Super User
Beynəlxalq dərəcəli hakim Gülyana Özcan səhv qərarlarından danışdı | Kim sevirsə idmanı 24.02.2024
Rəşad İlyasov və kosmetoloq Xariqə Quliyeva "Xəbərin var?"da 23.02.2024
Oğurluq edən dəstə üzvləri saxlanılıb...
Qobustan Polisinin keçirdiyi əməliyyat nəticəsində rayon ərazisində silsilə oğurluqlar edən dəstə üzvləri saxlanılıb. Rayonun Çuxanlı və Yekəxana kəndlərində yerləşən ümumilikdə 3 mağazadan eyni gündə naməlum şəxslər kassalarda olan pulu, telefon danışıq kartlarını və dəyəri 1000 manatdan yuxarı olan tütün məmulatlarını oğurlayıblar. Keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən şəxslər – Fərid Ağarzazadə, əvvəllər də oğurluğa görə məhkum olunmuş Qəzənfər İsaqlı, Qərib İsmayılov, Cahandar Cəbrayılov və Müşviq Həsənov saxlanılıb.
Araşdırma zamanı tanışların oğurluq məqsədilə paytaxtdan Qobustana gəldikləri və sonra Bakıya qayıdaraq əldə etdiklərini öz aralarında böldükləri müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Rəhman Rəhmanovun ilk yoldaşı Ulduz: Oğlumun yas məclisində yad adam idim... | Həftənin qonağı
Cuma babanın hekayəsi 2-ci hissə | Ötənlər 24.02.2024
Yaxşı deyək, yaxşı eşidək 21.02.2024
Mayomed Klinikasının mütəxəssisləri "Həkimcanlı"da 23.02.2024
Qayda pozan sürücülər məsuliyyətə cəlb olunub...
Balakəndə narkotik vasitənin və spirtli içkinin təsiri altında avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunub. Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin şəhərin küçə və prospektlərində, eləcə də təhsil müəssisələrinin qarşısında yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirdiyi tədbirlər nəticəsində narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə sükan arxasına əyləşən intizamsız sürücülər aşkar olunub. Yanvar-fevral ayı ərzində spirtli içkinin və narkotik vasitənin təsiri altında 27, sürücülük hüququ olmadan avtomobil idarə edən isə 58 nəfər barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Həmçinin, dövlət qeydiyyat nişanı olmadan avtomobil idarə edən, təhlükəsizlik kəmərindən istifadə etməyən, nəqliyyat vasitəsində konstruksiya dəyişikliyinə yol verən və digər kobud qayda pozuntuları törədən sürücülər müəyyən olunaraq barələrində inzibati protokollar tərtib edilib. Tədbir zamanı avtomobillərin atmosferə ixrac etdiyi dəm qazının miqdarı da xüsusi cihaz vasitəsilə yoxlanılıb. Yoxlama zamanı ekoloji normalara cavab verməyən avtomobil sürücüləri inzibati qaydada məsuliyyətə cəlb olunublar. Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş digər profilaktiki tədbirlər nəticəsində isə tütün məmulatlarından istifadə qaydalarını pozan, qapalı məkanlarda siqaret çəkən, qanunsuz küçə ticarəti ilə məşğul olan və məişət tullantılarını urnalardan kənara atan şəxlərlər müəyyən olunub. Son 2 ay ərzində bu istiqamətlədə keçirilmiş tədbirlər nəticəsində tütün məmulatlarından istifadə qaydalarını pozan 268 nəfər, qanunsuz küçə ticarəti ilə məşğul olan 46 və ətraf mühiti çirkləndirən 22 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.
İsmayıllıda yük avtomobili ilə minik avtomobili toqquşub...
İsmayıllı rayonunun Xanagah kəndi ərazisində “MAZ” markalı yük avtomobili ilə “Azsamand” markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində minik avtomobilindəki sərnişin, 34 yaşlı Nigar Bayramova aldığı xəsarətlərdən vəfat edib. Sürücü isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.