Super User

Super User

Cümə, 01 Sentyabr 2023 15:55

Sel evi yararsız vəziyyətə saldı

Bir neçə gün əvvəl Şəkiyə yağan şiddətli yağışlar Aydınbulaq kəndində də bir sıra fəsadlar törədib. Kənddə güclü seldən zərər görən evlərdən biri də İsmayıl Hacıağalıya məxsusdur. Evə dolan sel suları onu yaşamaq üçün yararsız hala salıb. Həmçinin ailəninin 100-ə yaxın toyuq-cücəsi də tələf olub. Onlar aidiyyəti qurumlardan kömək istəyirlər.

Şamaxının gələcəkdə ədiblər yurdu kimi UNESCO-nun mədəni irs siyahısına salınması təklif olunacaq. Milli Lider Heydər Əliyevin 100 illiyi çərçivəsində keçirilən Azərbaycan dili və ədəbiyyatı forumunda çıxış edən mədəniyyət naziri Adil Kərimli forumun açılışının Şamaxıda keçirilməsinin təsadüfü olmadığını bildirib. Forumdan əsas gözləntilərə toxunan nazir bu sahədə problemləri müzakirə etmək və bu problemləri gələcəkdə dövlət strategiyasında nəzərə alınacağını deyib. Yazıçılar birliyinin üzvü Sabir Rüstəmxanlı dilçilik sahəsindəki problemlərin müzakirəsi üçün forumun böyük əhəmiyyət daşıdığını bildirib. Bundan əlavə Azərbaycan dili və ədəbiyyatı forumunun davamı olaraq növbəti mərhələdə rəssamlıq və musiqi forumunun da keçirilməsi nəzərdə tutulub. Forumda elm və təhsil naziri Emin Əmrullayev Azərbaycandan kənarda yaşayanların ana dilində təhsillə bağlı problemlərdən də danışıb. Bildirib ki, xaricdəki soydaşlarımızın ana dilində təhsillə bağlı çətinlik çəkməsi nəzərə alınaraq bu tədris ilindən başlayaraq onlar üçün  onlayn Azərbaycan dili dərsləri keçiriləcək. Forum “Qloballaşmanın Azərbaycan dilinə təsiri və Ana dilimizin saflığının qorunması mexanizmləri”, “Azərbaycan dili və ədəbiyyatı zaman kontekstində: klassik ənənələr və müasir trendlər” mövzusunda panel iclasları ilə davam edib. Qeyd edək ki, tanınmış dilçi və ədəbiyyatşünas alimlərin, yazıçı və naşirlərin qatıldıqları Forum işini sentyabrın 3-4-də Bakıda davam etdirəcək. Mütəxəssislərin Forum çərçivəsindəki fikir və təklifləri ümumiləşdirilərək “Azərbaycan mədəniyyəti – 2040” Dövlət Proqramında əksini tapacaq. 

Cümə, 01 Sentyabr 2023 15:20

“Sığorta Festivalı” keçirilib

Şəkidə “Sığorta Festivalı” keçirilib. “Həyat sığorta ilə rahat” devizi altında keçirilən festivalda ölkənin aparıcı sığorta şirkətləri iştirak ediblər. Tədbir ərzində müxtəlif hədiyyəli oyunlar oynanılıb, intellektual yarışlar keçirilib və sürprizli şoular təqdim olunub. Həmçinin festival zamanı “Sığorta maarifləndirməsi” layihəsinın tərkib hissəsi olaraq əhaliyə sığorta məhsulları ilə bağlı maarifləndirici məlumatlar verilib. Tədbirin gedişində iştirakçılar yerində sığorta xidmətləri əldə edə biliblər. Festivalın növbəti tədbiri 1 sentyabr tarixində Zaqatalada baş tutacaq.

Cümə axşamı, 31 Avqust 2023 20:30

Dağlıq ərazidə itkin düşən alimlər tapıldı

Ötən gün İsmayıllı rayonu istiqamətində dağlıq ərazidə köməksiz vəziyyətdə qalan iki nəfər Elnur Nəciyev və Emil Cəbrayılov tapılıb. Onlar İsmayıllıya, Şahdağ Milli Parkı ərazisinə gətirilib. Halsız olan hər iki şəxs həkim müayinəsindən keçdikdən sonra ailələrinə təhvil verilib. Onların ümumilikdə 5 gün dağlıq ərazidə olduqları müəyyən edilib. Hər iki səxs Quba rayonundan dağlıq kəndindən yola çıxaraq bir neçə yüksəklik qət etdikdən sonra İsmayıllı Çay qovuşan kəndi istiqamətində çarəsiz qaldıqları məlum olub.  

