həyata keçirmək gücündədir. "Sizdəyik" sloqanını əsas götürərək məqsədimiz bölgələrin, rayon və şəhərlərimizin təbliği, Azərbaycanda güclü turistik potensialı olan məkanların, kənd təsərrüfatının və digər infrastrukturların tanıdılmasıdır. Hazırda kanalda 121 əməkdaş çalışır və 14 veriliş istehsal olunur.

_____________________________________________________________________________________________________________________________________________________

 

REDAKSİYA SİYASƏTİ VƏ PEŞƏ ETİKASI QAYDALARI

 

Missiyamız həqiqətə xidmət, dəqiqlik və obyektivlikdir. Hazırladığımız keyfiyyətli,fərqli televiziya məhsulları ilə bilgiləndirir, maarifləndirir və əyləndiririk. Ədalətli olmaq əsas prinsipimiz, ali məqsədimiz isə həqiqəti yaymaqdır. Biz “Kanal S” MMC-nin redaksiya siyasəti və peşə etikası qaydalarına, Azərbaycan Respublikasının qanunlarına əməl olunmaqla hər bir əməkdaşının hüquqlarının tanındığı və peşəkar fəaliyyət göstərdiyi bir məkana çevrilməsini istəyirik. Orijinal və yaradıcı kontent, yüksək redaksiya dəyərləri ilə fərqlənməyə çalışırıq. Peşə ləyaqətini, oxucu, dinləyici və tamaşaçıların etibarını, təmsil etdiyimiz televiziyanı nüfuzunu yüksək tutmaqla bu prinsiplərə bağlılığımızın həm də vətəndaşlıq öhdəliyimiz olduğunu qəbul edirik.

 

DƏYƏRLƏRİMİZ 

Hazırladığımız bütün teleməhsulların mərkəzində ictimai maraq dayanır;
Auditoriyamız qarşısında cavabdehik və onlarla davranışda ədalətli və açıq olmağa çalışırıq;
Məlumatı dəqiqləşdirmədən və düzgünlüyünə əmin olmadan təqdim etmirik;
Müstəqil, tərəfsiz, obyektiv və qərəzsiz olmalıyıq;
Fərqli baxışların ola biləcəyini qəbul edirik;
Yaradıcı olmalı və yenilik etməkdən çəkinməməliyik;
Uğur qazanmaq üçün komanda işinin gücünə inanırıq.

 

ƏSAS PRİNSİPLƏRİMİZ

REDAKSİYA MÜSTƏQİLLİYİ

Doğru informasiyanı çatdırmağımıza mane olacaq və işimizə xələl gətirəcək kənar maraqların təsir dairəsinə düşməməli, qərarlar qəbul edilərkən şəxsi, siyasi maraqlar əsas götürülməməlidir. 

 

ETİBARLILIQ

Əsas prinsipimiz güvənli informasiya mənbəyi olmaqdır. Dəqiqlik, obyektivlik və balanslılıq tələblərinə sadiq olmalıyıq. Böhtana, təhqirə və nifrət çıxışlarına yol verməmək, həqiqəti əks etdirməyən, eləcə də cəmiyyətdə çaşqınlıq yaradacaq informasiya verməkdən çəkinmək lazımdır. 
Dəqiqləşdirmə aparmadan və ya bilərəkdən yanlış informasiyanın yayılması, eləcə də sensasiya məqsədilə məlumatların şişirdilməsi yolverilməzdir.
Birgə işləmək üçün tamaşaçıların bizə inanması vacibdir.

 

HƏQİQƏTƏ XİDMƏT VƏ DƏQİQLİK

İstehsal etdiyimiz teleməhsulların kontentinin doğru olduğuna əmin olmalıyıq. Əsas faktları təqdim etməklə yanaşı, həqiqətə çatmaq üçün digər detallar da araşdırılmalıdır. Materiallarımız sağlam dəlillərə əsaslanmalı, aydın və dəqiq dillə təqdim edilməlidir. Şərhlər elə ifadə edilməlidir ki, tamaşaçı onu xəbərdən ayıra bilsin və bunun məhz müəllifin mövqeyi olduğunu anlasın. 
Teleməhsul hazırlayanlar müstəqil xəbər toplamaq və vicdanla yaymaq azadlığını, ədalətli şərh və tənqid hüququnu müdafiə etməlidirlər. 
Xəbəri təcili hazırlama və çatdırma qayğısı heç bir halda məlumat və mənbələrin dəqiqliyinin yoxlanılmamasını, eləcə də qarşı tərəfin cavab vermək hüququnun məhdudlaşdırılmasını əsaslandıra bilməz.

