Super User
Şəhid Cavidan Bədəlovun xatirəsi yad edilib
Şəhid Cavidan Bədəlovun xatirəsi anılıb. Cavidan Bədəlov Vətən müharibəsində Kəlbəcər, Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Yaralanmasına baxmayaraq, döyüşü davam etdirərək düşmənin xeyli sayda texnikasını və canllı qüvvəsini məhv edib. Hərbçi olan Cavidan Bədəlov müharibədən sonra da öx xidmətini davam etdirib. Müharibədən 2 il keçdikdən sonra sentybrın 13 düşmənin təxribatı nəticəsində Cavidan Bədəlov Kəlbəcər istiqamətində qəhramancasına şəhidlik zirvəsinə ucalır. Baş leytenant Cavidan Bədəlovun ildönümü şəhidin doğulub boya-başa çatdığı İsmayıllının Talıstan kəndində keçirilib. Anım mərasimində şəhidin ailə üzvləri, şəhər rəhbərliyi, şəhid ailələri, hüquq-mühafizə orqanları və kənd sakinləri iştirak ediblər. Şəhidin Talıstan kənd qəbiristanlığındakı məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Çıxış edənlər şəhidin ailəsinə başsağlığı verərək, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlarından söz açıb və şəhidlərimizin şərəfli döyüş yolundan danışıblar. Qeyd edək ki, şəhid Cavidan Bədəlov göstərdiyi qəhramanlıq nümunəsinə görə ölümümdən sonra \"Azərbayacan Bayrağı\" ordeni, \"Vətən uğrunda\"medalı ilə ilə təltif edilib.
Şəhid Fərid Lətifov qəbri başında anıldı
Şəhid Fərid Lətifovun ildönümü qeyd edilib. 44 günlük Vətən müharibəsində şücaətlə döyüşən və düşmənə qan udduran qəhrəman, müharibədən 2 il sonra ermənistan ordusunun təxribatı nəticəsində şəhidlik zirvəsinə ucalır. Şəhidin xatirəsi qəbri başında anılıb. Anım mərasimində şəhidin ailəsi və yaxınları, diğər şəhidlərin valideynləri, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanları və digər qurumların rəsmi şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidin qəbri üstündə dua verilib. Daha sonra çıxış edənlər şəhid Fərid Lətifov haqda öz xatirələrini bölüşüblər. Bildirilib ki, Fərid Lətifov mərd, cəsur və çox vətənpərvər biri olub. Daha sonra məktəblilər şəhidin qəbri üstünə gül dəstələri düzüblər. Qeyd edək ki, şəhid Fərid Lətifov Vətən müharibəsi dövründə demək olar ki, bütün cəbhə boyu döyüşlərdə iştirak edib. O, Füzulinin, Cəbrayılın, Xocavəndin, Kəlbəcərin və Şuşanın azad edilməsinə görə medalları ilə təltif edilib. Eyni zamanda Vətən uğrunda və Bayraq ordeni ilə də mükafatlandırılıb.
\"Qız atası\" tamaşası tamaşaçılara təqdim edildi
M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrı \"Qız atası\" tamaşasının premyerasını Şəkinin Baş Küngüt kənd diyarşünaslıq evində tamaşaçılara təqdim edib. Tamaşada yazıçı, jurnalist Əfqan Əsgərovun 40 il öncə yazmış olduğu \"Qız atası\" pyesinə yeni nəfəs verilib. Hər kəsin çöhrəsinə gülüş dolu anlar bəxş edən tamaşa rəğbətlə və alqışlarla qarşılanıb. Tamaşanın ən yadda qalan tərəfi isə Cavad kişi obrazını xanım aktrisanın canlandırması olub.
Yeni məktəblər istifadəyə verildi
Yeni tədris ilində Heydər Əliyev Fondunun təhsil sahəsindəki layihələrindən biri də Şamaxı rayonunu əhatə edib. Bu il Bilik Günündə Heydər Əliyev Fondunun 500-cü məktəbi Şamaxı rayonunun Göylər kəndində şagird və müəllimlərin ixtiyarına verilib. Prezidentin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Şamaxı Rayon İcra Hakimiyyətinin , Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəsmiləri məktəbdə yaradılan şəraitlə tanış olublar. 624 şagird yerlik yeni məktəb binası üçmərtəbəli 4 korpusdan ibarətdir. Bina zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təchiz edilib. Təhsil müəssisəsində zəngin kitabxana, müxtəlif tədbirlərin keçirilməsi üçün akt zalı, uşaqların fiziki cəhətdən sağlam böyüməsi və idmana həvəsləndirməsi üçün həm məktəbin daxilində idman zalı, həm də həyətyanı ərazidə açıq idman meydançası qurulub.
