Super User
Serial çəkilişləri davam edir...
Uzun illərdir ki, seriallarda çəkilməyən Gülşad Baxşıyevanın bu layihəni seçməsi heç də təsadüfi deyil. Ancaq, istər ssenarisi, istərsə də füsünkar təbiəti, tarixi- mədəniyyət abidələriylə zəngin olan qədim Şəki əməkdar artistdə seriala çəkilmək arzusu, həvəsi yaradıb. Əməkdar artist, ssenariylə tanış olduqdan sonra, məhz dəli Suğra rolunu, obrazın yaşadığı hissləri tamaşaçıya çatdırmaq qərarına gəlir. Suğra əslində hərkəs tərəfindən haqsızlığa uğrayan, tək tənha, ailəsindən didərgin düşmüş bir obrazdır. Gülşad Baxşıyevanı çox sevindirən bir hal da odur ki, serialda peşəkarlala yanaşı, gənc kadrlar çoxluq təşkil edir. Qeyd edək ki, serialın çəkilişləri hələ davam edir, bu isə o dəməkdir ki, yaxın vaxtlarda layihənin heyətinə yeni və məşhur aktyorlar yenə qatıla bilərlər.
Elit Star Cəmilə Xəyalə ilə Sizdəyik -də 23.07.2023
Aqrar sığorta hadisələri | Zamanında 24.07.2023
Serial çəkilişləri davam edir.
Sentyabrın ortalarında çəkilişləri yekunlaşacaq “Sara” bədii-serialının Şəkinin fərqli məkanlarında çəkilişləri davam edir. Füsünkar təbiət qoynunda çəkilən serialda rəssamların da rolu əvəz olunmazdır. Film rəssamı obrazların, hadisələrin dolğun və təbii alınması, filmin daha canlı və emosional olmasına mühüm təsir göstərir. Odur ki, rəssam işinin uğurlu həlli ekran əsərini daha da baxımlı edir. Elə serialın gənc rəssamı da bu nüansları əsas tutaraq işinin öhdəsindən peşəkarlıqla gəlməyə çalışır.
Zaqatalada itkin düşən turistlərin yeri müəyyənləşib.
Zaqatalada şəlaləyə gedərkən dağlıq-meşəlik ərazidə itkin düşən şəxslərin axtarışı davam edir. Bakı şəhər sakinləri Əli Əlizadə və Əbdül Rzayevin yeri yüksək dağlıq və relyefi çətin ərazidə müəyyən olunub, hazırda təxliyə edilmələri istiqamətində tədbirlər keçirilir. 24 və 27 yaşlı iki gənc turist sonuncu dəfə rayonun Qəbizdərə istiqamətindən Zaqatala şələləsinə gedərkən dağlıq-meşəlik ərazidə yoxa çıxıblar. FHN-in 112 qaynar xəttinə zəng edərək dağlıq ərazidə azdıqları ilə bağlı məlumat verən yerli turistlərlə daha sonra əlaqə saxlmaq mümkün olmayıb. İtkin düşmüş şəxslərin axtarışı üçün dərhal əraziyə müxtəlif qurumların əməkdaşları cəlb edilib. Yerli sakinlərin sözlərinə görə, ərazini tanımayan şəxslərin bələdçisiz dağa getmələri onların həyatı üçün ciddi təhlükəyə çevrilə bilər. Qeyd edək ki, ötən ilin mayında turist kimi ölkəmizə səyahət edən Hindistan vətəndaşı Kondaveeti Manikath da Zaqatalada çətin relyefə malik yüksək dağlıq ərazidə itkin düşmüşdü. Uuzn müddətli axtarış tədbirlərinə baxmayaraq onun tapılması mümkün olmayıb.
18 yaşlı sürücü qəza törətdi: 1 ölü, 3 yaralı.
Şamaxı -Çöl Göylər-Padar avtomobil yolunda Sabirabad sakini 18 yaşlı Fərhad Quliyev idarə etdiyi “Mercedes” markalı avtomobili aşırıb. Qəza zamanı sürücü , eləcə də maşındakı üç sərnişin ağır xəsarətlər alıblar. Yaralılar Sabirabad rayon mərkəzi xəstəxanasına çatdırılsa da, göstərilən tibbi müdaxilələrə baxmayaraq 18 yaşlı sürücünün həyatını xilas etmək mümkün olmayıb.
İki avtomobil toqquşdu, bir nəfər xəsarət aldı.