 

QƏRƏZSİZLİK

Obyektiv olmaq üçün bütün tərəflərin mövqeyinə və fikir müxtəlifliyinə önəm verilməlidir. Məsələləri birtərəfli işıqlandırmamalı, faktlara və sübutlara əsaslanmalıyıq.
Teleməhsul hazırlayanlar müsahiblərin ləyaqətinə hörmət etməli, onları nəyisə deməyə məcbur etməməli və yönləndirməməli, onları müsahibənin, səs yazısının və ya alınan məlumatın yayımlanacağı ilə bağlı məlumatlandırmalıdırlar. 
Məlumatların  - sənədlər, video və ya şəkillərin əldə olunmasında yalnız ədalətli üsullardan istifadə edilməlidir. Teleməhsul hazırlayanlar özünü qarşı tərəfə aydın şəkildə təqdim etməlidirlər. İctimai əhəmiyyət kəsb edən və başqa üsulla toplanması qeyri-mümkün olan məlumatların əldə edilməsi halları istisna olmaqla, gizli şəkildə audio və video çəkilişlərdən çəkinilməlidir. 

 

ƏDALƏT 

İstehsal edilən teleməhsullarda ədalət, dürüstlük, şəffaflıq prinsipləri pozulmamalıdır. 
Dolğun faktlara əsaslanaraq hadisələrə münasibətdə sağlam tənqidi yanaşma ortaya qoyulmalıdır. 

 

ŞƏFFAFLIQ 

Məlumat açıq formada təqdim edilməli  və mənbələr göstərilməlidir. 
Məlumat azadlığına, şəffaflığa, ədalətliliyə və plüralizmə xələl gətirilməməlidir. 
Saxta müsahib və ya qurama şikayətçi vasitəsilə ictimai fikirdə anlaşılmazlıq yaradılması, yaxud öz fikirlərini başqa real şəxsin mülahizəsi kimi təqdim edilməsi yolverilməzdir. 

 

İCTİMAİ MARAQLARA XİDMƏT 

Dövlətçiliyə və cəmiyyətin həssas yanaşdığı dəyərlərə zidd hərəkətlər yolverilməzdir. 
Teleməhsul hazırlayanlar dövlət rəmzlərinə hörmətlə yanaşmalı, dövlət dilinin normalarına riayət etməlidirlər.
Teleməhsul hazırlayanlar ictimai maraq doğuran bütün məsələlərə həssas yanaşmalı, həqiqətin ortaya çıxmasına çalışmalıdırlar.
İnsanların heysiyyatına və inanclarına toxunulmamalıdır. 
Tamaşaçılardan gələn zəng, məktub və digər müraciətlərə biganə yanaşılmamalıdır.

 

ZƏRƏR VƏ TƏHQİR 

Hazırladığımız bütün məhsullarda insanların şərəf və ləyaqətinə, şəxsin həyatın toxunulmazlığı prinsiplərinə hörmətlə yanaşılmalıdır. Hər şeyi olduğu kimi göstərmək mühümdür. İnformasiyanı təqdim edərkən kimisə təhqir etmədiyimizdən əmin olmalıyıq. Təhqir və nifrət çıxışlarına, zorakılıq və cinayətin təbliğinə yol verilməməlidir. Jurnalist materiallarda vulqar ifadələrin, jarqonların işlədilməsindən çəkinməlidir.
Hazırlanan teleməhsulda şəxs və ya şəxslərin məqsədli şəkildə gözdən salınmasına cəhd göstərilməməli, insanlar “söz oyunu” ilə lağa qoyulmamalı, əqli və ya fiziki məhdudiyyətləri qabardılmamalıdır. Xüsusilə də, həssas qrupa aid olan insanlara zərər vurulmaması diqqətdə saxlanılmalıdır. 