Yeni tədris ilində İsmayıllıda da yeni məktəb binaları istifadəyə verilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 280 şagird yerlik 4 saylı tam orta məktəb üçün yeni bina inşa olunub. 3 korpusdan ibarət təhsil ocağı zəruri avadanlıq, fənn kabinetləri və labaratoriyalar, eləcə də əyani vəsaitlərlə təchiz edilib. İdman zalı ilə və açıq idman meydançası da istifadəyə verilib.
Qəbələnin Nic qəsəbəsində də Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 1 nömrəli tam orta məktəbin binası şagirdlərin istifadəsinə verilib. Açılış mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Elm və Təhsil naziri Emin Əmrullayev ələcə də Qəbələ rayon icra hakimiyyətininrəsmiləri, təhsil işçiləri iştirak ediblər. 2 mərtəbəli 200 şagird yerlik məktəbdəki fənn kabinetləri və laboratoriyalar lazımi avadanlıqla və əyani vəsaitlərlə təchiz edilib. Həmçinin kitabxana, yeməkxana, akt və idman zalı , açıq idman meydançası da şagird və müəllimlərin istifadəsinə verilib.
Qeyd edək ki, yeni tədris ilində Heydər Əliyev Fondu tərəfindən Bakıda və regionlarda əsaslı təmir və bərpa olunan, eləcə də yeni inşa edilən 22 təhsil müəssisəsi - 19 məktəb və 3 məktəbəqədər müəssisə müəllim və şagirdlərin istifadəsinə verilib.
Bilik Günü qeyd olundu
Azərbaycanın ümumitəhsil müəssisələrində Bilik Günü qeyd olunub. Bu gündən 1 milyon 600 mindən çox şagird orta məktəbdə təhsilə başlayıb. Şəki məktəblərində isə bu rəqəm 29 mindən çoxdur. Bilik Günü münasibətilə məktəblərdə ilk zəng çalınıb, ilk dərs isə \"Heydər Əliyev Azərbaycanın xilaskarı və qurucusudur\" mövzusuna həsr olunub.
Yolu keçən piyadanı mikroavtobus vuraraq öldürüb
Şəkidə səhər saatlarında piyadanın vurulması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Məhəmməd Əmin Rəsulzadə küçəsində qeydə alınıb. Şəki şəhər sakini Vüqar Məmmədov idarə etdiyi “Mercedes” markalı mikroavtobusla yolu keçən piyada, 60 yaşlı Seyfəddin Cəfərovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Seyfəddin Cəfərov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
33 yaşlı kişi meşədə güllələndi, meyiti basdırıldı
Oğuzda meşəlik ərazidə meyit tapılıb. Rayonun Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Toğrul Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub. İlkin araşdırma zamanı Kərimovu 3 gün əvvəl odlu silahla öldürüb, torpağa basdıran şəxsin 31 yaşlı, əvvəllər məhkum olunmuş Pərvin Məmmədov olduğu müəyyənləşib. O, könüllü şəkildə ərazi polis orqanına gələrək təslim olub. Faktla bağlı araşdırma aparılır.
Ər arvadını və bibisi qızını bıçaqladı
Şamaxıda iki qadın bıçaqlanıb. Rayon sakinləri olan 26 yaşlı Elmira və 23 yaşlı Günel Babayevalar kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Hazırda müalicələri reanimasiya şöbəsində davam etdirilir. Bacılara qəsd edən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Yaralılardan biri, Elmira Babayevanın əri, 28 yaşlı Novruz Babayev cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılıb. Hadisənin təfərrüatı barədə isə heç bir açıqlama verilməyib. Faktla bağlı araşdırma aparılır.
Narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb | Kanal S Xəbər
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində külli miqdarda narkotik vasitə daşıyan Gəncə şəhər sakini Vidadi Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan 5 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində həmin narkotik vasitəni Gəncə şəhərindən Zaqatalaya satmaq məqsədilə gətirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilər.
Açıq havada rəsm sərgisi
\"Yurdumuzu qarış -qarış gəzək\" layihəsi ill tanınan Aktivist rəssamlar qrupu yeni tərkibdə “Dünyanı sənət xilas edəcək”adlı layihəyə başlayıblar. Aktivst Rəssamlar yurdumuzun müxtəlif bölgələrini gəzərək canlı rəsmlər çəkir, yerli əhalidə sənətə olan marağı yenidən alovlandırırlar. Layihənin keçirilməsində məqsəd həm də yurdumuzu tanımaq, sərgilər və festivallarda çəkilən rəsmləri nümayiş etdirməkdir. Rəssamların ilk səfəri Şamaxıya olub. Təbiətin gözəlliklərini ağ kətanda müxtəlif rəng çalarları yaradaraq ortaya çıxaran rəssamlar yerli əhalinin də marağını cəlb edib.