Super User
Səhər dəmi 28.02.2024
Yaxşı deyək, yaxşı eşidək 27.02.2024
Canlı-canlı 5 gün Mikayıl ilə başladı 27.02.2024
Səidə Dadaşova: "Yatıb-durub gündəm olurlar" | Xəbərin var? 27.02.2024
“Zəfərin kölgəsi Şəki”
Şəkidə rayon şəhidlərinə həsr olunmuş “Zəfərin kölgəsi - Şəki” sərgisi keçirilib. Sərginin açılış tədbirində rayon rəsmiləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak edib. Sərgidə rəssam Elmar Məmmədzadə və Natiq Məhərrəmovun müəllifliyi ilə hazırlanan Vətən Müharibəsi Şəhidlərinin şüşə üzərində kölgə effektli portretləri nümayiş etdirilib. Çıxış edənlər qəhrəmanlarımızın adlarının daim yaşadılması üçün belə tədbirlərin əhəmiyyətini qeyd ediblər. Sonda qəhrəmanlarımızın portretləri onların ailələrinə hədiyyə edilib.
Mal-qaralar tövlədə diri-diri yandı...
Hadisə Bayan kəndindəki fermada, 64 yaşlı Yaşar Həsrətova məxsus ümumi sahəsi 260 kv/m olan tövlədə baş verib. Yanğın zamanı tövlədə olan 34 baş inək və 4 baş buzov yanaraq tələf olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğının yaxınlıqdakı diğər tikililərə keçməsinin qarşısı alınıb.
Zaqatalada ev yanıb...
Yanğın Danaçı kəndində Mohuma Məmmədova məxsus, ümumi sahəsi 392 kv/m olan ikimərtəbəli, 9 otaqdan ibarət fərdi yaşayış evində baş verib. Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək yaxınlıqdakı digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində ikimərtəbəli 9 otaqlı evin ikinci mərtəbəsi əşyalarla birlikdə yanıb. Xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.