 

HƏSSAS MÖVZULARA YANAŞMA 

Uşaqların təhlükəsizliyi və rifahı hər şeydən önəmlidir. Uşaqlarla bağlı materiallar hazırlanarkən həssaslıq nümayiş etdirilməlidir. Kontentdə yer alan uşaq və yeniyetmələrin hüquqları qorunmalı, psixoloji və emosional vəziyyətləri nəzərə alınmalıdır. 
Valideyn və ya qanuni himayəçilərinin icazəsi olmadan uşaqlardan müsahibə götürməyə səy göstərməməli və onlar görüntülənməməlidir. 
Uşağa qarşı cinsi xarakter daşıyan cinayətlə bağlı məlumatda uşağın kimliyi gizli saxlanılmalıdır.
Parapsixologiya, mövhumat və xurafatın təbliğinə yol verilməməlidir. 
İntihar və intihara cəhdlə bağlı xəbərlərin təsviri təqlid hissi oyatmamalı, mövzuya xüsusi həssas yanaşılmalıdır.
Mövzu ilə birbaşa əlaqəli deyilsə, insanların irqi, rəngi, dini, cinsi oriyentasiyası, fiziki, ruhi xəstəliyi və ya əlilliyi ilə bağlı məqamlar qabardılmamalıdır. 
İnsanların dini inanclarına, heysiyyatına toxunacaq məzmuna yol verilməməlidir. 
Terrorizmin, zorakılığın və qəddarlığın təbliğinə yol verilməməlidir.
Terror hadisəsini şişirdən, terrorçuların məqsədinə xidmət edə biləcək qorxu effekti yaradan, terroru təbliğ edən və terror hərəkətinə bəraət qazandıran  yayımlara yer verilməməlidir.
Vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlarla bağlı məsələlərə həssas yanaşılmalıdır.
Sağlamlığın və ətraf mühitin qorunmasına zidd hərəkətlər təbliğ olunmamalıdır. 

 

ŞƏXSİ HƏYATIN TOXUNULMAZLIĞI VƏ MƏXFİLİK

İnsanların şəxsi həyatının toxunulmazlığına hörmət edilməlidir. 
İnsanlar millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerə görə pislənməməli, onlar haqqında bu qəbildən olan bilgilər qabardılmamalıdır. 
Əgər ictimai fiqur ictimai həyatı ilə uzlaşmayan fəaliyyət göstərirsə, jurnalistlər korrupsiya, qanun pozuntuları, cinayət əməlləri və s. kimi ictimai əhəmiyyət doğuran hallarla bağlı informasiya toplaya və yaya bilərlər. 
Cinayətdə şübhəli bilinən şəxsin təqsirsizlik prezumpsiyası hüququna hörmətlə yanaşılmalı, o, cinayətkar kimi yox, şübhəli və ya təqsirləndirilən şəxs kimi təqdim edilməlidir. 
Dövlət qurumunun rəsmi açıqlaması istisna olmaqla, bədbəxt hadisələr və ya cinayət nəticəsində zərər çəkmiş şəxslərin razılığı olmadan onların adları açıqlanmamalı, görüntüləri efirə verilməməlidir. Bu məlumat yalnız zərərçəkənin ictimai fiqur olduğu hallarda açıqlana bilər.
18 yaşı tamam olmamış uşaqlar və yeniyetmələr hər hansı xoşagəlməz hadisənin iştirakçısı olarsa (cinayət törədibsə və ya zorakılıq hallarına məruz qalıbsa), həmin şəxsin adı açıqlanmamalı və üzü açıq şəkildə efirə verilməməlidir. 

 

GENDER AYRI-SEÇKİLİYİNƏ YOL VERİLMƏMƏSİ 

Əməkdaşlar öz fəaliyyətlərində vətənpərvərlik borcunu yerinə yetirməli, başqa xalqların milli mədəniyyət nümunələrinə, dilinə, dininə hörmətlə yanaşmalı, ayrı-seçkiliyə yol verməməlidir. İnsanları millətinə, irqinə, cinsinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdırlar. Cinsi ayrı-seçkilik yaradan üslubdan qaçmalı, ehtiyac olmadığı təqdirdə, şəxsin cinsi mənsubiyyəti qabardılmamalıdır. Teleməhsul hazırlayanlar gender stereotiplərinin təbliğatçısına çevrilməməlidirlər.  
Telekanalda çalışan heç bir əməkdaş cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə məruz qalmamalı, kişi və qadın əməkdaşlara bərabər hüquqlar və imkanlar yaradılmalıdır. 

