Super User
Serial çəkilişləri sürətlə davam edir...
Şəkidə serialın çəkilişlərı davam edir. Gənc aktyorların və peşəkar kollektivin ərsəyə gətirəcəyi “Sara” adlı 36 bölümlük serialın bu dəfə kamera arxasında əziyyətlə çalışan əməkdaşlarını göstərəcəyik... İlk dəfədir ki, Azərbaycanda əcnəbi rejissorla birgə bədii serial çəkilir. Serialın baş qəhrəmanları, əməkdar artist Mehriban Xanlarova, Oksana Rəsulova və Ziya Ağadır. Obrazları tamaşaçıya doğru şəkildə çatdıran isə filmin görüntü rejissoru, Şahmar Səfəroğludur... Filmdə yaxşı görüntü, təsirli səhnə lentə almaq böyük bacarıq tələb edir deyən müsahibimiz işinin öhdəsindən layiqincə gəlməyə çalışır. Oksimedya və Vaytrup prodakşının birgə layihəsi olan bu bədii serialda hərkəsin ortaq dili ingilis dili olsa da, aralarında yaranan dostluq münasibətləri zəminində hərkəs bir-birini bir baxışdan anlayır. Beləliklə, də peşəkarcasına görülən iş ortaya çıxır.
Üç ildir axtarışda olan Oman vətəndaşı saxlanıldı
3 ilə yaxın müddətdə axtarışda olan Oman vətəndaşı saxlanılıb. Zakariya Abdullah Hassan adlı şəxs dələduzluq – külli miqdarda ziyan vurmaqla törədikdikdə maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunmasına baxmayaraq, məsuliyyətdən yayınmağa cəhd edib. Bu müddətdə o paytaxtda, eləcə də respublikanın digər bölgələrində gizlənməyə çalışıb. Qəbələ polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yeri Bakıda müəyyən edilərək saxlanılıb və aidiyyəti üzrə təhvil verilib.
“Şəki şəhidləri – 2023” turnirinə start verildi
Şəkidə “Şəki şəhidləri – 2023” futbol turnirinə start verilib. Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə 11 komanda mübarizə aparır. Turnirin rəsmi açılış mərasimində Vətən müharibəsində qazanılan şanlı Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə olunduğu vurğulanıb, şanlı Azərbaycan Ordusunun qəhrəmanlıqlarından qürurla danışılıb. İdmançıların nümunəvi çıxışlarından sonra qarşılaşmalara start verilib. Turnirin ilk oyununda “Qışlaq” komandası “Dağ dibi” komandasını 3-1 hesabı ilə məğlub edib.Şəhidlərin xatirəsinə həsr olunan futbol turniri bir ayadək davam edəcək.
Serial çəkilişləri davam edir
Şəki Dövlət Dram teatrının aktrisası Günay Novruzəliyeva yeni serial ilə tamaşaçıların qarşısına çıxacaq. Oksi media və Vaytrup prodakşının birgə layihəsi olan “Sara” adlı serialda Firuzə obrazı ilə mavi ekranlara çıxacaq. Serialda baş qəhrəmanlardan olan Firuzə obrazını canlandıran aktrisa yeni rolu ilə hər kəsə mesaj ötürəcəyinə ümidlidir. Çəkilişləri yay boyunca davam edən serial yeni mövsümdə bütün layihələrdən fərqlənəcəyi iddiasındadır.
Qastroenteroloq Elnur Süleymanov Həkimcanlıda 13.07.2023
Ofelya və Afina bacıları ilə Badamdarda Kim var, Kim yox? 13.07.2023
Zəncirvarı yol qəzası olub, xəsarət alan var
Oğuzda zəncirvarı yol qəzası olub. Hadisə Qaraməryəm-İsmayıllı – Şəki magistral yolunun Oğuz rayonunun Kərimli kəndi ərazisindən keçən hissəsində baş verib. Üç minik avtomobilinin iştirakı ilə baş verən zəncirvarı yol qəzasında bir nəfər - Şəki rayon sakini 45 yaşlı Elvin Əliyev xəsarət alıb. Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
İki minik avtomobili toqquşub, maşınlardan biri çaya düşüb
Zaqatalada “VAZ-2106” markalı iki minik avtomobili toqquşub, qəzadan sonra maşınlardan biri çaya düşüb. Hadisə səhər saatlarında rayonun Aşağı Tala kəndində qeydə alınıb. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan rayonun Yuxarı Tala kənd sakini 40 yaşlı Elçin Məmmədov və Aşağı Tala kənd sakini 39 yaşlı Yaşar Zamanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Zaqatala bazarı, artıb giley-güzarı
Zaqatala bazarı demək olar ki, şəhər mərkəzinə gedən yoldan başlayır. Yolun hər iki səkisində quraşdırılan piştaxtalarda müxtəlif ərzaq və qeyri ərzaq məhsulları satılmaqdadır. Satıcıların arqumentləri isə maraq doğurur. Avtomobil yolunda da bazar bağlananadək sıxlıq müşahidə edilir. Bunun əsas səbəblərindən biri də alıcı və satıcıların istifadə etdikləri nəqliyyatların, sərnişin daşıyan taksilərinin, yük maşınlarının harda gəldi, necə gəldi saxlamalarıdır. Çəkiliş müddətində yol polisinin dayanma-durma qaydalarını pozan sürücülərə xəbərdarlıq etməsinin şahidi olduq. Bununla belə, sözügedən ərazidə yenə də müəyyən sıxlıq müşahidə olunurdu. Yol kənarında ticarətlə məşğul olanların da, taksi və başqa yük daşıma ilə məşğul olanların da özlərinə görə arqumenti var. Kimin haqlı,kimin isə haqsız olmasından asılı olmayaraq, problem sakinləri narahat edir. Ümumiyyətlə, bu məsələ qanunla necə tənzimlənməlidir? Həmçinin qeyd edək ki, inzibati xətalar məcəlləsində sürücülər dayanma durma qaydalarının pozulmasına görə 20 manat, nəqliyyat vasitəsini dayanacaqlarda saxlamağa görə 40 manat, qanunsuz küçə ticarəti ilə məşğul olanlar isə 80 manat cərimə olunurlar.
Serial çəkilişləri davam edir...
Şəkidə \"ARB\" televiziyasının dəstəyi ilə çəkilən “Sara” serialının səhnə arxasında qızğın iş prosesi gedir. Çəkiliş heyyəti serialın ən mükəmməl şəkildə izləyiciyə təqdim olunması üçün əzmlə çalışır. Sonda hər kəs tərəfindən bəyəniləcək bir layihənin ortaya çıxması üçün həm baş rol ifaçıları, həm də digər aktyor heyəti rollarını peşəkarcasına oynayır. Eyni zamanda rejissor, operator və digər çəkiliş heyyəti də öz təcrübələri ilə Azərbaycan teleməkanında adından söz etdirəcək bir serialın ərsəyə gəlməsi üçün əlindən gələni edirlər. Serialın çəkilişləri bir həftədən çoxdur ki, davam edir. Artıq işin çətin hissəsi geridə qalıb. Eyni zamanda hər keçən gün layihədə rol alan aktoyorların sırasına yeni, peşəkar və tanınmış aktyorlar da qatılır. Zəngin aktyor heyətinin “Sara” serialının uğur qazanmasında böyük rolu olacağı danılmazdır.