Super User

Super User

Amma çoxları bunu gec anlayır. Məsələn, gününün böyük bir hissəsini gəzməklə keçirdənlər. Onları yorğun halda üz tutduğu restoranda yalnız boş yer tapmaq maraqlandırır. İstədiyi yerdə əyləşə bildisə, sifariş verdiyi yeməyin vaxtında süfərəyə gətirilməsi onun keyfiyyətindən daha vacibdir. Bu isə bəzilərinə vaxtı keçmiş yeməyini satmaq üçün göydən düşmə fürsət olur. Bunların qarşısını almağın tək yolu, nəzarət tədbirlərinin gücləndirilməsidir. Əks halda, belə mərkəzlərdə yeyilən qidalar çox adamı xəstəxanalıq edəcək. Qida Təhlükəsizliyi Agentliyi isə yoxlamalarını davam etdirir. Nəticələrlə bağlı yaxın günlərdə ictimayyətə açıqlama veriləcəyi deyildi.

Balakəndə avtomobil ağaca çırpılıb, sürücü dünyasını dəyişib. Hadisə günorta saatlarında rayonun Qullar kənd inzibati ərazisindəki avtomobil yolunda baş verib. 35 yaşlı Tülü kənd sakini Aruz Dinavasov idarə etdiyi “Daewoo” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yolun kənarındakı ağaca çırpılıb. Sürücü Aruz Dinavasov dünyasını dəyişib. Qəzadan sonra avtomobil yanmağa başlayıb. Yanan avtomobilin söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəıtləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Sükan arxasında sıxılmış vəziyyətdə qalan 34 yaşlı sürücü Aruz Dinavasovun yanan meyiti aidiyyati üzrə təhvil verilib.Faktla bağlı müvafiq qrumlar tərəfindən araşdırma aparılır.

Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 34 yaşlı Nicat Mirzəyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı, 2 yaşlı Uğuz Mirzəyev, 10 yaşlı Aysun Mirzəyeva, 11 yaşlı Nuray Mirzəyeva vəfat edib. Azyaşlıların anası 31 yaşlı Qızxanım Mirzəyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə yerinə FHN nin xilas ediciləri cəlb olunaraq meyidlər və müxtəlif dərəcəli bədən xəsarətləri alan 31 yaşlı sərnişin Qızxanım Mirzeyeva sıxılmış maşından xilas ediliblər. Qızxanım Mirzəyeva Şəki Mərkəzi xəstəxanasına çatdırılıb, hazırda reanimasiya şöbəsində travmatik şok diqnozu ilə müalicə edilir. Faktla bağlı araşdırma aparılır.

 

Şəki futbol stadionunda, Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin təkilatçılığı ilə, vətən uğrunda canından keçən və adını zəfər tariximizə qızıl hərflərlə yazdıran şəhidlərimizin xatirəsinə həser edilmiş \\\"Şəki şəhidləri 2023\\\" futbol turnirinin final mərhələsi başa çatıb. Yarış ötən ayın 12-dən start götürüb. Turnirdə yeniyetmə və gənclərdən idmançılardan ibarət 11 komanda iştirak edib. Sonda qalib komandalar kubok, medal və fəxri fərmanlarla təltif olunublar. 

Bu gün axşam saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistiral yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. 34 yaşlı Nicat Mirzəyevin sükanı arxasında olduğu “Mercedes” markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq ağaca çırpılıb. Hadisə nəticəsində sürücü və avtomobildə olan 3 azyaşlı vəfat edib, digər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Avtomobildə sıxılmış vəziyyətdə qalan şəxsin çıxarılması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri cəlb edilib. Yaralı Şəki Mərkəzi rayon xəstəxanasında reanimasiya bölməsinə yerləşdirilib, hazırda vəziyyəti ağırdır. Qeyd edək ki, qəzaya düşənlər bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aparılır.

Avqustun 17-dən Şəkidə vahid məktəbli formalarının satışına başlanılıb. Satıcılar yeni məktəbli formalarının qiymət baxımından uyğun olduğunu deyirlər. Ancaq mağazalarda hələ ki, alıcı qıtlığı müşahidə olunur. Görünür ki, valideynlər hələ də övladlarına məktəbli forması alıb-almamaq mövzusunda çaşğınlıq içərisindədir. Ötən il köhnə formanı geyinmək sərbəst olduğundan \"bu il də icazə verilə bilərmi, yoxsa yeni formanı almaq məcburidir? deyə düşünürlər. Ancaq növbəti tədris ilindən bu belə olmayacaq. Çünki ölkənin hər bir ümumi təhsil müəssisəsi şagirləri vahid məktəbli geyimində qəbul edəcək. Bu isə məktəb rəhbərliyi və valideynlər arasında razılaşdırma əsasında həyata keçirilir. Qeyd edək ki, Şəki şəhərində valideynlərin vahid məktəbli formasını əldə edilə biləcəyi 4 satış məntəqəsi mövcuddur.

