Super User
Türk dünyasının mədəniyyət paytaxtı Şuşa...
ADPU-nun Şamaxı filialında “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ili çərçivəsində keçirilən konfransda Zəngin tarixə və mədəniyyətə malik olan Şuşaya həsr edilmiş videoçarx nümayiş olunub. Çıxışlarda vurğulanıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il noyabrın 8-də azad etdiyi Şuşa şəhərinin azad olunması tariximizə qızıl hərflərlə yazıldı. Bu gün Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır. Plenar iclasdan sonra konfrans işini 4 bölmədə - “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan”, “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir”, “Qarabağ ədəbi-mədəni mühiti və Türk düyasının mədəniyyət paytaxtı Şuşa”, “Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” adlı bölmələrdə davam etdirib. Ümumilikdə 200-ə yaxın məruzənin dinlənildiyi konfransa bir çox nüfuzlu təhsil müəssisəslərindən alim və tədqiqatçılar da qoşulub. Sonda konfransın təşkilində fəal iştirakına görə fərqlənən filial əməkdaşlarına sertifikatlar təqdim olundu.
Xəyalə ilə Sizdəyik bu dəfə Rəsmiyyə Davudqızının qonağıdır 17.12.2023
Maraqlı adam bölməmizin növbəti qonağı - Parodiyaçı Samir | Məhəmməd haradadır?
Eşitməyən qalmasın 15.12.2023
Nəfəsdən nəfəs kəsən açıqlamalar! | Xəbərin var? 15.12.2023
Canlı efirdə qurbağa ilə müalicə | Xeyirli axşamlar
Nəfəs Rəqsanəyə cavab verdi: Nəfəsin səsi var, təhsili yoxdur sadecə!!! | Xəbərin var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Əməliyyata gələn pasientlərim "Bizi qəti Aytac Tovuzlu kimi etməyin!" deyir | Xəbərin var?
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
“Bəxtiyarsız Günlər” kitabının təqdimatı baş tutub...
Şəkinin Aşağı Göynük kəndində şəhid Bəxtiyar İdrisovun xatirəsinə həsr olunan “Bəxtiyarsız Günlər” kitabının təqdimatı baş tutub. Tədbirdə çıxış edənlər 19 yaşında şəhadətə ucalan Bəxtiyarın qısa, ancaq şərəfli ömür yolunun əks olunduğu kitab haqqında danışıblar. Vurğulanıb ki, məhz belə qəhrəmanlar sayəsində vətən torpağı düşmən tapdağından azad edilib və ərazi bütövlüyümüz bərpa olunub. Tarix yazan bu qəhərmanların həyatı gənclərə örnək təşkil etməli və onların vətənpərvər ruhda yetişdirilməsində istifadə olunmalıdır. Bu baxımdan şəhidlərə həsr olunan kitabların əhəmiyyəti böyükdür. Bəxtiyar İdrisov haqqında danışan müəllimləri, sinif yoldaşları onun necə vətənpərvər, çalışqan sevgi dolu olmasından danışıblar. Bildirilib ki, kitabda həmçinin şəhid Bəxtiyar İdrisov müəllifi olduğu hekayələr də yer alıb. Xatırladaq ki, Bəxtiyar İdrisov 19-20 sentyabr 2023-cü il tarixlərində keçirilən antiterror tədbirləri zamanı Ağdamın Sırxavənd kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qonşuları qazdan istifadə edərkən, odun dərdi çəkən sakinlər!
Təsəvvür edin ki, eyni qəsəbədə və eyni küçədə yaşayasan küçənin bir hissəsinin sakinləri evində mavi yanacaqdan istifadə edir digər hissəsi isə gərmədən odundan istifadə edir. Bu paranormal vəziyyət Şamaxı rayonunun Sabir qəsəbəsində yaşanır. Rayon mərkəzindən 6 km məsafədə yerləşən Sabir qəsəbəsinin bir qurp sakinlərinin məskunlaşdıqları ərazidə mavi yanacaq olsa da ondan istifadə edə bilmirlər. Uzun illərdi qaz borularına həsrətlə baxan sakinlərin həsrətinə niyə son qoylumur ? Əməkdaşımız Cavanşir Seyfəddinoğlu araşdırıb. Şamaxının rayon mərkəzindən 6 km məsafədə yerləşən Sabir qəsəbəsinin bir qrup sakini mavi yanacaqdan məhrum qalıb. Əraziyə uzun müddətdir qaz xətti çəkilib, hətta həmin xətlər sakinlərin yaşadığı evlərin yaxınlığından keçir, amma nədənsə qəsəbənin yuxarı hissəsində yerləşən 300-dən çox mənzil mavi yanacaqla təmin olunmur. Sakinlərin sözlərinə görə, qaz xətti olmadığından məcbur olub odundan istifadə edirlər ki, onun da istisindən çox qiyməti yandırır. Odunla qışı keçirmək hər ailəyə 1000-1500 manata başa gəlir. İmkanı olmayan isə həyətindəki ağacları kəsir və ya təzəkdən istifadə edir. “Azəriqaz” İstehsalat Birliyinə Sabir qəsəbə sakinlərinin gileyini biz də çatdırdıq. Qurum rəsmisindən aldığımız cavab belə oldu... Bu dəfə verilən vədə əməl edilsə belə görünür ki, bu qış Sabir qəsəbə sakinlərinin mavi yanacaqsız keçirdiyi son qış olacaq.