Super User

Super User

Çərşənbə axşamı, 30 Aprel 2024 09:58

Səhər dəmi 30.04.2024

Bazar ertəsi, 29 Aprel 2024 13:17

Rəqsin ürəyi Şəkidə döyünür...

29 aprel- Beynəlxalq Rəqs Günü münasibətilə Şəkidə "Rəqsin ürəyi Şəkidə döyünür" adlı bayram konserti keçirilib. Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin dəstəyi, M.F.Axundzadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirə ölkənin bir çox şəhərlərindən rəqs qrupları qatılıb. Qax İngiloy Mədəniyyət Evinin "Ketavan" və "Mandili", Gəncə Dövlət Filarmoniyasının solistlərindən ibarət "Mübarək", Mingəçevir şəhərinin "Banu", Şəkinin musiqi və incəsənət məktəblərinin rəqs qrupları, eləcə də digər iştirakçılar bir-birindən maraqlı rəqsləri ilə tədbirə rəng qatıblar. Konsertdə milli rəqslərimizlə yanaşı, müxtəlif mədəniyyətlərə və millətlərə aid olan rəqs növləri də təqdim olunub və tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Şəkinin Qayabaşı kəndinin sakinləri yaşadıqları ərazinin məişət tullantıları poliqonuna çevrilməsindən şikayətçidirlər. Antisanitar vəziyyət kəndi həm də sahibsiz heyvanların məskəninə çevirib. Zibillik əraziyə yığılan sahibsiz itllər, hətta vəhşi heyvanlar insanların təsərrüfatına da ziyan vurur.

Elə bir neçə gün əvvəl həmin zibillik ərazinin yaxınlığında yerləşən evlərdən birinə hücum edən sahibsiz itlər 4 baş xırdabuynuzlu heyvanı tələf edib.

Qeyd edək ki, məsələ barədə kənd icra nümayəndəliyindən mövqe öyrənmək istəsək də icra nümayəndəsi müxtəlif bəhanələrlə müsahibədən boyun qaçırdı. Necə ki, dəfələrlə sakinlərin də müraciətinə bu cür etinasız yanaşıb.

Ümid edirik, hələlik cana gəlincə, mala gələn bu təhlükə tezliklə aradan qalxar. Təbii ki, bunun üçün ilk növbədə vətəndaşların müraciətlərini diqqətə almalı olan məmurlar hər hansı tədbir görməlidir.

Bazar ertəsi, 29 Aprel 2024 12:27

Ötənlər 28.04.2024

Bazar ertəsi, 29 Aprel 2024 12:18

Qaxda məktəblilər polisin qonağı olublar...

Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə keçirilən görüşdə məktəblilər əvvəlcə xidməti avtomobillər, xüsusi texniki vasitələr və avadanlıqlarla tanış olublar. Şagirdlərə polisin gündəlik xidməti fəaliyyəti, eləcə də ictimai asayişin təmin olunmasında və cinayətkarlığa qarşı mübarizədə görülən işlər barədə məlumat verilib. Daha sonra şöbənin inzibati binasında xidməti otaqlarla tanışlıq olub. Polis əməkdaşları iş prosesi ilə bağlı yeniyetmələri maraqlandıran sualları cavablandırıblar. Görüş məktəblilər tərəfindən də böyük maraqla qarşılanıb.

Şəki-Qax avtomobil yolunun Şəki rayonu Biləcik kəndi ərazisindən keçən hissəsində avtoqəza baş verib. Hərəkətdə olan “Toyota” və “Chevrolet” markalı minik avtomobilləri toqquşub.

Qəza zamanı sürücülər 46 yaşlı Qax rayon sakini Qoqita Babacanaşvili və 37 yaşlı Rəşad İsrafilov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

334 -dən səhifə 693

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S