Super User

Super User

Şəkidə Gənclər və İdman Nazirliyi və Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə kros qaçışı üzrə ölkə çempionatı keçirilib. Çempionatda paytaxt təmsilçiləri ilə yanaşı Gəncə, Naxçıvan, Şəki, Bərdə, İsmayıllı, Xızı, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz və Naftalandan 200-ə yaxın atlet iştirak edib. Kişilər arasında 10 km məsafəyə qaçışda Bərdə təmsilçisi Bəxtiyar Ələsgərli ölkə çempionu olub. 6 km məsafədə Bakı idmançısı Nihat Cabbarlı, 3 və 2 km-də isə müvafiq olaraq Gəncə atletləri Ümid İbrahimov və İsgəndər Əsgərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova bütün rəqiblərini geridə qoyub. 4 km-də Naxçıvan idmançısı Aysu Abbasova, 2 və 1 km məsafələrdə isə paytaxt təmsilçiləri İlahə Quliyeva və Nila Heydərova yarışın qalibi adını qazanıb. Yarışın qalibləri diplom və medallarla mükafatlandırılıblar.
#kanalstv#xəbər#krosqaçışı

Qəbələ Atıcılıq Klubunda “18 oktyabr- Müstəqilliyin Bərpası Günü”nə həsr edilmiş yeniyetmə və gənclər arasında pnevmatik tüfəngdən güllə atıcılığı üzrə rayon birinciliyinə yekun vurulub. Rayonun 28 tam orta məktəblərindən 90-dək idmançının mübarizə apardığı yarışda Qəbələ şəhər 3 saylı tam orta məktəbin komandası I yeri tutaraq kubokun sahibi olub. Uludaş kənd tam orta məktəbinin komandası II yeri və Qəbələ şəhər 1 saylı tam orta məktəbin komandası III yeriləri bölüşüblər. Fərdi mübarizədə isə I, II və III yerləri tutmuş oğlan və qızlar Gənclər və İdman idarəsinin sertifikatları ilə mükafatlandırılıblar.

YAP Qəbələ rayon təşkilatında \\\\\\\"Heydər Əliyev ili\\\\\\\" çərçivəsində növbəti tədbir keçirilib. Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsindən, müstəqil Azərbaycan dövlətinin inkişafı naminə müstəsna xidmətlərindən danışılıb.

Vurğulanıb ki, bu gün Prezident İlham Əliyev tərəfindən Ulu Öndərin sosial-iqtisadi inkişaf kursu qloballaşan dünyanın tələblərinə uyğun uğurla davam etdirilir və müasir həyatımızın bütün sahələrində yüksək nailiyyətlər qazanılır. Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərman, YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.

Şamaxıda Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş \\\\\\\"Təhsil millətin gələcəyidir!\\\\\\\"adlı beynəlxalq Təhsil Zirvəsi-2 keçirilib. Tədbirdə ölkə üzrə 25 rayon və şəhərdən 310 müəllim, Türkiyə,Yaponiya,Hindistan eləcə də Azərbaycanın professor və müəllimləri iştirak edib. Çıxışlarda vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli siyasətində təhsil həmişə aparıcı rol oynayıb. Konfrans çərçivəsində diskussiyalar aparılıb, iştirakçıları maraqlandıran suallar panel rəhbərləri tərəfindən cavablandırılıb. Orta məktəbinin şagirdlərinin ifasında ədəboi-bədii kompozisiya təqdim olunub. Konfransın bağlanışında tədbirin ərsəyə gəlməsində və təşkilində iştirak edən təhsil işçilərinə sertifikat verilib.

Cümə axşamı, 19 Oktyabr 2023 13:34

Şəhid Xəyal Məmmədovun xatirəsi yad edilib...

Şəkidə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhid Xəyal Məmmədovun məzun olduğu məktəbdə xatirəsi yad edilib. Tədbirdə məktəbin kollektivi, şəhid ailələri iştirak ediblər. Çıxışlarda bildirilib ki, torpaqlarımız şəhidlərin qanı və canı bahasına azadlığa qovuşub.

Xalqımız daim onları ehtiramla yad edəcək. Sonra tədbir şəhid Xəyalın adını daşıyan 4a sinfinin şagirdlərinin təqdimatında ədəbi-bədii hissə ilə davam edib.

