Super User
İmplantı kimlər etdirə bilər? - Dr. Nail Hüseynov | Həkimcanlı 09.11.2023
Vüqar Bariton: Ruhu-ruhuma yaxın, qulluğumda duracaq qız axtarıram | Kim var, Kim yox? 07.11.2023
Elza Seyidcahanın xına gecəsi oldu | Xeyirli axşamlar 07.11.2023
Uşaq bağçasında Zəfər günü qeyd edildi...
Şəkidə 11 saylı uşaq bağçasında Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə ərazi bütövlüyümüzün bərpa olunması, şəhid və qazilərimizin göstərdiyi qəhrəmanlıqlar barədə uşaqlara məlumat verilib. Bildirilib ki, tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdır. Tədbir boyunca balacalar qələbədən bəhs edən səhnəciklər göstərib, mahnılar oxuyub, şeirlər ifa ediblər.
Zaqatalada reyd keçirildi...
Qəbələdə arxeoloji tədqiqatlar davam edir...
Azərbaycanın qədim şəhərlərindən biri olan Qəbələdə bu gün də arxeoloji qazıntılar aparılır. 800 ildən çox qədim Azərbaycan dövləti Albaniyanın paytaxtı olan Qəbələ hələ də özündə bir çox sirr gizlədir.
2008-ci ildən başlayaraq SEBA Asossasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə koreyalı arxeoloqlar davamlı olaraq Qəbələ tədqiqatlarında iştirak edirlər. Qazıntılar Səlbir və Qala adlanan ərazilərdə aparılıb. Qala adlanan ərazinin 9-cu sahəsində aparılan qazıntılar zamanı bir çox maraqlı tapıntılar aşkar edilib.
Şəki rayon Psixiatriya Xəstəxanasında Zəfər Günü qeyd olunub...
Tədbirdə tibb işçiləri, şəhid ailələri, qazilər və xəstəxana kollektivi iştirak edib. Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin xatirəsi ehtiramla yad edilib. Çıxış edənlər Ulu Öndərin siyasətini davam etdirən Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatından, qazanılan Şanlı Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından danışıblar. Vurğulanıb ki, bu möhtəşəm Qələbə Prezident-Xalq birliyinin təntənəsi oldu. Torpaqlarımızın azad edilməsi əməliyyatlarında tibb işçilərinin əməyindən də söz açılıb. Qeyd olunub ki, ağ xalatlı qəhrəmanlarımız da ön və arxa cəbhədə şücaət göstərib, yüzlərlə gəncimizi ölümdən xilas ediblər. Ardınca Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda qazilərə və şəhid ailələrinə hədiyyələr təqdim olunub və Zəfər Günü münasibəti ilə bayram süfrəsi təşkil edilib.
Təmiz kofeni yoxlama üsulu | Elə çarə 07.11.2023
Mətanət Əsədova tamaşaçılara üsyan etdi : Ana olmaq mənimdə haqqımdır! | Xəbərin var? 07.11 2023
Şəkidə qadın diri-diri yandı...
Şəkidə ölümlə nəticələnən yanğın olub. Gecə saatlarında Şəki şəhəri Mahiyəddin Abbasov küçəsində yerləşən fərdi yaşayış evində yanğın baş verib. Hadisə yerinə FHN-nin yanğından mühafizə xidmətinin avtomobilləri və şəxsi heyyəti cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı ümumi sahəsi 162 m² olan ikimərtəbəli, 6 otaqlı ev tamamilə yanıb. Hadisə yerinə baxış zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Yanmış cəsədin şəxsin ev sahibi, 69 yaşlı Ziyafət Salmanovaya məxsus olduğu bildirilir. Mərhum evdə tək yaşayırmış. İlkin ehtimallara görə yanğının qaz sobasından baş verdiyi ehtimal edilir.