 

XƏBƏR VƏ ŞƏRHİN FƏRQLƏNDİRİLMƏSİ 

Xəbər və şərh fərqləndirilməli, mənbəyi aydın təqdim olunmalıdır. 
Jurnalist sitat gətirdiyi fikri təhrif etməməlidir.  
Jurnalist öz şərhində peşə etikası qaydaları və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmamalıdır.
Reklam materialları redaksiya və müəllif materiallarından fərqləndirilməli və bunun reklam olduğu xüsusi qeyd edilməlidir.
Faktın izahı zamanı “qurama” kimlikdən istifadə olunduqda, şərti adla təqdim olunan şəxsdən bəhs edildikdə və ya hadisə səhnələşdirildikdə bu məqam xüsusi yazı və ya kadrarxası mətnlə açıq şəkildə göstərilməlidir. 

 

İNFORMASİYA QAYNAQLARI İLƏ İŞ

Teleməhsullarda təqdim olunan informasiyalarda etibarlı və şəffaf mənbələrə istinad edilməlidir. 
Jurnalist mənbələrdən aldığı informasiyanın mötəbərliyini yoxlamalı, uyğun olduqda efirə verməli və gizli mənbələrin məxfiliyini qorumalıdır. 
İnformasiyanı, sənədlərə və digər qaynaqlara əsaslanan faktları bu və ya başqa üsulla təhrif etmək və ya qəsdən dəyişdirmək yolverilməzdir.
Açıqlamalar heç bir halda kontekstdən çıxarılmamalı və təhrif edilməməlidir. 
Faktoloji məlumatlar azı iki fərqli və bir-birindən asılı olmayan mənbədən dəqiqləşdirilməlidir. 
Bilgi verən şəxs və ya hadisə şahidləri adının gizli saxlanması şərtini irəli sürürsə, buna mütləq əməl edilməlidir. Redaktorlar gizli mənbələri qiymətləndirmək məqsədilə onlar barədə məlumatı müxbirdən istəyə bilərlər. 
Mənbə tam gizli qalmaq istədiyi halda, verilən məlumat yalnız ictimai əhəmiyyət kəsb edəcəyi təqdirdə və digər alternativ mənbələr tərəfindən təsdiq edilərsə, yayımlana bilər. Gizli mənbə yalnız məhkəmənin qərarı ilə açıqlana bilər. 

 

TƏKZİB VƏ DÜZƏLİŞ 

Efirə verilən materiallarda faktların doğruluğuna tam əmin olmaq lazımdır. Materialda səhv və yanlışlıq ortaya çıxarsa, onun aradan qaldırılmasına çevik reaksiya verilməli,  səhv və düzgün variant aydın, operativ şəkildə izah edilməlidir. 
Səhvlərimizi qəbul etməli, onlardan dərs çıxarmaq üçün əlimizdən gələni əsirgəməməliyik. 
Səhvə yol vermiş müəllif dərhal qüsurun qarşısını ala biləcək tədbirlər görməli, mənəvi ziyan çəkmiş şəxs və ya şəxslərdən üzr istəməlidir. 
Təkzib verilməsinin prinsip və detalları ilə bağlı ortaya çıxan məsələlərin aydınlaşdırılması üçün Azərbaycan Respublikasının “Media haqqında” Qanununa istinad olunmalıdır.

 

RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYAYA YOL VERİLMƏMƏSİ 

Söz və mətbuat azadlığından şəxsi məqsədlər üçün sui-istifadə edilməməlidir.
Teleməhsul hazırlayanlar yaydıqları və ya yaymadıqları məlumatlarla haqsız üstünlük və ya şəxsi mənfəət əldə etməkdən çəkinməlidirlər.
Reklam xarakteri daşımayan teleməhsullarda gizli və ya açıq reklama yol verilməməlidir.
Müəyyən maraqlar qarşılığında şəxs və ya şəxslərin, eləcə də ayrı-ayrı qurumların təbliğatı aparılmamalıdır.
Biznes və ya digər qurumlarla informasiya “alver”indən, eləcə də bazar manipulyasiyasından çəkinmək lazımdır.
Rüşvət kimi görünən heç bir davranış şəkli qəbuledilən deyil. Görülən və ya görülməsi istənilən işə görə rüşvət almaq peşə etikasının pozulmasıdır və qanunvericiliyə uyğun məsuliyyət yaradır.
 Heç bir halda peşə fəaliyyətinə görə hədiyyə qəbul edilməməli, ictimaiyyətə açıq olmayan tədbirlərə dəvətlər qəbul olunmamalıdır.
Teleməhsul hazırlayanlar cəmiyyəti dəqiq informasiya ilə təmin etmək qabiliyyətinə mənfi təsir göstərə biləcək hər hansı şəxsi, siyasi və ya maliyyə xarakterli həvəsləndirmələr qəbul etməməli, qiymətli hədiyyə almamalı, yaxud özünə pulsuz xidmət göstərilməsinə şərait yaratmamalıdır. 
Teleməhsul hazırlayanlar peşə statusundan digərlərinə qarşı istifadə etməməli, birbaşa şəxsi maraqlarının olduğu məsələlər barədə teleməhsul hazırlamaqdan çəkinməlidirlər. 
Teleməhsul hazırlayanlar üzərinə özünün və həmkarlarının peşəkar fəaliyyətinin məhdudlaşdırılmasına yönəlmiş heç bir öhdəlik götürməməlidirlər. 
İctimai əhəmiyyətli informasiyanın yayılmasına hər hansı şəkildə mane olunması qəbuledilməzdir.

 

MÜƏLLİF HÜQUQLARININ QORUNMASI

Müəllif hüquqlarının pozulması və plagiat yolverilməzdir. Teleməhsul hazırlayanlar müəlliflik hüquqlarına və əqli mülkiyyət hüquqlarına dair sənədlərin şərtlərinə hörmətlə yanaşmalıdırlar. 
Jurnalist başqasının əvəzinə material hazırlamamalıdır. 
Digər media subyektinin materialından istifadə edərkən istinad olunması vacibdir. 
Jurnalist videomaterialında özünün gördükləri ilə digər mənbələrdən əldə etdiyi məlumat və görüntüləri aydın formada fərqləndirməlidir.
Alınmış müsahibənin hansı şəkildə yayımlanacağı ilə bağlı tələb olarsa, jurnalist müsahibə bu barədə öncədən məlumat verməlidir.
Şəxsi xarakter daşıyan məktublar, sosial şəbəkədə açıq şəkildə paylaşılmayan məzmunlar yayımlanarkən müəllifdən, göndərən şəxsdən və ya həmin şəxsin varislərindən icazə alınmalıdır.
Telekanal üçün hazırlanmış məhsul rəhbərliyin razılığı olmadan başqalarına təklif edilə bilməz. 
Kamera, mikrofon və digər avadanlıqlar kimi, tədqiqat və ideyalar kimi əqli mülkiyyətin də qorumasına görə hər bir əməkdaş məsuliyyət daşıyır. 
Redaksiyanın sirri kimi qorunan məlumatların yayılması qadağandır.

 

PEŞƏ HƏMRƏYLİYİ

Jurnalist heç vaxt özünün peşə şərəfini unutmamalıdır. Həmkarının etibarından sui-istifadə etməməli, peşə borclarının icrasına mane olmamalıdır.
Jurnalist peşə həmrəyliyi prinsiplərinə sadiq qalmalıdır.
Yaradıcılıq rəqabəti istisna olmaqla, başqa səbəblərdən digər həmkarlara peşə borcunu yerinə yetirməyə qəsdən mane olunması yolverilməzdir.
Teleməhsul hazırlayanlar yaradıcı müzakirələr istisna olmaqla, həmkarlarını, eləcə də rəqib media strukturlarını pisləməməli, imicinə və işgüzar nüfuzuna xələl gətirən addımlar atmamalıdırlar.
Teleməhsul hazırlayanlar kütləvi informasiya vasitələrində rəqib media qurumları və telekanalları, eləcə də onların rəhbərliyi və simaları haqqında peşə etikasından kənar, onların nüfuzuna xələl gətirən, təhqiredici açıqlamalarla çıxış edə bilməzlər.
Teleməhsul hazırlayanlar yalnız rəhbərliyin razılığını aldıqdan sonra digər media subyektlərinə müsahibə verə bilərlər. 

