Super User
Xanəndə Elgiz Əliyev Bizim vaxtımızda 09.07.2023
Xəyalə ilə Sizdəyik Anar Məmmədovun qonağıdır 09.07.2023
\"AVAZ-5\" Televiziya Uşaq Muğam Müsabiqəsi 09.07.2023
DİM növbəti qəbul imtahanı keçirir...
III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib. İ16 şəhər və rayonda təşkil olunan imtahanda 18 MİN 623 abituriyentin iştirakı nəzərdə tutulub. 29 nəfər fiziki məhdudiyyətli abituriyent də iştirak edib. 2 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub. Üzərində mobil telefon tutulduğu üçün imtahandan xaric olunanların nəticələri ləğv olunur və müsabiqəyə buraxılmırlar. İyulun 9-da saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat verəcəklər.
Aqrar Sığorta Fonduna müraciətdə artım...
“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başa çatdı...
Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının sonuncu günündə “Yuxarı Karvansaray” mehmanxana-kompleksində “Zirvə” Folklor Ansamblının konserti olub. Əvvəlcə Ansambl haqqında məlumat verilib. Qeyd olunub ki, ansamblın üzvləri qədim milli xalq çalğı alətlərində - tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban və digər alətlərdə ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Ardınca ansamblın ifaları rəğbətlə qarşılanıb. Festivalın bağlanış mərasimində isə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edib. Tədbirdə festivalın təşkilatçı qurumlarının, Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəliyinin rəsmiləri, şəhərin qonaqları, musiqisevərlər iştirak ediblər. Əvvəlcə məlumat verilib ki, Dövlət Mahnı və Rəqs Ansamblı 1938-ci ildə Azərbaycan klassik musiqisinin banisi Üzeyir Hacıbəyli tərəfindən yaradılıb. Ansamblın repertuarını Azərbaycan və dünya xalqlarının mahnı və rəqsləri, xor əsərləri təşkil edir. Konsert Vasif Adıgözəlovun “Vətən süitası” ilə başlayıb. Xalq artisti Gülyaz Məmmədovanın, Əməkdar artist Ehtiram Hüseynovun, solistlər Muğam Televiziya müsabiqəsinin qalibi Sərxan Bünyadzadə, Vəfa Vəzirova, Samir Piriyev, Taleh Yahyayev və Nurlana Abdullayevanın, kamança ifaçısı Əməkdar artist Xəyyam Məmmədovun təqdim etdikləri bəstəkar və xalq mahnıları, rəqqasların şux və oynaq rəqsləri tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Konsert proqramı başa çatdıqdan sonra Mahnı və Rəqs Ansamblının bədii rəhbəri və dirijoru, Xalq artisti, Əməkdar incəsənət xadimi Ağaverdi Paşayevə festivalın simvolu təqdim edilib.Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi festivalın təşkilatçı qurumlarının rəsmilərinə və ansamblın rəhbərinə xatirə hədiyyələri təqdim edib. “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi atəşfəşanlıqla başa çatıb.
Serial çəkilişləri davam edir...
Artıq heyət çəkilişlərini yeni məkanda davam etdirir. Şəkidə OksiMedia və Vaytrup prodakşının birgə layihəsi olan “Sara” serialının çəkilişləri peşəkar aktyorların iştirakı ilə davam edir. Ssenari müəllifi İlqar Fəhmi olan serial 36 bölümdən ibarət olacaq. Qeyd edək ki, \"SARA\" oktyabr ayından etibarən ARB televiziyasının efirində yayımlanacaq.
52 yaşlı şəxs kürəyindən bıçaqlandı...
