Super User

Super User

Şəki şəhər 12 №li tam orta məktəbin “Mənim ilk ixtiram \"Sabahın alimləri\" respublika müsabiqəsinə hazırlıq mərkəzi\" layihəsi Təhsil nazirliyinin VII qrant layihələrinin müsabiqəsində qalib layihələrdən biridir. Layihənin çərçivəsində “Sabahın alimləri” Respublika müsabiqəsi Şəki məktəbliləri arasında təbliğ ediləcək. Yaradıcılıq, tədqiqat işlərinə həvəs göstərən istedadlı şagirdlər seçiləcək və onlara müxtəlif təlimlər keçiriləcək, seminarlar təşkil olunacaq. 6 ay davam edəcək layihədən 30 təhsilalan yararlana biləcək. Təhsil nazirliyinin VII qrant layihələrinin müsabiqəsində qalib layihələrdən biri də Şəki şəhər 6 nömrəli məktəbin 3D-Rəsmləri canlandıran qələm layihəsidir. Layihənin təqdimatı tədbirində çıxış edənlər bildirib ki, layihənin məqsədi təhsilalanlarda qavrayışı, təxəyyülü inkişaf etdirmək, mücərrəd anlayışları konkretləşdirməkdir. Layihə həmçinin onlara yeni məhsullar dizayn etməyə, xoş zaman keçirməyə imkan verəcək. Qeyd edək layihənin icra müddəti 2024-cü ilin fevralınadəkdir.

Cümə, 27 Oktyabr 2023 14:03

Şəkidə Tır dərəyə aşdı...

Şəki-Qax avtomobil yolunun 9-cu kilometrliyində, Şəkinin İnçə kəndi ərazisində “TIR” qəzaya uğrayıb. Avtomobil Qax istiqamətində hərəkətdə olarkən sərt döngədə idarəetmədən çıxaraq dərəyə aşıb. Yük avtomobilinin sürücüsü Gürcüstan vətəndaşı yüngül xəsarət alıb. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub və aşan “TIR” qaldırıcı kran vasitəsilə dərədən çıxarılıb. Faktla bağlı araşdırma aparılır.

Şəki Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı 35 yaşlı Şəki rayon Aşağı Küngüt kənd sakini Cavid İsayevin aralarında yaranmış mübahisə zamanı qohumu, 41 yaşlı Oğuz rayon sakini Asif Həşimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Hadisə baş verməzdən bir müddət əvvəl Cavid İsayev Asif Həşimovun yaşadığı evə gedib və onların arasında mübahisə baş verib. Daha sonra onlar Cavid İsayevin maşınında kəndin kənarına gediblər. Cavid İsayev orada Asif Həşimovu maşında bıçaqlayaraq qətlə yetirib. Hadisədən sonra Cavid İsayev istintaqa könüllü təslim olub və şübhəli şəxs qismində tutulub. Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Şamaxı Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birlikdə şəhər ərazisində hərəkətin intensiv olduğu yerlərdə nəzarət-profilaktik tədbirlər keçirilib. Reyd atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə təşkil olunub.

Reyd zamanı avtomobillər saxlanılıb və həmin nəqliyyat vasitələrinin atmosferə buraxdıqları zərərli qazların miqdarı xüsusi cihazlar vasitəsilə yoxlanılıb. Yoxlama zamanı bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub. Yol polisi əməkdaşları həmin avtomobil sahibləri ilə izahedici söhbətlər aparıb və ixrac qazlarının normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra nəqliyyat vasitələrindən istifadə etməli olduqları onların diqqətinə çatdırılıb. Standartlara cavab verməyən avtomobillərin sürücüləri barəsində inzibati qaydada tədbir görülüb. Xatırladaq ki, nasaz nəqliyyat vasitələrinin sürücüləri İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən 50 manat cərimə edilir.

Şəkidə qətl hadisəsi törədilib. Şəki şəhəri Mirzə Fətəli Axundzadə küçəsində 35 yaşlı Tehran Mustafayev yetkinlik yaşına çatmayan şəxs tərəfindən kəsici-deşici alətlə xəsarət yetirilərək öldürülüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsilə cinayət işi başlanılıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub. Hazırda ibtidai istintaq davam edir.