 

SOSİAL MEDİADA DAVRANIŞ 

Biz insanların nəyə maraq göstərdiyini öyrənmək üçün sosial şəbəkələrdən aktiv istifadə edirik. 
Teleməhsul hazırlayanlar sosial şəbəkə hesabında  “Kanal S” MMC-yə daxil olan telekanallarda çalışmasına dair hər hansı məlumatı qeyd etdiyi andan etibarən status, şərh, foto və paylaşımlarında qurumun maraqlarını nəzərə almalı və peşə etikası qaydalarına riayət etməlidirlər.   
Sosial şəbəkələrdən götürülmüş audio, foto, video və digər materiallar yayımlanarkən həmin materialda olan və onu açıq paylaşıma açmayan şəxslərin maraqları, onların şəxsi həyatına hörmət prinsipi nəzərə alınmalıdır. 
Sosial şəbəkələrdən götürülmüş informasiyanın “fake” – saxta olmamasına xüsusi diqqət yetirilməli, azı iki mənbədən dəqiqləşdirdikdən sonra efirə verilməlidir. 
Teleməhsul hazırlayanlar yayımlanmamış materialı rəhbərliyin icazəsi olmadan sosial şəbəkələrdə yerləşdirməməli və müzakirə predmetinə çevirməməlidirlər. 
Teleməhsul hazırlayanlar sosial mediada rəqib media qurumları və telekanalları, eləcə də onların rəhbərliyi və simaları haqqında peşə etikasından kənar, onların işgüzar nüfuzuna xələl yetirən hərəkətlər edə bilməzlər. 
Teleməhsul hazırlayanlar öz adı və ya başqa adla istifadə etdiyi sosial media hesabına şirkətin teleməhsullarını icazəsiz yükləyə və bundan gəlir məqsədilə yararlana bilməzlər. 
Teleməhsul hazırlayanlar öz adı və ya başqa adla istifadə etdiyi sosial media hesabına şirkətin məhsullarını icazə almaqla yükləyərkən videomaterialların üzərinə müvafiq loqo vurmalı, müəlliflik hüququ ilə bağlı tələblərə əməl etməlidirlər.    

 

DRES-KOD

Efir simaları telekanalın bu sahəyə cavabdeh şəxslərinin uyğun bildiyi geyimlərdə efirə çıxmalıdırlar.
Rəsmi çəkiliş və müsahibələrə yollanan çəkiliş qrupları qarşısında rəsmi geyim üslubu tələbi qoyula bilər. 
Gündəlik geyim tərzini hər kəs öz zövqünə uyğun tənzimləyə bilər. 

 

BİR-BİRİMİZDƏN GÖZLƏNTİLƏRİMİZ 

Şirkətdaxili sağlam və şəffaf münasibət;
Əmək hüquqlarının qorunması;
Narahatedici məqamları komanda liderləri ilə paylaşmaq;
Problem bildirildiyi zaman onu ciddi qəbul etmək və həllinə nail olmaq üçün prosesi sona qədər araşdırmaq; 
Komanda liderləri tutduğu vəzifədən sui-istifadə edərək teleməhsul hazırlayanların peşəkar fəaliyyətinə əngəl törətməməli  və sərbəstliyini məhdudlaşdırmamalıdırlar;
Redaktə zamanı jurnalistin fikirləri təhrif olunubsa, o, həmin materialın müəllifliyindən imtina edə bilər;
Redaksiya tapşırığı qanunlara və peşə etikasına zidd olduqda, teleməhsul hazırlayanlar onun icrasından imtina edə bilərlər;
Teleməhsul hazırlayanlar şirkətdə, eləcə də şirkətdən kənarda davranış və fəaliyyətlərində “Kanal S” MMC-nin imicinə və nüfuzuna xələl gətirə biləcək hərəkətlərdən çəkinməlidirlər; 
Teleməhsul hazırlayanlar “Redaksiya siyasəti və peşə etikası qaydaları”na sadiq olmalıdırlar;
Telekanal rəhbərliyi əməkdaşları “Redaksiya siyasəti və peşə etikası qaydaları”na zidd hərəkətlərə məcbur edə bilməz. 

