Super User
Səhər dəmi 21.02.2024
Xeyirli axşamlar 15.02.2024
Qəfil ürək tutması - Nə etmək lazımdır? | Həkimcanlı 20.02.2024
Səhər dəmi 20.02.2024
Aygün Mahmudova: Liposaksiya əməliyyatı etdim. Kənanda xoşlayıb | Xəbərin var? 19.02.2024
(Xızı) Altıağacda Vüqar Dağlı ilə "Kim var, Kim yox?" 20.02.2024
Saxta quru çayları necə ayırd edək? | Elə çarə 20.02.2024
Qastroenteroloq İlqar Alışov - Qəbizlik, bağırsaq sallanması və müalicəsi Həkimcanlı 19.02.2024
Şəhid Nicat İmamverdiyevin xatirə lövhəsi qoyuldu...
Şəki şəhər 1 nömrəli orta məktəbdə şəhid Nicat İmamverdiyevin cənnətdəki 22-ci ad günündə xatirə lövhəsinin açılışı olub. Tədbirdə şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, qazilər, şəhər ictimaiyyəti və məktəb kollektivi iştirak edib. Çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşüblər, döyüş yolundan danışıblar. Qeyd olunub ki, Nicat İmamverdiyev 2020-ci il oktyabrın 21-də Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" "Cəsur döyüşçü" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Tədbirin bədii hissəsində şagirdlər vətənpərvər ruhda şeirlər səsləndiriblər. Açılışdan sonra tədbir iştirakçıları şəhid Nicat İmamveridyevin əziz xatirəsini anmaq üçün şəhidlər xiyabınında məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.