Super User
Təhsil millətin gələcəyidir! adlı beynəlxalq tədbir keçirilib...
Şamaxıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş \\\\\\\"Təhsil millətin gələcəyidir!\\\\\\\"adlı beynəlxalq Təhsil Zirvəsi-2 keçirilib. Tədbirdə ölkə üzrə 25 rayon və şəhərdən 310 müəllim, Türkiyə,Yaponiya,Hindistan eləcə də Azərbaycanın professor və müəllimləri iştirak edib. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasətində təhsil həmişə aparıcı rol oynayıb. Konfrans çərçivəsində diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar panel rəhbərləri tərəfindən cavablandırılıb. Orta məktəbinin şagirdlərinin ifasında ədəboi-bədii kompozisiya təqdim olunub. Konfransın bağlanışında tədbirin ərsəyə gəlməsində və təşkilində iştirak edən təhsil işçilərinə sertifikat verilib.
Şəhid Xəyal Məmmədovun xatirəsi yad edilib...
Şəkidə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid Xəyal Məmmədovun məzun olduğu məktəbdə xatirəsi yad edilib. Tədbirdə məktəbin kollektivi, şəhid ailələri iştirak ediblər. Çıxışlarda bildirilib ki, torpaqlarımız şəhidlərin qanı və canı bahasına azadlığa qovuşub.
Xalqımız daim onları ehtiramla yad edəcək. Sonra tədbir şəhid Xəyalın adını daşıyan 4a sinfinin şagirdlərinin təqdimatında ədəbi-bədii hissə ilə davam edib.
Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Xəyal Məmmədov Vətən müharibəasi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xəyal Məmmədov ölümündən sonra \\\"Vətən uğrunda\\\", \\\"Vətənə xidmətə görə\\\", \\\"Cəbrayılın, Qubadlının və Füzulinin azad olunmasına görə\\\" medalları ilə təltif olunub.
Minik avtomobili yol kənarındakı çuxura düşdü, xəsarət alan var...
Şəkinin Qırxbulaq kəndində yol qəzası baş verib. Oğuz rayon sakini, 50 yaşlı Asif Akif oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yol kənarındakı çuxura düşüb. Qəza zamanı sərnişin, Oğuz rayon sakini - 66 yaşlı Hüseyn Məhəmməd oğlu Hacıyev aldığı müxtəlif xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Qaxda məktəbin 100 illiyi qeyd olundu...
Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon Təhsil sektorunun rəhbər şəxsləri, məktəbin məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qocaman təhsil ocağının yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, məktəb maarifçi, ictimai-siyasi xadim İslam bəy Qabulovun təşəbbüsü ilə yaradılıb və ötən müddət ərzində Azərbaycanda maarifin və təhsilin inkişafında xüsusi xidmətləri olub. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb. Məktəbin bir qrup müəllimi Qax Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edib. Sonra elm və təhsil naziri Emin Əmrullayevin Qax şəhər 1 nömrəli tam orta məktəbin kollektivinə ünvanladığı təbrik məktubunu oxunub. Məktəbin qabaqcıl müəllimlərinə Elm və Təhsil Nazirliyinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub. Yubiley tədbiri bədii proqramla davam edib.
Zaqatalada Müstəqillik Günü ilə bağlı tədbir keçirilib...
Müstəqilliyin Bərpası Günü münasibətilə Zaqatalada təşkil olunan tədbirdə XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edilib.Diqqətə çatdırılıb ki, Azərbaycanın 32 illik müstəqilliyinin yarıdan çoxu Prezident İlham Əliyevin adı ilə bağlıdır. Hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev təkcə Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan soydaşlarımıza Zəfər sevincini yaşadıb.
Elmi-praktiki konfrans keçirilib...
Şamaxıda Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsinin 20 illiyi münasibətilə “Müdrik lider, qalib sərkərdə” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda ilk öncə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti haqqında video çarx nümayiş etdirilib.Daha sonra konfransda çıxış edənlər Prezident İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündən bugünədək Azərbaycan Respublikası üçün gördüyü işlərdən, düşmən üzərində qazandığı qələbələrdən geniş söhbət açıblar. Sonda bir neçə gəncə təşəkkürnamə və partiya sıralarına yeni qəbul olmuş üzvlərə vəsiqələr təqdim olunub.