 

Qeyd: “Kanal S” MMC-nin “Redaksiya siyasəti və peşə etikası qaydaları” Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin tövsiyələri, Mətbuat Şurasının “Azərbaycan Jurnalistlərinin Peşə Davranışı qaydaları”, BBC telekanalının “Davranış kodeksi”, IFJ – Beynəlxalq Jurnalistlər Federasiyasının “Jurnalistlərin qlobal etik deklarasiyası” əsasında hazırlanmışdır.


ƏMƏKDAŞLARIMIZ
  • Rəşad Məmmədov
    Rəşad Məmmədov
    Baş direktor
  • Ramin Mustafayev
    Ramin Mustafayev
    Baş direktorun müavini
  • Gülgəz Salamlı
    Gülgəz Salamlı
    Xəbərlər xidmətinin direktoru
  • Yeganə Babayeva
    Yeganə Babayeva
    İnsan resursları şöbəsinin rəhbəri
  • Şahmar Əhmədov
    Şahmar Əhmədov
    Baş mühasib
  • Aysel Sadıqova
    Aysel Sadıqova
    Proqram direktoru
  • Məlahət Cavadova
    Məlahət Cavadova
    Təsərrüfat şöbəsinin rəhbəri
  • İsmayıl Paşasoy
    İsmayıl Paşasoy
    Çəkiliş xidmətinin rəisi
  • Həyat Məmmədova
    Həyat Məmmədova
    Efirə nəzarət xidmətinin rəisi