Ölkənin müxtəlif regionlarında silsilə şəklində keçiriləcək toxum sərgi-satış yarmarkalarının növbəti ünvanı Şamaxı rayonu olub. Toxum sərgi-satış yarmarkası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Aqrar İnnovasiya Festivalları çərçivəsində keçirilib. Heydər Əliyev parkında keçirilən festivalda Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarından olan fermerlər iştirak edib. Aqrar İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Dövlət Toxum Fondu, Azərbaycan Toxumçular Assosiasiyasının təşkilatçılığı ilə keçirilən yarmarkalar yerli toxum bazarının formalaşması, sertifikatlı toxumlara əlçatanlığın təmin edilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulması məqsədi daşıyır. Yarmarkada fermerlərə regionun torpaq-iqlim xüsusiyyətlərinə uyğun olaraq sortların seçilməsi, toxumun təmizlənməsi, dərmanlanması, aqrotexniki qulluq qaydaları barədə ətraflı məlumatlar verilib. Toxum sərgi-satış yarmarkası ilə yanaşı festivalda kənd təsərrüfatında ixtisaslaşmış çoxsaylı şirkətlər tərəfindən texnika, aqreqatlar, pilotsuz uçuş aparatları, suvarma texnologiyaları, gübrə, pestisid nümunələri, əkin materialları sərgilənib. Növbəti toxum sərgi-yarmarkası avqustun 25-də Ağstafa rayonunda təşkil olunacaq.

Qaxda, Qax Gənclər və İdman idarəsinin və respublika güləş federsiyasının təşkilatcılıgı ilə, Azərbaycan idman ustası, əməkdar məşqci Nəsrullah Məmmədovun xatirəsinə həsr olunmuş yeniyetmələr arası respublika turniri kecirilib.Yarışda respublikanın on şəhər və rayonlarından 25 kamanda və 250 ə yaxın idmancı iştirak edib. Əməkdar məşqci Nəsrullah Məmmədovun xatirəsi anılıb, onun həyat yolundan danışılıb. Daha sonra yarışlara start verilib və idmancılar öz cəki dərəcələrindəki idmancılarla güclərini sınayıblar. Fərqlənən idmancılar və ilk yerləri qazananlar Qax Gənclər və idman idarəsi və Respublika Güləş Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

Şamaxı rayonu, Mədrəsə qəsəbəsi yaxınlığında Kərkənd adlanan ərazidə yanğın baş verib. Yanan ərazi kol-kos və otlaq sahədən ibarətdir. İlkin məlumata görə, yanğın ümumilikdə 3 hektar ərazini əhatə edir. Əraziyə Şamaxı Yanğından mühafizə bölməsinin 25 nəfər şəxsi heyəti, yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğınsöndürmə işləri mürəkkəb dağlıq relyef şəraitində, əsasən əl əməyindən istifadə edilərək həyata keçirilir.

Cümə axşamı, 17 Avqust 2023 16:28

“Heydər Əliyev və Azərbaycan dili”

Azərbaycan dili xalqımızın milli-mənəvi sərvəti, eyni zamanda, dövlət müstəqilliyimizin əsas amili, rəmzidir.  Zəngin söz ehtiyatına, gözəl ahəngə malik olan Ana dilimiz ulu babalardan xalqımıza miras qalan ən qiymətli sərvətdir. Bu fikirlər “Heydər Əliyev İli” çərçivəsində Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masada səsləndirilib. Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, idarə, müəssisə və təşkilatların nümayəndələri, ziyalılar iştirak ediblər.  Azərbaycan dilinin bugünkü səviyyəyə çatmasında, dövlət dili kimi işlədilməsində, dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs edilib. Bildirilib ki, Ana dilimiz dövlət rəmzlərimiz olan himn, gerb, bayraq kimi müqəddəsdir. Müstəqil dövlətin müqəddəs atributlarına hörmətlə yanaşmaq hamının borcudur.  Çıxış edənlər Azərbaycan dilinin dünya dilləri arasında öz layiqli yerini tutmasında Ümummilli Liderin tarixi xidmətlərini xüsusi vurğulayıblar. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dilinin geniş təbliğ olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

350 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S