Super User

Super User

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Həftə içi 5 gün səhər saat 09:00-dan 11:00-a kimi Kanal S-də "Xəbərin var?" adlı verilişin aparıcıları İsa Şükürov və Elyar Sadiqovdur.

Çərşənbə axşamı, 12 Dekabr 2023 15:17

Zaqatalada çaqqal məktəblilərə hücum edib...

Zaqatalanın Muxax kəndində vəhşi heyvanların insanlara və mal-qaraya hücum çəkməsi, xəsarət yetirməsi vaxtaşırı yaşanır. Səhər saatlarında 2 nömrəli məktəbə gələnlər də belə bir gözlənilməz hadisə ilə qarşılaşıb. Çaqqal məktəblilərə hücum edib. Zaqatalanın Muxax kəndində 2 nömrəli məktəbə dərsə gedən şagird və valideynlər çaqqal hücumuna məruz qalıb. Orta məktəbin 11 yaşlı iki şagirdi dərsə gedən zaman yolda çaqqal onlara anidən hücum edib. Ardınca daha üç nəfər kənd sakini - 30 yaşlı Dilrubə Tahirova, 35 yaşlı Fatimə Rəcəbova və 37 yaşlı Leyla Ömərovaya xəsarət yetirib. Sakinlər son anda quduzluq ehtimalı olan çaqqalı öldürə biliblər. Zaqatala Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, Muxax kəndində çaqqal hücumu ilə əlaqədar müraciət edən beş nəfər - iki məktəbli və üç valideynə ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, 10 minə yaxın əhalisi olan Muxax kəndində sakinlər vəhşi heyvan hücumları ilə tez -tez rastlaşdıqlarını deyirlər.

Çərşənbə axşamı, 12 Dekabr 2023 14:32

Ümummilli Liderin xatirəsi ehtiramla yad olunub...

Şamaxıda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Şamaxı Rayon İcra Hakimiyyətinin rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin kollektivi, rayon ictimaiyyətinin nümayəndələri Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsi ehtiramla yad edilib. Rayon mədəniyyət mərkəzində təşkil olunan “Heydər Əliyev: Xalqa həsr olunmuş ömür” adlı tədbirdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründəki siyasi fəaliyyəti, misilsiz tarixi xidmətləri ilə bağlı danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin memarı, dövlətçiliyimizin xilaskarıdır. Sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub Ulu Öndər Heydər Əliyevin vəfatının iyirminci ildönümü ilə əlaqədar şəkililər də dahi rəhbərin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyub, xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər. Ardınca tədbir iştirakçıları Heydər Əliyev Mərkəzinin foyesində ümummilli liderin həyat və fəaliyyətini əks etdirən fotosərgiyə baxış keçiriblər. Tədbirin rəsmi hissəsində vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin müdrik siyasəti Azərbaycanı dərin siyasi, iqtisadi, sosial və psixoloji böhrandan çıxararaq, müstəqilliyin əbədi yolu ilə inamla irəliləməsi üçün zəmin yaratdı. Bu gün Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan möhkəm bünövrə üzərində daha da zirvələrə ucalmaqdadır. Sonda Ulu öndərin 100 illik yubileyinə həsr olunan "Heydər Əliyev Liderin ürəyi" adlı sənədli filmə ictimai baxış olub. ...Şəki Rayon Psixiatriya Xəstəxanasında da Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib. Xəstəxana kollektivinin iştirak etdiyi tədbirdə çıxış edənlər bildirib ki, tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilib. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Daha sonra isə Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Qəbələdə də Ümummilli Lider Heydər Əliyevin xatirəsi izdihamla anılıb. Səhər saatlarından başlayan Anım Günündə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin, təhsil və səhiyyə qurumlarının əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də rayonda səfərdə olan Azərbaycan Şahmat Federasiyasının rəsmiləri, beynəlxalq şahmatçılar iştirak ediblər. Ulu Öndərin şəhərin mərkəzində yerləşən abidəsi ziyarət olunub, xatirəsi ehtiramla yad edilib. Ümummilli Lider Heydər Əliyevin vəfatının 20-ci ildönümü Zaqatala rayonunda da böyük ehtiramla anılıb. Rayon rəsmiləri, ictimaiyyət nümayəndələri səhər saatlarından başlayaraq Ulu Öndərin Zaqatala şəhərindəki mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra rayondakı Heydər Əliyev Mərkəzində “Zəfərlərimizin banisi – Heydər Əliyev” mövzusunda elmi-praktik konfrans keçirilib. Ulu Öndərin xatirəsinə həsr edilmiş film nümayiş olunub.Konfransda çıxış edənlər zəngin və mənalı həyatını Vətəninə, xalqına həsr edən Ümummilli Liderin əvəzsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Azərbaycan xalqının XX əsrin ortalarından sonrakı tarixi taleyində mühüm rol oynayan Heydər Əliyev tarixin ən çətin və mürəkkəb ictimai-siyasi şəraitində mənsub olduğu xalqı zamanın qasırğalarından qoruyub çıxarmağı və irəli aparmağı bacarıb. Ulu Öndər Heydər Əliyevin xatirəsi Qax rayonunda da ehtiramla anılıb. İctimaiyyət nümayəndələri dahi rəhbərin şəhərin mərkəzi meydanında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev Mərkəzində keçirilən rayon tədbirinrdə çıxış edənlər vurğulayıb ki, Azərbaycanın çağdaş tarixinin böyük bir dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycan dövlətçiliyini xaos və böhrandan çıxarıb, vətəndaş müharibəsinin qarşısını alıb, cəbhədə məğlubiyyətlər seriyasına son qoyub, atəşkəs rejiminin tətbiqinə nail olub, bir sözlə, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib.

Bazar ertəsi, 11 Dekabr 2023 17:21

Çıxış Yolu 11.12.2023

Bazar ertəsi, 11 Dekabr 2023 17:17

Klounam deyə döyürlər | Çıxış Yolu

Azərbaycanda qızılca xəstəliyinin geniş yayılması fonunda təhsil müəssisələrində xəstəliyə qarşı tədbirlər gücləndirilib. Şəkidə də qızılcanın yayılması ilə bağlı Kanal -S Xəbərin çəkilişinin ardınca təhsil müəssisələrində şagiridlərin qızılca xəstəliyinə yoluxmaması üçün xüsusi işlər görülür. Dərs olmayan günlər təhsil müəssisələri xüsusi məhlulla dezinfeksiya olunur, şagirdlər dərsə gələn zaman binanın önündə onların temperaturu ölçülür, əlləri spirt tərkibli məhlul ilə yuyulur.

Bazar ertəsi, 11 Dekabr 2023 14:22

Məktəb kitabxanasına şəhidin adı verildi...

Sumqayıt şəhəri 16 nömrəli tam orta məktəbin kitabxanasına Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş gizir Elmar Nəsibovun adı verilib. 16 saylı məktəbin və Almaniya Türk Dərnəyinin birgə təşəbbüsü ilə həyata keçirilən layihənin açılış mərasimində şəhid ailələri, qazilər iştirak edib. Kitabxananın girişində şəhidin adı yazılmış lövhə yerləşdirilib, otaqda qəhrəman şəhidimizin həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb. Çıxış edənlər şəhidimizin şərəfli ömür yolundan danışıb, Vətən uğrunda canını fəda edən igidlərimizin heç zaman unudulmayacağını vurğulayıblar. Ardınca məktəbin şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

325 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S