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S
paycell bahis sitelerikareasbetsiyahbayrakaynaasper casino girişkareasbet girişgobahis girişbetingotürkçe dublaj film izlecasino sitelerikareasbet güncel girişftn bahis sitelerien iyi poker siteleri 2024forum bahisbetboss girişevde tek başına 2deneme bonusu veren siteleresenyurt escortbeylikdüzü escortbeylikduzu escortbeylikduzu escort30 TL Bonus Veren Bahis Siteleri betmatikmariobetonwinbetistsüpertotobetgrandpashabet telegramBetist Girişuseslate.comBinance Kayıt Olmatipobetstarzbet twitterstarzbet girişstarzbet twitterxslot twitteraviator oynabetturkeybetturkey girişbetturkeyxslotbycasinogates of olympus demo oynadeneme bonusu veren sitelerxslotfilm izlebetturkey twitterbetturkeybetturkeybetturkeybetkombetkom Casino sitelerijojobet güncel girişdeneme bonusu veren sitelercasibomcasibomcasibomcasino sitelericasibomMatadorbetFuckkkXXXXXBets10XXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXcasibomXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXcasibomcasibomXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXcasibomXCXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXcasibomXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXcasibomcasibomcasibomSEXXXXXXXXXSEXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXcasibomPORNOOOOcasibomcasibomPornnncasibombahsegel giriÅŸcasibomcasibomcasibomcasibom girişcasibomcasibomcasibomcasibomANASINI SATANLARcasibomcasibomcasibomcasibomcasibomcasibom girişpaycell bahis sitelerikareasbetsiyahbayrakaynaasper casino giriÅŸkareasbet giriÅŸgobahis giriÅŸbetingotürkçe dublaj film izlecasino sitelerikareasbet güncel giriÅŸftn bahis sitelerien iyi poker siteleri 2024forum bahisbetboss giriÅŸevde tek başına 2deneme bonusu veren sitelerxleetzbahiszbahis girişzbahis twitterzbahiszbahis girişzbahis twitterxslotxslot girişxslot twitterxslotxslot girişxslot twitterbetturkeybetturkey girişbetturkey twitterbetturkey güncel girişbetturkey deneme bonuslarıbetmatikbetmatik girişbetmatik twitterbetmatikbetmatik girişbetmatik twitterbetturkeybetturkey girişbetturkey twitterjackbitjackbit girişjackbit twitterjackbitjackbit girişjackbit twitterbetturkeybetturkey girişbetturkey güncel girişbetturkey bonusbetturkey girisbetturkey aktif bonuslarbetturkey deneme bonusumariobetmariobet girişmariobet twittersahabetsahabet girişsahabet twitterporno hesaplarporno izletürkiye gündemhaber globalhürriyetstartvnowfoxtvshowtvpornoporno izlealtyazılı pornogoogle pornosexsex twittertürkiye gündemgay pornolarıotobetotobet girişotobet twitterotobetotobet girişotobet twitterotobet güncel girişotobet güncel girişotobetotobet girişotobet twitterotobetotobet girişotobet twitterzbahiszbahis girişzbahis twitterzbahis güncel girişbetturkeybetturkey girişbetturkey güncel girişxslotxslot girişxslot twittersultanbeyli çekiciholiganbetroyalbetesbetbetnefsosabetbetfair adresbetfair girişbetfairHack ForumCrack forumBetsinBetsincasibombetsinbetsin girişbetsin girişcasibom girişcasibom girişcasibomcasibomcasibomcasibomjojobetjojobetjojobetmarsbahismarsbahishttps://x.com/guncel_casibom/status/1838529688165093553xslot girişxslot girişbethousemeritking giriş hacklink al dizi film izle film izle yabancı dizi izle fethiye escort bayan escort - vip elit escort erotik film izle hack forum türk ifşa the prepared organik hit vozol12 betzlibrarybetebetCasibomcasinomaximatbetZbahis yeni girişJojobetdeneme bonusu veren sitelerholiganbetmosbet yukleromabetcasibomjojobetgalabetDrbahis hızlı girişBetplay hızlı girişTambet hızlı girişNesinecasino hızlı girişGame of Bet hızlı girişAlobet hızlı girişHilarionbet hızlı girişAspercasino hızlı girişBizimbahis hızlı girişMasterbetting hızlı girişPirobet hızlı girişTwinplay hızlı girişEnobahis hızlı girişBetovis hızlı girişBetsunrise hızlı girişRulobet hızlı girişGanobet hızlı girişSortibet hızlı girişParafbet hızlı girişMaxwinbet hızlı girişMaxroyalbet hızlı girişFavorislot hızlı girişİstekbet yeni girişİstekbet hızlı girişTLcasino hızlı girişTLcasino yeni girişSovabet yeni girişSovabet hızlı girişPuntobahis hızlı girişPuntobahis yeni girişBetvoy yeni girişBetvoy hızlı girişbetmatik girişBetsilin hızlı girişBetsilin yeni girişBetyap yeni girişBetyap hızlı girişxslot girişHiperwin hızlı girişHiperwin yeni girişbetpublic girişDiyarbet yeni girişDiyarbet hızlı girişCasipol hızlı girişCasipol yeni girişfixbet girişİnterbahis yeni girişİnterbahis hızlı girişHanedanbet hızlı girişmatadorbet girişHanedanbet yeni girişLotobet yeni girişLotobet hızlı girişbetmatik girişAkulabet hızlı girişAkulabet yeni girişFestwin yeni girişFestwin hızlı girişxslot girişbetpublic girişfixbet girişmatadorbet girişVdcasino hızlı girişVdcasino yeni girişDiscaoutcasino yeni girişDiscaoutcasino hızlı girişBetmuze hızlı girişCasivera hızlı girişCasivera yeni girişBahislion yeni girişBahislion hızlı girişMaslakcasino hızlı girişMaslakcasino yeni girişBetzmark yeni girişBetzmark hızlı girişBetmoon hızlı girişBetmoon yeni girişPumabet yeni girişPumabet hızlı girişCratossportting hızlı girişCratossportting yeni girişBetitalya yeni girişBetitalya hızlı girişVitrinbet hızlı girişVitrinbet yeni girişBetexen yeni girişBetexen hızlı girişFashionbet hızlı girişFashionbet yeni girişGencobahis yeni girişGencobahis hızlı girişZagabet hızlı girişZagabet yeni girişjojobet girişnude aikeydropGrandpashabet casibom 770 girişMarsbahisbetsatextrabetmatbetbahiscommeritkingJojobet Girişonwindeneme bonusu veren sitelerdeneme bonusu veren sitelertipobet giriştipobet girişdeneme bonususekabetgrandpashabetonwinjojobet güncel girişlimanbetsawjojobetmostbet azbettiltmeritking twitterdeneme bonusu veren sitelerHoliganbetNakitbahismarsbahisorisbetjojobetcasibomcasibom girişCasibommatadorbetmatadorbet twittermatadorbet girişultrabetmeritkingultrabettumbetbetcio girişOnwin Girişmeritkingşirince şaraplarımeritking güncel girişcasibom