Super User

Super User

Bazar ertəsi, 06 Noyabr 2023 15:14

Məktəblərdə Zəfər Günü qeyd edilib

Şəki məktəblərində Zəfər Gününə həsr edilmiş silsilə tədbirlər keçirilib. 8 nömrəli tam orta məktəbdə baş tutan “Zəfər dastanı” adlı tədbirdə məktəb kollektivi, valideyn və şagirdlər iştirak edib. Çıxış edənlər bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. Daha sonra tədbir şagirdlərin hazırladığı ədəbi-bədii proqramla davam edib. 7 nömrəli tam orta məktəbdə keçrilən tədbirdə isə şəhid ailələri, qazilər, məktəb kollektivi iştirak edib. Çıxış edənlər Vətən müharibəsində şəhid və qazilərimizin şücaətlərindən bəhs edilib, onların heç zaman unudulmayacağı diqqətə çatdırılıb. Sonra Vətən müharibəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib. Ardınca tədbir bədii hissə ilə davam edib. Şəki şəhər 12 nömrəli tam məktəbdə keçirilən Zəfər Günü tədbirində çıxış edənlər Vətən müharibəsində qazanılan qələbənin Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi yaddaşlara həkk olunduğunu bildiriblər. Daha sonra tədbir məktəblilərin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam edib. Sonda məktəbdə bu gündən fəaliyyətə başlayan radio qovşağı ilə bağlı da məlumat verilib.

Şəki Regional Ədliyyə idarəsində Zəfər Gününə həsr edilmiş tədbir keçirilib. Çıxış edənlər ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi dərin ehtiramla yad edib, onların şücaətlərindən bəhs ediblər. Vurğulanıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik və qətiyyətli rəhbərliyi ilə müzəffər Ordumuzun rəşadəti sayəsində torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi və uzun illər davam etmiş bu ədalətsizliyə son qoyulması xalqımızın tarixinə qızıl hərflərlə yazılmış qəhrəmanlıq salnaməsidir. Tədbirin sonunda Ədliyyə nazirliyi tərəfindən hazırlanmış \"Zəfər yürüşü\" adlı sənədli filmin nümayişi olub.

Ölkənin əsas turizm şəhərlərindənolan Şəkinin bir neçə mərkəzi küçəsi və marketlərin qarşısı istisna olmaqla əksər ərazilərdə zibil qablarına rast gəlinmir. Və ya zibil qabları bir-birindən çox uzaq qoyulduğundan sakinlər zibili atmaq üçün xeyli yol getməli olur. Bəziləri isə zibili eləcə yerə və ya kanalizasiya arxlarına atır. Bu da şəhərin daha çirklənməsinə, arxların tutulmasına gətirib çıxarır. Şəki Kommunal Təsərrüfat İstehsalat Birliyindən də şəhərdə bu problemin olduğunu təkzib edilmədi. Bildirildi ki, birliyin balansında olan zibil qabları yalnız inzibati binaların qarşısında, bəzi mərkəzi küçələrdə yerləşdirilib. Həmçinin yeni zibil qablarının ayrılması üçün də işlər aparılır. Nüsrət Mürsəlov onu da qeyd etdi ki, yeni zibil qabları ayrıldıqdan sonra şəhərin zibil qabı olmayan müəyyən hissələrinə də zibil qablarının qoyulması planlaşdırılır. Məsələ barədə ekspertlər isə bildirir ki... Lakin qabların olmaması vətəndaşın zibili istədiyi yerə atmasına da bəraət qazandıra bilməz. Şəhərin təmiz saxlanması, infrastrukturun qorunması nə qədər aidiyyəti dövlət qurumlarından asılıdırsa, bir o qədər də sakinlərin davranışı, şəhər mədəniyyətinə münasibəti ilə sıx bağlıdır.

Bazar ertəsi, 06 Noyabr 2023 14:47

Zəfər günü qeyd edilib...

Şəki şəhər 17 saylı tam orta məktəbdə də Zəfər günü münasibəti ilə bayram tədbiri keçirilib. Çıxış edənlər bildirib ki, 8 noyabrda Şuşanın azad edilməsi ilə əldə edilən zəfər 30 ildən artıq davam edən torpaq həsrətinə son qoydu. Bununla da Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Vətən uğrunda canını heçə sayan, qəhrəmanlıq göstərərək şəhid olan, qazi olan igid vətən oğullarının rəşadəti unudulmur və onların şərəfli həyat yolu gələcək nəsillərə örnəkdir. Tədbirin bədii hissəsində məktəblilərin hazırladıqları vətənpərvər ruhlu şeirlər səsləndirilib, rəqslər ifa edilib.

Bazar ertəsi, 06 Noyabr 2023 12:39

Ofelya Şabanova Bizim vaxtımızdada 05.11.2023

Bazar ertəsi, 06 Noyabr 2023 10:57

Çıxış Yolu 06.11.2023

336 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S