Super User

Super User

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də \\\\\\\"Xəbərin var?\\\\\\\" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də \\\"Xəbərin var?\\\" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Bazar ertəsi, 13 Noyabr 2023 19:39

Çıxış Yolu 13.11.2023

Bazar ertəsi, 13 Noyabr 2023 15:02

Şamaxıda körpələr təhlükədə...

2019-ci ilin Fevral ayında Şamaxı rayonunda baş verən zəlzələ nəticəsində rayonun Cabanı kəndində fəaliyyət göstərən uşaq baxçası qəzalı vəziyyətə düşüb.İstifadəyə yararsız və təhlükəli olduğu üçün körpələr evinin fəaliyyəti dayandırılaraq sökülüb. Müvəqqəti olaraq kənd ərazisidə iki otaqlı fərdi yaşayış evi icarəyə götürülərək körpələr evi kimi istifadəyə verilib.Artıq 4 ildən çoxdur ik kəndin uşaqları günlərinin əsas hissəsini baxça şəraitinə uyğun olmayan evdə keçirərək təlim-tərbiyə almağa çalışır.Bu da ən çox körpələrini baxçaya gətirən valideyinləri narahat edir. Daha ətraflı sujetdə. Gördüyünüz bu kadrlar İkinci Cabanı kənd uşaq bağçasında lentə alınıb. Məkanın adı uşaq bağçası olsa da əslində bura yaşayış evidir. 25 uşağın təlim-tərbiyə aldığı bu balaca, köhnə, şəraitsiz bağçada 7 oturacaq, uşaqların yatması üçün isə 8 çarpayı var. 14 nəfər işçi heyyətini də nəzərə alsaq burada olan mənzərəni təsəvvür etməmək mümkün deyil. Əslində çox istərdik ki, bu şəraitsiz balaca otaqda körpələr necə təlim tərbiyyə alır,müəllimlər hansı əzab-əziyyətlə uşaqları təlim-tərbiyə edir çəkib göstərək. Amma aidiyyəti qurumlar muxtəlif bəhanələr gətirərək çəkilişə məhdudiyyət yaratdılar. Kənd sakinləri isə deyir ki, əvvəlki bağça binasında hər cür şərait vardı. Ərazisi də geniş olduğundan ətraf kəndin uşaqları da daxil olmaqla 60-dan çox körpə təlim-tərbiyyə ala bilirdi. İndi isə çoxları uşaqlarını bağçaya qoya bilmir. Verilən vədə əməl olunsa 4 ildən çoxdur yeni baxçanın tikintisini səbirsizliklə gözləyən kənd sakinləri arzularına tezliklə qovuşacaqlar. Onu da qeyd edək ki, belə anoloji hal Şamaxı rayonunun Xınıslı kəndində də yaşanır.

Bazar ertəsi, 13 Noyabr 2023 14:23

Zaqatala avtovağzalında sıxlıq yaşanıb...

İstirahət günlərinin ardınca Zaqatala avtovağzalında da normal günlərdən fərqli olaraq sıxlıq yaşanıb. Bayram günlərində rayona gələn tələbələr artıq paytaxt və digər rayonlara getmək üçün biletlərini 3-4 gün əvvəldən bron edərək onlayn şəkildə alıblar. Növbəti günlərdə də sıxlıq yaşanacağı təqdirdə xəttə əlavə avtobusların buraxılması təmin ediləcək..

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də \"Xəbərin var?\" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də \"Xəbərin var?\" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

332 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S