Hadisə saat 11 radələrində Zaqatala şəhər ərazisində Tala çayı üzərində tikilmiş asma körpünün girişində baş verib. Hərəkətdə olan VAZ 2106 markalı avtomobil Opellə toqquşub. Qəza zamanı VAZ 2106 markalı avtomobilin sürücüsü Zaqatala rayon Yuxarı Tala kənd sakini 28 yaşlı Əhməd Əhmədov aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Şəkidə qarpız sahəsində monitorinq keçirildi
Qida Təhlükəsizliyi Agentliyi fitosanitar müşahidələri davam etdirir. Növbəti müşahidələr Şəkinin Cumakənd kəndi ərazisində qarpız sahəsində həyata keçirilib. Bostan sahəsində qarpızda nitrat və nitritin qalıq miqdarı yoxlanılıb. Təsərrüfat sahibinə aqrokimyəvi maddələrdən istifadə qaydaları ilə bağlı maarifləndirici məlumatlar verilib. Bildirilib ki, torpağın aqrokimyəvi analizi aparılmadan ammonium nitrat gübrəsinin normadan artıq verilməsi qarpızda nitrat və nitritin qalıq miqdarının normadan artıq yığılmasına səbəb olur. Bu da insan orqanizmində bəzi fəsadlara gətirib çıxara bilər. Odur ki, aqrokimyəvi maddələrdən istifadə edərkən diqqətli olmaq və müəyyən edilən normanı keçməmək lazımdır. Daha sonra laboratoriyada yoxlanış üçün parpızlardan nümunələr götürülüb.
Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun yenidən qurulması davam edir.
Nəticədə yolun uzunluğu 9.7 km qısalaraq 76.8 km təşkil edəcək. Mövcud 2 zolaqlı yol genişləndirilmədən sonra 4 hərəkət zolağından ibarət olacaq. Layihə çərçivəsində ərazidə mövcud qruntun qazılaraq layihə səviyyəsinə endirilməsi və yamacların eroziyadan mühafizəsi üçün bərkitmə işləri görülür. Layihələndirilən yolda ümumilikdə 1 tunel, 1-i asma körpü olmaqla 8 böyük və 5 kiçik körpü olacaq. Belə ki, Girdmançay, Talıstançay, Ax-ox çayı, Göyçay çayı və Vəndamçay üzərində yerləşən 5 mövcud körpü 4 zolağa uyğun yenidən qurularaq genişləndirilir. Ağsuçay, Gülyançay və Dəmiraparançay çayları üzrəində yerləşən 3 körpü isə yolun dəyişdirilmiş yeni oxu üzərində 4 zolağa uyğun yenidən layihələndirilib. “Təbii ki, layihədə turizm sektoru da nəzərə alınıb. Durduğumuz ərazi Qəbələ rayonunun Dəmir aparan çayı əraizisidir. Yeni yolun istiqaməti də məlumdur. Yeni yol Qəbələ rayon mərkəzinə girmədən Nohurqışlaq kəndi ərazisində Qəbələ Ağdaş yoluna calanır”. Bundan başqa yol boyu kiçik dərələr üzərində yerləşən 5 körpü sökülüb yeni boru şəkilli kiçik körpülərlə əvəzlənir. Artıq Gülyançay və Qurudərə çayları üzərində körpülərin tikintisi yekunlaşıb. Hazırda Ağsuçayla kəsişmədə 1200 metr uzunluqda və 76.5 m hündürlüyündə böyük asma körpü inşa edilir. Yolun Ağsuçayı üzərindəki körpüdən sonra qarşıya çıxan hündür dağdan uzunluğu 884 metr olan tunel tikintisi aparılır. Qeyd edək ki, Muğanlı-İsmayıllı-Qəbələ avtomobilin yenidən qurulması layihəsinin 2025-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.
Vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb olunublar.
Ətraf mühitin mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi, sanitar-gigiyena qaydalarının pozulmasının qarşısının alınması məqsədilə Balakəndə polis əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib. Polis şöbəsinin əməkdaşları tərəfindən bu istiqamətdə keçirilən tədbirlər zamanı rayonun Qaysa, Yeni Şərif və Şambul kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Aşkar olunmuş faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunaraq aidiyyəti üzrə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinə göndərilib. Həmçinin,çirkləndirilmiş ərazilərin tullantılardan təmizlənməsi təmin edilib.