Çərşənbə, 30 Avqust 2023 19:24

Sel ciddi fəsadlar törədib.

Dünən axşam saatlarında Şəkiyə yağan leysan yağışı rayonun Əlican çayı ətrafında yerləşən kəndlərinə böyük ziyan vurub. Əlican çaydan qidalanan suvarma kanalında suyun səviyyəsinin artması ilə bənd bir neçə yerdən dağılıb . Nəticədə yaxınlıqda yerləşən kəndləri su basıb. Şiddətli yağışlar nəticəsində əsasən Şəkinin Cəyirli, Aydınbulaq, Şəki, Əliyar, Bolludərə, Qaratorpaq kəndlərindən sel keçib. Ən çox ziyan isə Şəki kəndinə dəyib. Hazırda müvafiq qurumlar əraziyə ezam edilib, fasadların aradan qadırılması istiqamətində iş aparılır. Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Çərşənbə axşamı, 29 Avqust 2023 19:24

Şəkidə güclü yağış fəsadlar törətdi

Axşam saatlarında Şəkinin Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazilərə leysan yağışları yağıb. Leysan yağışları nəticəsində ərazidən keçən Əlican çayında suyun səviyyəsi qalxıb. Ərazidən keçən Yexlax-Balakən dəmir yol xəttinin üzərindəki suötürücülərin tutulması səbəbindən yağış suları Şəki və Cəyirli kəndlərinin inzibati ərazisinə axıb. Sel suları kənd daxili yollara basıb, bir çox kənd sakinlərinin həyatyanı sahəsinə və evlərin birinci mərtəbəsinə dolub. Yağan güclü yağış nəticəsində Şəkinin Bolludərə kəndini də sel suları yuyub. Əliyar kəndinə gələn yol isə sel suları səbəbindən bağlanıb, kənd arası yollar dağılıb, bəzi evlərə və obyektlərə sel suları dolub. Hazırda müvafiq qrumlar əraziyə ezam edilib, fasadların aradan qaldırılması istiqamətində iş aparılır. Qeyd edək ki, bölgədə qeyri-sabit hava şəraiti höküm sürür. 

Çərşənbə axşamı, 29 Avqust 2023 18:29

4 idmançı zona birincisi oldu

Şəkidə yeni fəaliyyətə başlayan “Dəmir yumruq” ağır atletika klubu artıq ilk uğurlarını əldə etməyə başlayıb. Belə ki, avqustun 21-də Balakəndə keçirilən ağır atletika yarışında klubun 4 üzvü birinci yerə çıxaraq zona birincisi adına layib görülüb. Klub bu nailiyyətlərlə kifayətlənmir, yeni çempionatlara hazırlaşır. Ağır atletika klubu insanları bu idman növü üzrə kluba cəlb etmək istəyir.

Şəkidə “Könüllü Gənclər” düşərgəsinin açılış mərasimi baş tutub. Layihə Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə həyata keçirilən düşərgədə əsas məqsəd milli dəyərlərin və vətənpərvərlik hisslərinin aşılanması, gənclərin şəxsi inkişafına nail olmaqdır. 5 gün davam edəcək düşərgə müddətində könüllülərin asudə vaxtlarının səmərəli dəyərləndirmələri üçün ekskursiyalar, xüsusi peşəkar təlimçilər tərəfindən həyata keçirilən təlimlər, dövlət qurumları və özəl şirkətlərin nümayəndələrinin iştirakı ilə panel görüşlər, komanda oyunları, intellektual oyunlar baş tutacaq. Tədbirdə könüllərin sualları cavablandırılıb, iştirakçıların şəbəkələşməsi üçün tanışlıq oyunları həyata keçirilib.

Çərşənbə axşamı, 29 Avqust 2023 07:22

Eşitməyən qalmasın 25.08.2023

Bazar ertəsi, 28 Avqust 2023 19:37

Maraqlı hobbi

Qax rayonunun Qorağan kəndində yaşayan Süleyman Süleymanov Azərbaycanın fərqli bölgələrindən gətirdiyi müxtəlif növ gül sortlarını həyətində, bağında əkir. Ömrünün on ilini bu işə sərf edən gül-çiçək aşiqinin həyəti artıq güllük əraziyə çevirib. Gününün çox hissəsini sevimli güllərinə xidmət etməklə keçirən Süleyman kənd şəraitində dekorativ ağacları və gülləri yetişdirməyin çox da asan olmadığını söyləyir. Qulluq etdiyi hər fidanın sonda çevrilib gözəllik rəmzi olması ona sevinc bəxş edir. İllərini güllərinə sərf edən Süleyman Süleymanov bu sahəni daha da inkişaf etdirmək fikrindədir. 

348 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S