Şəhidin xatirəsinə həsr olunmuş lövhənin açılışı olub...
Şəkidə Vətən müharibəsi şəhidi Elçin Nadirovun məzun olduğu Fizika, Riyaziyyat və Humanitar Təmayüllü Liseydə şəhidin xatirəsinə həsr olunmuş lövhənin açılışı olub. Tədbirdə şəhər rəsmiləri, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, şəhidin döyüş və sinif yoldaşları, lisey kollektivi və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər şəhid Elçinlə olan xatirələrini bölüşüblər. Onun vətənpərvərliyindən, Vətənə, torpağa olan bağlılığından danışıblar.
Ardınca məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elçin Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb və oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Elçin Nadirov ölümündən sonra \\\"Vətən uğrunda\\\" və \\\"Füzulinin azad olunmasına görə\\\" medalları ilə təltif edilib.
Yeni tamaşanın premyerası baş tutdu...
Şəki Dövlət Dram teatrında Azərbaycanın ilk dramaturqu M.F.Axundovun \\\"Hekayəti xırs-quldurbasan\\\" dramının əsasında hazırlanan eyni adlı tamaşanın premyerası baş tutub. Yeni quruluşda hazırlanan səhnə əsərində cəmiyyət daxili bir sıra problemlərə işıq tutulub. Ülvi məhəbbətin pula, mal-dövlətə olan hərisliklə mübarizəsindən danışan tamaşa Bayramla Pərzadın sevgi macərası üzərində qurulub. Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının var-dövlətinin başqasına qismət olmasını istəmir. Bunun üçün də Pərzadı öz oğlu Tarverdiyə nişanlayır və onlara toy etməyə hazırlaşır. Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün Tarverdiyə tələ qurur. Onu qızışdıraraq quldurluğa göndərir. Tarverdi quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur. Gənc rejissor Orxan Həmidlinin təqdimatında tamaşa fərqli bədii-estetik məziyyətləri ilə fərqlənir. Aktyorların mükəmməl oyunu ilə tamaşa həyati olduğu qədər də canlı və əyləndiricidir.
Şəhid qəbri başında anıldı
Qaxın Almalı kəndindən olan Bünyadlı Rəvan Asif oğlu Vətən müharibənin ilk günü şəhadətə qovuşan qəhrəmanlarımızdan biridir. Şəhid il dönümündə qəbri başında anılıb. Anım mərasimində şəhidin ailə üzvləri, kənd sakinləri, oxudugu məktəbin şagirdləri və şəhid ailələri iştirak ediblər. Çıxış edənlər Rəvanla olan xatirələrini bölüşüb, onun vətənpərvər, Vətənə, torpağa bağlı biri olmasından qeyd ediblər. Məktəblilər ifasında ədəbi-bədii kompoziya təqdim olunub. Qeyd edək ki, Rəvan Bünyadlı 2019 cu ilin yanvarında həqiqi hərbi xidmətə yola düşüb. Vətən müharibəsi başlayan günü o da döyüşlərə qatılıb və Mübariz İbrahimov postunda minaatan qəlpəsindən ağır yaralanaraq şəhidlik zirvəsinə ucalıb.
Zaqatalada yol qəzası can aldı
Zaqatalada iki minik avtomobili toqquşub, sərnişin hadisə yerində ölüb.Hadisə səhər saatlarında Zaqatala-Muğanlı avtomobil yolunun rayonun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Muğanlı kənd sakini 64 yaşlı Bayram Bayramovun idarə etdiyi “VAZ-2106” markalı minik avtomobili ilə Yuxara Tala kənd sakini 57 yaşlı Fikrət Əliyevin idarə etdiyi \"VAZ-21011\" markalı minik avtomobili toqquşub. \"VAZ-2106\" markalı avtomobildəki sərnişin, Muğanlı kənd sakini 64 yaşlı Yeganə Bilalova hadisə yerində ölüb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sərnişinin meyiti əraziyə cəlb edilmiş Fövqaladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü və “VAZ-2106” markalı avtomobildəki iki sərnişin xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.