İsmayıllı rayonunda bıçaqlanma hadisəsi olub. İsmayıllı rayon sakini, 52 yaşlı Cəmşid Abdurzaqov kürək nahiyyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, tanımadığı şəxs tərəfindən bıçaqlandığını bildirib. Dərhal hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırma zamanı məlum olub ki, Cəmşid Abdurzaqov əmisi qızının qeyri-rəsmi yaşadığı, Yevlax rayon sakini Yunis adlı şəxs tərəfindən qısqanclıq zəminində aralarında baş verən münaqişə zamanı bıçaqlanıb. DİN Mətbuat Xidmətinin məlumkatına görə, hadisənin törədən şəxs qaçıb, onun saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Serial çəkilişlərində şəkili aktyorlara üstünlük verilib…
Bəli, Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini qoruyub saxlayan unikal bir yerdir. Məhz buna görə də tarixən və elə indi də Şəki kinorejissorların da daim diqqətini çəkib. Elə bu səbəbdəndir ki, yeni mövsümdən yayımlanacaq daha bir serialın çəkilişi məkanı Şəki seçilib. Şəkidə OksiMedia və Vaytrup prodakşının birgə layihəsi olan “Sara” serialının çəkilişləri öz axarı ilə davam edir. Serialın çəkilişləri Şəkinin səfalı kəndləri və tarixi ərazilərinə üstünlük verilir. Elə aktyorların əksəriyyəti də illərdir Şəki teatrında öz sözünün demiş sənbət aadamlarıdır. Peşəkar aktyorlar filmə öz rolları ilə rəng qatırlar. Qeyd edək ki, teleserial yeni mövsümdən tamaşaçıların ixtiyarına veriləcək.
Özbəkistanın “Nurəfşan” ansamblının çıxışı maraqla qarşılanıb...
Uğurla davam edən Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı çərçivəsində iyulun 6-da axşam musiqisevərlərə Özbəkistan Respublikası Daşkənd Vilayət Filarmoniyasının “Nurəfşan” ansamblının konserti təqdim olunub. Konsertdə Azərbaycan Bəstəkarlar İttifaqının, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmiləri, festivalın təşkilatçı qurumlarının, həmçinin TÜRKSOY təşkilatının nümayəndələri, musiqisevərlər iştirak ediblər. Festival çərçivəsində Şəkidə “Şəhər günü” qeyd olunub. Şəki Şəhər İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşan bayram tədbirinin proqramı maraqlı və rəngarəng olub. Bayram tədbirinin təntənəli açılış mərasimi Bəxtiyar Vahabzadə adına parkın qarşısındakı meydanda təşkil olunub. Çıxışlarda vurğulanıb ki, 2711 illik tarixə, qədim mədəniyyətə malik olan Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm yerə malik olub. Zəngin tarixi mədəni irsin qorunub saxlanması nəticəsində Şəki Azərbaycanın mühüm turizm mərkəzinə çevrilib. Rəsmi hissənin ardınca Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının, Türkiyənin Safranbolu bələdiyyəsinin Xalq Oyunları qrupunun çıxışları tədbirə rəng qatıb. Şəhər rəhbərliyi tərəfindən ifaçı və kollektivlərə, həmçinin festival münasibətilə təşkil olunan idman yarışlarının qaliblərinə xatirə hədiyyələri və mükafatlar təqdim edilib. “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının sonuncu günündə tamaşaçılara Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin konserti təqdim olunub. Konsert Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilib. Məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri dəfələrlə ölkəmizin hüdudlarından kənarda keçirilən festivallarda iştirak edib, yüksək mükafatlara layiq görülüb. Orkestrin bədii rəhbəri və dirijoru Əməkdar artist, polkovnik-leytenant Səməd Vəkilovdur.Konsert görkəmli bəstəkar Firəngiz Əlizadənin “Zəfər Marşı” əsəri ilə başlayıb. Solistlər Əməkdar artist Tural Ağasiyev, Fatimə Cəfərzadə və Fəxri Kazım-Nicatın ifasında Üzeyir Hacıbəyli, Ramiz Mirişli, Fikrət Əmirov və digər Azərbaycan və xarici ölkə bəstəkarlarının mahnıları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertin sonunda kollektivə festivalla bağlı xatirə hədiyyəsi təqdim olunub.