Super User
Niva traktorla toqquşdu, bir nəfər dünyasını dəyişdi
Bu gün səhər saat 05 radələrində Qax şəhəri ərazisində Səbuhi Poladovun idarə etdiyi “Niva” markalı avtomobil yolun kənarında dayanan traktorun qoşqusuna çırpılaraq aşıb. Qəza nəticəsində “Niva” markalı avtomobildəki sərnişin, 48 yaşlı Qax şəhər sakini Coşqun Qocayev aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Aqrar sığorta oğurluğa görə də ödənişlər edir
Qax sakini fermer Müşfiq Sultanovun böyük fındıqçılıq sahəsi var. O və ailəsi hər il bu bağdan topladığı fındıqla dolanır. Bu il də Müşfiq Sultanovun bağdan böyük gözləntiləri var idi. Ancaq onu xoş olmayan hadisə gözləyirdi. İllərdir fındıqçılıqla məşğul olan Qaxlı fermer Müşfiq Sultanov bu il də sahəsindən bol məhsul götürəcəyinə ümid edirdi. Fındıq bağlarında bol və keyfiyyətli məhsul var idi. Ancaq məhsulun yığılmasına bir neçə gün qalmış bağa gələn fermer məhsulunun bir anda yoxa çıxdığını görür. Müşfiq Sultanov eyni zamanda təsərrüfatının təbii fəlakətlərdən də əziyyət çəkdiyini deyir. Fermer yağış, dolu, güclü külək və sair fəlakətlərin məhsuldarlığa ciddi ziyan vurduğunu bildirir. Fermerimizin bu günə qədər niyə sahəsini sığortalatmadığına cəldikdə isə Müşfiq Sultanov bundan xəbərsiz olduğunu bildirib. Qeyd edək ki, qanunvericiliyə görə, Azərbaycanda aqrar sığorta vasitəsilə 41 bitki sığortalana bilər ki, onlardan biri də fındıqdır. Ancaq əksər fermerlər Müşfiq Sultanov kimi hələ də ya sığortadan xəbərsizdirlər ya da sığortanın şərtləri ilə tanış deyillər. Belə ki, fermerlərin böyük bir hissəsi sığortanın yalnız onların məhsullarını təbii fəlakətlərə qarşı qoruduğunu düşünür. Lakin bura oğurluğa görə də ödənişlərin daxil olduğundan əksər fermerlər məlumatsızdır. Sahəsini sığortaladan və oğurluq halı ilə rastlaşan fermerlər onlara dəymiş ziyanı geri ala bilərlər. Ancaq bunun üçün sahədən oğurluq edildiyi müvafiq orqanlar tərəfindən təsbit edilməlidir. Bu halda fermer hətta üzərindən bir neçə ay keçməsinə baxmayaraq sığorta üçün müraciət edə bilər. Aqrar sığorta vasitəsilə həm fındıq məhsulunu, həm də fındıq ağacını sığorta etmək olar. Fındıq məhsulunun sığortalanması üzrə sığorta haqqı ölkənin regionlarından asılı olaraq fərqlənir. Məsələn, Şəki-Zaqatala ərazisində 1 hektar sahədən təqribən 6000 manatlıq fındıq məhsulu yığılan sahənin sığortalanması üçün sığorta haqqı 240 manat təşkil edir. Bu məbləğin 50%-ni, yəni 120 manatını fermerlərə dəstək üçün dövlət ödəyir, fermer isə yalnız 120 manat ödəməklə bağını sığorta edə bilir.
Bağçalara müdir vəzifəsinə işə qəbul
Şəki Regional Təhsil İdarəsində bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi təşkil olunub. Müsahibə zamanı namizədlərin ünsiyyət və təqdimetmə bacarıqları, liderlik və idarəetmə bacarıqları, məktəbəqədər təhsil sahəsində pedaqoji və metodiki hazırlıqları qiymətləndirilir. Qeyd edək ki, ilk dəfə olaraq məktəbəqədər təhsil müəssisələrinə - bağçalara müdir vəzifəsinə müsabiqə yolu ilə qəbul aparılır.
Bir qrup müharibə iştirakçısına aktivlər təqdim edilib
Dövlət Məşğulluq Agentliyinin Dağlıq-Şirvan Regional Məşğulluq Filialına müraciət edənlər üçün seçdikləri fəaliyyət istiqamətləri – “Avtomobil şinlərinin bərpası və təmiri xidməti” üzrə lazımi avadanlıqlarla təmin edilməklə kiçik bizneslər yaradılıb. Qeyd edək ki, proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb olunur, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin edilir. Həmin şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı monitorinqlərin keçirilməsi və müvafiq biznes sahəsi üzrə məsləhət xidmətlərinin verilməsi təmin olunur. Ümumilikdə isə Şamaxı rayonu üzrə şəhid ailə üzvləri müharibə iştirakçıları olan 237 nəfər şəxs özünüməşğulluq proqramına cəlb edilib.
Paket çayların keyfiyyətini yoxlama üsulu | Elə çarə 1.11.2023
Əminədən Səidəyə: Qadına yaraşmayan səhvi də olsa, alıb arvad edən sağolsun | Xəbərin var? 01.11.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də \"Xəbərin var?\" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Heyvanlar sterilizasiya edildi
Ölkəmizdə sahibsiz heyvanlarla bağlı məsələ ən aktual problemlərdən hesab edilir. Bunun üçün IDEA Heyvanlara Qayğı Mərkəzi və Baytarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində yaradılan Baytarlıq Klinikası ilə birgə sahibsiz heyvanlara ödənişsiz sterilizasiya aksiyası keçirilir. 2023-cü ilin yanvar ayından start verilən aksiya çərçivəsində növbəti tədbir Zaqatalada baş tutub. Yüzlərlə sahibsiz heyvanın üzərində müasir üsullarla, ağrısız sterilizasiya əməliyyatı aparılıb, heyvanlara birkalar taxılıb, quduzluq xəstəliyinə qarşı peyvənd vurulub. Xeyriyyə aksiyası çərçivəsində ölkəmizdə fəaliyyət göstərən baytar həkimlər və Aqrar Universitetin Baytarlıq fakültəsində təhsil alan tələbələr üçün əyani praktik təlimlər də veriləcək.
Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə tədbir keçirili
Azərbaycanın XX əsr tarixinin əlli ildən artıq bir dövrü Ulu Öndər Heydər Əliyev şəxsiyyəti və onun böyük quruculuq fəaliyyəti ilə sıx bağlıdır. Heydər Əliyev xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ulu Öndər müstəqil Azərbaycan dövlətini yaradıb və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edib. Bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Tarix yazan əbədiyaşar Lider Heydər Əliyev” mövzusunda tədbirdə səsləndirilib. YAP Qax rayon təşkilatının inzibati binasında təşkil olunan tədbirdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışılıb. Vurğulanıb ki, müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider öz xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlib, ölkəmizi xaos və anarxiyadan qurtarıb. Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.