Super User
Çıxış Yolu 14.12.2023
31 ildən sonra doğma yurduna qayıdanlar...
Laçın sakinlərinin doğma yurda böyük qayıdışı davam edir. Bu dəfə isə Şəki rayonunun Çələbixan qəsəbəsində məskunlaşan 1 Laçınlı ailəyə bu xoşbəxtliyi yaşamaq, 31 ildən sonra doğma yurduna qayıtmaq qismət olub. Kamal Allahverdiyev ailəsi ilə qayıdışdan öncə bu xoşbəxtliyə vəsilə olan, torpaqlarımızın azadlığına aparan şanlı zəfər uğrunda canından keçən şəhid Ətraf Qənimətovun xatirə abidəsini ziyarət edib. Ruhunu dərin hörmətlə yad edib, abidə önünə tər çiçəklər düzüblər. Çıxış edənlər Ətraf Qənimətov haqqında xatirələrini bölüşüblər. Onun qəhrəmanlığından, mübarizliyindən, gələcək nəsillərə örnək olacaq vətənpərvərliyindən danışıblar. Şəhid valideynlərinə minnətdarlıq bildirilib. Ziyarətdən sonra köçə hazırlaşan ailənin hissləri çox qarışıqdır həm sevinirlər həm kədərlənirlər. 31 il əvvəl ailəsi ilə birlikdə Laçını tərk etməyə məcbur olan Kamal Allahverdiyev 9 yaşında tərk etdiyi vətənə indi ailə başçısı, 3 uşaq atası kimi qayıdır. Kamal deyir ki, bu günü heç təsəvvür edə bilməzdi. Amma bu gün gəldi... Şəkidə arıçılıqla məşğul olan Kamal kişi Laçında da öz peşəsini davam etdirməyi və Laçın balını dünyaya tanıtdırmağı hədəfləyir. Xatırladaq ki, Şəki rayonunda Laçından məcburi köçkün kimi məskunlaşan 1772 üzvü olan 424 ailə var. Onlar da doğma torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər.
Xırdabuynuzlu heyvanları oğurlayan şəxslər saxlanılıb...
Qaxda polisə müraciət edən zərərçəkmişlər onlara məxsus xırdabuynuzlu heyvanların naməlum şəxslər tərəfindən oğurlanması barədə məlumat veriblər. Keçirilmiş əməliyyat –axtarış tədbirləri nəticəsində həmin cinayətləri törətməkdə şübhəli bilinən Zaqatala rayon sakinləri - əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Ülvi Bayramov və onun tanışı Rafael Nəsirov saxlanılıblar. Araşdırma zamanı saxlanılan şəxslərin noyabr ayı ərzində 3 dəfə Rafael Nəsirova məxsus avtomobillə Qax rayonuna gələrək burada oğurluq etdikləri məlum olub. Onlar ifadələrində ələ keçirdikləri xırdabuynuzlu heyvanları Zaqatalaya apararaq orada satdıqlarını və əldə etdikləri pulu öz aralarında böldüklərini bildiriblər. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin də qərarı ilə Ü.Bayramov və R.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.
Çıxış Yolu 13.12.2023
Lalə Seyidcahan: Röyaya don tikmişəm, pulumu verməyib! | Çıxış Yolu
Nərmin Kərimbəyova: Avroviziya mahnı müsabiqəsi onlara düşmədi | Xəbərin var? 13.12.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Əfruzə Ağayeva: Üzeyir bayağıdır, nə sənətkar!? | Xəbərin var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Üz güldürən yeni il hədiyyələrinin can yandıran tərkibi | Elə Çarə 13.12.2023
Aparıcı Anar Lalənin aş qazanını efirdə qaytardı | Xeyirli axşamlar 11.13.2023
Zaqatalada çaqqal məktəblilərə hücum edib...
Zaqatalanın Muxax kəndində vəhşi heyvanların insanlara və mal-qaraya hücum çəkməsi, xəsarət yetirməsi vaxtaşırı yaşanır. Səhər saatlarında 2 nömrəli məktəbə gələnlər də belə bir gözlənilməz hadisə ilə qarşılaşıb. Çaqqal məktəblilərə hücum edib. Zaqatalanın Muxax kəndində 2 nömrəli məktəbə dərsə gedən şagird və valideynlər çaqqal hücumuna məruz qalıb. Orta məktəbin 11 yaşlı iki şagirdi dərsə gedən zaman yolda çaqqal onlara anidən hücum edib. Ardınca daha üç nəfər kənd sakini - 30 yaşlı Dilrubə Tahirova, 35 yaşlı Fatimə Rəcəbova və 37 yaşlı Leyla Ömərovaya xəsarət yetirib. Sakinlər son anda quduzluq ehtimalı olan çaqqalı öldürə biliblər. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Muxax kəndində çaqqal hücumu ilə əlaqədar müraciət edən beş nəfər - iki məktəbli və üç valideynə ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, 10 minə yaxın əhalisi olan Muxax kəndində sakinlər vəhşi heyvan hücumları ilə tez -tez rastlaşdıqlarını deyirlər.