Şəkidə İnteqrasiya təlimli internat tipli gimnaziya şagirdlər arasında aşkarlanan qızılca xəstəliyinə kütləvi yoluxma halı ilə əlaqədar müvəqqəti bağlanılıb. İlk yoluxma sentyabrın 25-də şagirdlərdən birində qeydə alınıb və o xəstəxanaya yerləşdirilib. Daha sonra eyni hal digər şagirdlərdə də müşahidə olunub və şagirdlər Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İnfeksionistlər yoluxu qızılca xəstəliyinin yayılmasının səbəbi kimi valideynlərin övladlarını peyvəndləmə prosesindən yayındırmasında görür. Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlər arasında qızılca xəstəliyi müşahidə olunduqdan sonra Şəki Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin həkimləri təhsil müəssisəsində yaranan mövcud vəziyyəti qiymətləndirib və akt tərtib edilib. Oktyabrın 6-dan isə dərslərin distant formada tədrisi barədə qərar qəbul edilib.

Qeyd edək ki, oktyabrın 27-dən gimnaziyanın fəaliyyətinin ənənəvi şəkildə davam etdirilməsi nəzərdə tutulur.

Çərşənbə axşamı, 24 Oktyabr 2023 13:57

Şəkidə olimpiada mərkəzi açılacaq...

Şəki şəhər 18 saylı orta məktəbin hazırladığı olimpiada mərkəzinin yaradılması ilə təhsilalanların RFO-ya (respublika fənn olimpiadaları) hazırlaşdırılması layihəsi Təhsil nazirliyinin VII qrant layihələrinin müsabiqəsində qalib layihələrdən olub. Layihənin təqdimatı məqsədi ilə keçirilən tədbirdə çıxış edənlər ölkədə təhsilə, insan kapitalına göstərilən diqqət və qayğıdan danışıblar.

Bildirilib ki, layihə çərçivəsində 8 fənn üzrə RFO-ya hazırlıq üzrə peşəkar məşğələlər təşkil olunacaq. Bunun üçün Şəki şəhərində fəaliyyət göstərən 150 müəllim arasında test və müsahibə yolu ilə 20 nəfər müəllim seçiləcək. Layihə ümumilikdə 8-11-ci siniflərdə təhsil alan 750 nəfər şagird arasından diaqnostik qiymətləndirmə ilə seçilən 128 nəfəri əhatə edəcək. Layihə nəticəsində Şəkidə təhsilalanlar arasında RFO-ya marağın artırılması və olimpiadalara qatılan şagirdlərin nəticələrinin yüksəldilməsi nəzərdə tutulur.

Şəkidə Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə ölkə çempionatı keçirilib. Çempionatda paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli ölkə çempionu olub. 6 km məsafədə Bakı idmançısı Nihat Cabbarlı, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-də Naxçıvan idmançısı Aysu Abbasova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb. Yarışın qalibləri diplom və medallarla mükafatlandırılıblar.
#kanalstv#xəbər#krosqaçışı

Qəbələ Atıcılıq Klubunda “18 oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında pnevmatik tüfəngdən güllə atıcılığı üzrə rayon birinciliyinə yekun vurulub. Rayonun 28 tam orta məktəblərindən 90-dək idmançının mübarizə apardığı yarışda Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yeri tutaraq kubokun sahibi olub. Uludaş kənd tam orta məktəbinin komandası II yeri və Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yeriləri bölüşüblər. Fərdi mübarizədə isə I, II və III yerləri tutmuş oğlan və qızlar Gənclər və İdman idarəsinin sertifikatları ilə mükafatlandırılıblar.

YAP Qəbələ rayon təşkilatında \\\\\\\"Heydər Əliyev ili\\\\\\\" çərçivəsində növbəti tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışılıb.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin sosial-iqtisadi inkişaf kursu qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilir və müasir həyatımızın bütün sahələrində yüksək nailiyyətlər qazanılır. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

341 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S