Super User

Super User

Şəkidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası başverib. Hadisə Qax-Şəki magistral yolunun Qoxmuq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, 35 yaşlı Nəsimi Novruzovun idarəetdiyi \"VAZ 2107\" markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə avtomobildə olan iki nəfər sərnişin - Zunud kənd sakini 32 yaşlı Tural Qabilov və İnçə kənd sakini 58 yaşlı Neymət Cumazadə  müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

İsmayıllı rayon mollaisaqlı kəndinə yağan güclü leysan yağışları nəticəsində ehtiyat su anbarı daşıb və kənd sel sularına qərq olub. Kəndin işıq,qaz, su təhcizatı ilə bağlı məhdudiyyətlər yaranıb. Güclü yağış nəticəsində rabitə xəttləri sıradan çıxıb. 80 başdan yuxarı iri buynuzlu və 150 xırda buynuzlu mal qaranı sel aparıb. Həyətyanı sahələrə və təsərüfatlara ciddi ziyan dəyib. Eyni zamanda sakinlərə məxsus 200 ton taxıl yararsız hala düşüb. Hazırda dəyən ziyanın araşdırılması və aradan qaldırılması istiqamətində iş aparılır.

Zaqatalada ağır yol qəzası olub. Hadisə rayonun Yuxarı Tala kəndi ərazisındən keçən hissəsində baş verib. Hərəkətdə olan VAZ 21015 və VAZ 2107 markalı minik avtomobillərinin toqquşması zamanı beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.Faktla bağlı araşdırma aparılır

 

Cümə, 25 Avqust 2023 20:02

II Milli Qurama Festvalı keçirilib

Şamaxıda II Milli Qurama Festvalı keçirilib. Şamaxı şəhərinin girişində qədim tikmə növü olan Qurama yürüşü ilə başlanan tədbir Şamaxı Yaradıcılıq Mərkəzində davam etdirilib. Tədbirdə quramaların hazırlanması barədə ustad dərsləri keçilib, dekorativ sənət nümunələri nümayiş olunub, quramaçı sənətkarların əl işlərindən ibarət satış yarmarkası təşkil edilib. Layihənin həyata keçirilməsində əsas məqsəd bəzi ənənəvi sənət növləri kimi unudulmaq təhlükəsi yaşayan \"Qurama\" sənətinə yeni həyatın verilməsidir. Qeyd edək ki, Milli Qurama Festivalı \"İçərişəhər\" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü ilə 2020-ci ildən başlayaraq keçirilir. Tədbir musiqi proqramı ilə yekunlaşıb.

Cümə, 25 Avqust 2023 19:55

Oğuzda yol qəzası can aldı

Oğuzda ölümlə nəticələnən yol qəzası olub. Hadisə Oğuz-Xaçmaz avtomobil yolunun Sincam kəndi ərazisindən keçən hissəində baş verib. Belə ki, VAZ 2107 və Opel markalı iki minik avtomobili toqquşub. Qəza zamanı rayonun Dəymədağlı kənd sakini 62 yaşlı Tofiq Hüseynov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha üç nəfər 33 yaşlı İntiqam Nəbiyev, atası 59 yaşlı İnqilab Nəbiyev və 66 yaşlı Şaid Mikayılov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Faktla bağlı araşdırma aparılır.

Cümə, 25 Avqust 2023 19:52

Traktor yanaraq yararsız hala düşdü

Zaqatalanın Bəhmətli kəndində traktor yanıb. Kənd sakini Etibar Şamayevin yaşadığı evin həyətyanı sahəsində T-28 markalı traktorda yanğın baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Tarktorda baş verən yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı dərhal alınıb. Yanğın nəticəsində traktorun yanar konstruksiyaları yanıb və texnika yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Cümə axşamı, 24 Avqust 2023 16:41

36 yaşlı kişini fındıq yığarkən ilan sancıb

Qaxda 36 yaşlı kişi fındıq yığarkən ilan hücumuna məruz qalıb. Hadisə rayonun Əmbərçay kəndində baş verib. Belə ki, kənd sakini, Nəbi Abdullayev bu gün səhər saatlarında  fındıq yığarkən ilan qəfildən onun ayağını sancıb. Nəbi Abdullayev Qax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti ağır olduğu üçün Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.

Cümə axşamı, 24 Avqust 2023 16:38

Vaqif Aslanın oxucularla görüşü keçirilib

Şəkidə 7 saylı kitabxananın təşəbüsü və təşkilatçılığı ilə görkəmli şair, Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri Vaqif Aslanın oxucularıyla görüşü keçirilib. Tədbirdə Şəki ədəbi mühitinin nümayəndələri, fəal oxucular iştirak ediblər. Çıxış edənlər, Vaqif Aslan yaradıcılığı haqqında danışıblar. Bildirilib ki, onun şeirlərinin mərkəzində insan, onun hiss və həyacanları durur. Vaqif Aslan isə, çıxışında yaradıcılığa başladığı ilk şeirdən bəhs edib. Oxuculara və gənc yazarlara öz məsləhətlərini verib. Bədii hissədə şairin şeirləri səsləndirilib və musiqi nümunələri ifa edilib.

Çərşənbə, 23 Avqust 2023 16:34

Birinci Qarabağ müharibəsində itkin düşənlər

Baba Mikayılov 1992-ci ilin yanvarında Şuşa rayonun Daşaltı kənində döyüşlərdə itkin düşüb. Onun qalıqları Daşaltı kəndi ərazisində kütləvi məzarlıqda aşkar edilib. onun nəşinin qalıqlarını Şamaxı şəhərinin girişində rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri qarşılayıb. Bundan sonra nəşin qalıqları mərhumun Göylər kəndindəki yaşadığı evə gətirilib. Vida mərasimindən sonra qalıqlar dəfn olunmaq üçün Göylər kənd qəbiristanlığına aparılaraq torpağa tapşırılıb. Qeyd edək ki, Kütləvi məzarlıqlarda tapılan qalıqlardan 15 nəfərin 11-i hərbçi, 4-ü mülki şəxsdir.  Bu şəxslərdən 7 nəfəri 1992-ci ildə Şuşa rayonunun Daşaltı kəndində, 4 nəfəri 1993-cü ildə Kəlbəcər rayonunda, 4 nəfəri isə 1993-cü ildə Füzuli rayonunda itkin düşənlərdir.

Çərşənbə, 23 Avqust 2023 14:56

“Növbəti stansiya gənclik”

Qaxda Heydər Əliyev ili çərçivəsində “Növbəti stansiya gənclik” layihəsi start götürüb. Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Gənclərin İnkişaf və Karyera Mərkəzinin” təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində müxtəlif təlim sessiyaları olacaq. Avqustun 24-dək davam edəcək təlimlərdə əsas məqsəd regionlarda, xüsusilə kəndlərdə yaşayan və sosial aktiv həyatdan geridə qalan gənclərə təkan vermək, onları aktivləşdirməkdir. Qeyd edək ki, layihə çərçivəsində təlimlərə bu günə qədər 750-dən çox gənc qatılıb. Yekunda isə bu sayın 1300-ü ötəcəyi gözlənilir.

349 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S