Super User

Super User

Qaxda 3 avtomobilin toqquşduğu qəza baş verib. Hadisə Qax şəhərinin giriş hissəsində qeydə alınıb. Oğuz rayon sakini 47 yaşlı Rizvan Xəlilovun idarə etdiyi yük avtomobili, Zaqatala rayon sakini 23 yaşlı Elbəy İsmayılovun idarə etdiyi digər yük avtomobililə və Qax rayon Qapıçay kənd sakini 20 yaşlı Paşa Şuşanidzenin idarə etdiyi minik avtomobili ilə toqquşub.

Qəzadan nəticəsində minik avtomobili yoldan çıxaraq aşıb. Hadisə zamanı Qax rayon Qapıçay kənd sakinləri, minik avtomobilinin sürücüsü Paşa Şuşanidze və 37 yaşlı Şamil Şuşanidze müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Avtomobildə sıxılmış vəziyyətdə qalan 37 yaşlı Şamil Şuşanidze əraziyə cəlb olunmuş Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xilasediciləri tərəfindən avtomobildən çıxarılaraq aidiyyətı üzrə təhvil verilib. Onlar hər ikisi Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Cümə, 01 Dekabr 2023 14:56

Balakən bazarında yanğın olub...

Balakən bazarında yanğın olub. Yanğın dünən axşam Balakən şəhərində fəaliyyət göstərən bazar ərazisindəki Rasim Hüseynova məxsus ümumi sahəsi 25 kv/m olan dərzi dükanında baş verib. Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğn nəticəsində dərzi dükanının yanar konsrtuksiyaları içəırisində olan əşyalarla birlikdə və yanan dükana bitişik tikilən, Kamran Məmmədova məxsus parça mağazasının isə 2 kv/m-lik dam örtüyü yanıb. Yanğınsöndürənlərin səyi nəticəsində yanğın genişlənərək yaxınlıqdakı digər ticarət obyektlərinə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

Qış fəslinin astanasında olmağımıza baxmayaraq bir neçə müddət əvvəl Şəkinin Baltalı kəndində ayı müşahidə olunub. Vəhşi təbiət heyvanı hər hansı ziyanlıq vurmasa da insanları təşvişə salıb. Həmçinin Şəkinin digər kəndlərində də sakinlər ayıların dağlardan kənd ərazisinə düşdüyünü müşahidə etdiklərini deyirlər. Burada sual yaranır ayılar niyə qış yuxusuna hələ də getməyib yaşayış məskənlərinə düşür? Dünyada iqlim dəyişikliyi probleminin artdığını nəzərə alsaq görünür belə halları artıq tez-tez müşahidə edəcəyik. Qeyd edək ki, ekspert qiymətləndirmələrinə görə qonur ayının Azərbaycan ərazilərindəki sayı onların şimala doğru miqrasiyasını nəzərə almaqla, təqribən 500-700 baş arasında dəyişir.

Cümə, 17 Noyabr 2023 11:39

Çıxış Yolu 17.11.2023

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də \"Xəbərin var?\" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

 

Cümə axşamı, 16 Noyabr 2023 13:13

Eşitməyən qalmasın 16.11.2023

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də \"Xəbərin var?\" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

 

Cümə axşamı, 16 Noyabr 2023 12:52

Eşitməyən qalmasın 16.11.2023

Çərşənbə, 15 Noyabr 2023 14:41

Uşaqlar güclü gələcəyin təminatıdır...

Şəki şəhər 7 nömrəli məktəbdə \"Uşaqlar güclü gələcəyin təminatıdır\" adlı tədbir keçirilib. Oktyabrın 20-dən noyabrın 20-dək davam edən “Uşaq hüquqları aylığı” çərçivəsində həyata keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, Azərbaycan təhsili keyfiyyətcə yeni mərhələyə çatdıqca gənc nəslin hüquqi maarifləndirilməsinə və qorunmasına diqqət də artır. Bu istiqamətdə qanunvericilikdə də bir sıra təkmilləşdirmələr aparılır. Tədbirdə uşaqların hüquqlarından danışılıb, məktəblilərin hazırladıqları çıxışlar dinlənilib, videomateriallara baxılıb. Həmçinin yaradıcı şagirdlərin ifasında ədıbi-bədii kompozisiya nümayiş olunub.

330 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S