Super User
Təcavüz olunan qızın arzusu: "Tutulmasını istəyirəm!" | Çıxış Yolu 15.12.2023
Çıxış Yolu 15.12.2023
Zümrüd Qasımova: Qadınlar sevdiklərinin qədrini bilməlidir | Xəbərin var? 18.12.2023
Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.
Parodiyaçı Samirlə əyləncəli dəqiqələr | Məhəmməd haradadır? 17.12.2023
Aslan Hüseynovun ölümü ilə barışa bilməyən Sevda Kazımova... | Yollar bizi ayırmasın 16.12.2023
24 yaşlı gənc yol qəzasının qurbanı oldu...
Faldarlı kənd sakini Rəhim Mustafayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə Muğanlı-Faldarlı yolunda piyada, 24 yaşlı Bayram Yusifovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya aparılarkən yolda vəfat edib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anotomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Vüsal Şəhriyarovun cənnətdəki ilk ad günü...
2023-cü ilin 19 sentyabr tarixində baş verən antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalan Vüsal Şəhriyarovun cənnətdəki ilk ad günü qeyd olunub.... Bir-birindən mərd olan rəşadətli ordunun igidləri gələcək nəsillər üçün mərdlik və qəhrəmanlıq dastanı yaratdılar.Bu dastanın qəhrəmanlarından biri də Şəhid Vüsal Şəhriyarov idi. 2001-ci ildə Qobustanın Çalov kəndində anadan olan Vüsal orta məktəbi bitirdikdən sonra N saylı hərbi hissədə xidmətə başlayıb. 2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi təxribatın qarşısının alınması və düşmənə ağır zərbə vurularaq geri oturdulması əməliyyatında iştirak edərək yaralanıb. Sentyabrın 27-də başlanan 44 günlik Vətən Müharibəsində Şəhriyarovlar ailəsinin iki övladı döyüşlərdə iştirak edib. Vüsal Kəlbəcərin, qardaşı Anar isə Füzuli, Xocavənd və Cəbrayılın azad olunması uğrunda mərdliklə vuruşublar. Hər ikisi də müharibədən sağ-salamat, qalib ordunun qalib əsgəri olaraq evə dönüblər. Vətən üçün canını fəda etməyi gözə alan Vüsal 2023-cü ilin 19 sentyabr tarixində aparılan antiterror tədbirləri zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalır. Ondan geriyə isə şəhadətindən 9-gün öncə, bacısının qız toyunda çəkilən bu kadrlar qalır... Şəhriyarov Vüsal Təbiyyət oğlu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib...
Mağaza və evləri qarət edən şəxs saxlanılıb...
Zaqatalanın Mamrux kəndində 2 ev və mağazaya daxil olan naməlum şəxs 8 min manat dəyərində qızıl-zinət əşyaları, 4 min manat pul, 80 min rus rublu, eləcə də ümumi dəyəri 1000 manatdan artıq olan siqaret və telefon danışıq kartlarını oğurlayıb. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri, 22 yaşlı Heydər Paşayev saxlanılıb.
O, əməlini etiraf edib və oğurladıqlarının bir qismi maddi sübut kimi götürülərək istintaqa təhvil verilib. Araşdırma zamanı məlum olub ki, H.Paşayev niyyətini həyata keçirdikdən sonra Bakı şəhərinə gedib və özünə kirayə mənzil tutub. Cinayət yolu ilə əldə etdiyi pulların bir hissəsini paytaxtda əyləncə mərkəzlərində, qalanını isə geyim mağazalarında xərcləyib. Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim vaxtımızda verilişinin növbəti qonağı Fəxri Ələsgərli 17.12.2023
Balakəndə iki avtomobil toqquşub, xəsarət alanlar var...
Hadisə Balakən - Qabaqçöl avtomobil yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Qaysa kənd sakini Ramazan Çöpsiyevin idarə etdiyi “VAZ-2107” markalı və Ramazan Qalayçiyevin idarə etdiyi “Daewo” markalı avtomobillərin toqquşması nəticəsində hər iki sürücü,həmçinin avtomobillərdə olan sərnişinlər- Seymur Qarakişiyev, Məmməd Çovxayev və Bahar Cindarova müxtəlif dərəcəli bədən xəarətləri alıblar. Xəsarət alanlar Balakən RMX-yə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.