Super User

Super User

Şəki şəhər 7 nömrəli tam orta məktəbdə "Beynəlxalq Ana Dili Günü"nə həsr edilmiş tədbir keçirilib. Şəhid Xəyal Məmmədovun adını daşıyan 3B sinfinin təşkil etdiyi tədbirdə təhsil ictimaiyyəti, məktəbin kollektivi və şagirdlərlə yanaşı, şəhidin ailə üzvləri də iştirak edib. Ana dilimizin qədimliyindən və zənginliyindən söhbət açılıb, doğma dilimizin gözəlliyinin, saflığının qorunmasının və inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Daha sonra şagirdlərin ifasında ana dilinə həsr olunan ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, dil haqqında şerlər, hikmətli kəlamlar və mahnılar səsləndirilib.

Şəkinin Qoxmuq kənd tam orta məktəbinin şəhid Kazım Məmmədsalahovun adını daşıyan III C sinfində Beynəlxalq Ana Dili Günü ilə əlaqədar açıq dərs keçirilib. Məktəb rəhbərliyinin və müəllimlərin iştirak etdiyi açıq dərsdə əvvəlcə vurğulanıb ki, hər bir dil özündə bir tarix yaşadır və öz doğma dilimizi qorumaq, inkişaf etdirmək hər kəsin vəzifəsidir. Daha sonra məktəblilər öz maraqlı çıxışları ilə tədbirə rəng qatıblar. Şagirdlər ana dilimizlə bağlı şeirlər səsləndirib, hazırladıqları kompozisiyalarla ana dilimizi qorumağın vacibliyinə diqqət çəkiblər.

Hadisə rayonun Gərəkli kəndində baş verib. Ümumi sahəsi 132 kv/m olan 4 otaqdan ibarət fərdi yaşayış evində baş verən yanğının söndürülməsi üçün əraziyə Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın zamanı xəsarət alan olmasa da 4 otaqlı ev yanaraq, yararsız hala düşüb. İlkin ehtimala görə yanğın elektrik naqillərində yaranmış qısaqapanma nəticəsində baş verib. Qeyd edək ki, ev sahibi 74 yaşlı Ramazan Əlisultanov fevralın 18-də vəfat edib.

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında xalq artisti, bəstəkar Süleyman Ələsgərovun 100 illik yubileyi ilə bağlı keçirilən konsert proqramı baş tutub. Tədbirdə şəhid ailələri, qazilər, ziyalılar musiqisevərlər iştirak ediblər. Konsert proqramında Şəki şəhər 2 nömrəli Uşaq Musiqi məktəbinin Xalq Çalğı alətləri orkestrinin və müəllimlərinin ifasında dahi bəstəkarın film musiqləri, “Xəyala dalarkən”, “Küsmərəm”, “Gözlə məni”, “Vətənimdir”, və digər mahnıları ifa edilib. Konsert proqramı tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Xatırladaq ki, Süleyman Ələsgərov “Bahadır və Sona”, “Solğun Çiçəklər” operasının, 12 musiqili komediyanın, “Bayatı Şiraz” simfonik muğamının, 2 simfonik poemanın, 4 kantatanın, 200-ə qədər müxtəlif mahnı və romanslar kimi Azərbaycan musiqisinin incilərinin müəllifidir. Həmçinin 1956-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında pedaqoq kimi də fəaliyyət göstərib.

Cümə axşamı, 22 Fevral 2024 12:58

Şəkidə tələbələr dəm qazından zəhərləndi...

Hadisə gecə saatlarında şəhərin Könül Qəhrəmənova küçəsindəki fərdi yaşayış evlərindən birində baş verib. Evdə kirayəçi kimi yaşayan 18 yaşlı Rəvan Xavəri və Emil Məmmədov, 19 yaşlı Kamil Məmmədli və Ülvi Bəbirbəyli, 21 yaşlı Musallif Bəşirov və 22 yaşlı İmran Adimov dəm qazından zəhərlənmə əlamətləri ilə Təcili Tibbi Yardım briqadasının köməkliyi ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. İlkin ehtimallara görə, zəhərlənməyə qaz sobasından sızan dəm qazı səbəb olub. Faktla bağlı araşdırma aparılır.

Cümə axşamı, 22 Fevral 2024 12:57

Xeyirli axşamlar 16.02.2024

Cümə axşamı, 22 Fevral 2024 12:53

Xeyirli axşamlar 19.02.2024

Cümə axşamı, 22 Fevral 2024 11:50

Nadir Ziyadlının qonağıyıq | Məclisi-Şüəra

331 -dən səhifə 643

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S