Qeyd edək ki, Azərbaycan Ordusunun mayoru olan Xəyal Məmmədov Vətən müharibəasi zamanı Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Xəyal Məmmədov ölümündən sonra \\\"Vətən uğrunda\\\", \\\"Vətənə xidmətə görə\\\", \\\"Cəbrayılın, Qubadlının və Füzulinin azad olunmasına görə\\\" medalları ilə təltif olunub.

Şəkinin Qırxbulaq kəndində yol qəzası baş verib. Oğuz rayon sakini, 50 yaşlı Asif Akif oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə yol kənarındakı çuxura düşüb. Qəza zamanı sərnişin, Oğuz rayon sakini - 66 yaşlı Hüseyn Məhəmməd oğlu Hacıyev aldığı müxtəlif xəsarətlə Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə, 18 Oktyabr 2023 15:02

Qaxda məktəbin 100 illiyi qeyd olundu...

Qax şəhər Dilarə Əliyeva adına 1 nömrəli tam orta məktəbin 100 illiyi münasibətilə yubiley tədbiri keçirilib. Tədbirdə Qax Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, rayon Təhsil sektorunun rəhbər şəxsləri, məktəbin məzunları, müəllim və şagirdlər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Qocaman təhsil ocağının yaranma tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Qeyd olunub ki, məktəb maarifçi, ictimai-siyasi xadim İslam bəy Qabulovun təşəbbüsü ilə yaradılıb və ötən müddət ərzində Azərbaycanda maarifin və təhsilin inkişafında xüsusi xidmətləri olub. Ölkəmizdə elm və təhsilin inkişafına göstərilən yüksək dövlət qayğısından, rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlərdən danışılıb. Məktəbin bir qrup müəllimi Qax Rayon İcra Hakimiyyətinin fəxri fərmanları ilə təltif edib. Sonra elm və təhsil naziri Emin Əmrullayevin Qax şəhər 1 nömrəli tam orta məktəbin kollektivinə ünvanladığı təbrik məktubunu oxunub. Məktəbin qabaqcıl müəllimlərinə Elm və Təhsil Nazirliyinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin fəxri fərmanları təqdim olunub. Yubiley tədbiri bədii proqramla davam edib.

Müstəqilliyin Bərpası Günü münasibətilə Zaqatalada təşkil olunan tədbirdə XX əsrin sonunda Azərbaycanın müstəqilliyinin bərpası, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıdışından sonra dövlət müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizə və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edilib.Diqqətə çatdırılıb ki, Azərbaycanın 32 illik müstəqilliyinin yarıdan çoxu Prezident İlham Əliyevin adı ilə bağlıdır. Hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev təkcə Azərbaycanda deyil, dünyanın hər yerində yaşayan soydaşlarımıza Zəfər sevincini yaşadıb.

Çərşənbə axşamı, 17 Oktyabr 2023 13:33

Elmi-praktiki konfrans keçirilib...

Şamaxıda Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən Yeni Azərbaycan Partiyasının sədri, prezident İlham Əliyevin 15 oktyabr 2003-cü il tarixdə ilk dəfə Azərbaycan Respublikasının prezidenti seçilməsinin 20 illiyi münasibətilə “Müdrik lider, qalib sərkərdə” adlı elmi-praktiki konfrans keçirilib. Konfransda ilk öncə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin həyat və fəaliyyəti haqqında video çarx nümayiş etdirilib.Daha sonra konfransda çıxış edənlər Prezident İlham Əliyevin ilk dəfə prezident seçildiyi gündən bugünədək Azərbaycan Respublikası üçün gördüyü işlərdən, düşmən üzərində qazandığı qələbələrdən geniş söhbət açıblar. Sonda bir neçə gəncə təşəkkürnamə və partiya sıralarına yeni qəbul olmuş üzvlərə vəsiqələr təqdim olunub.

Şəkidə Vətən müharibəsi şəhidi Elçin Nadirovun məzun olduğu Fizika, Riyaziyyat və Humanitar Təmayüllü Liseydə şəhidin xatirəsinə həsr olunmuş lövhənin açılışı olub. Tədbirdə şəhər rəsmiləri, Daxili Qoşunların hərbi qulluqçuları, şəhidin ailə üzvləri, şəhid anaları, qazilər, şəhidin döyüş və sinif yoldaşları, lisey kollektivi və şəhər ictimaiyyəti iştirak edib. Çıxış edənlər şəhid Elçinlə olan xatirələrini bölüşüblər. Onun vətənpərvərliyindən, Vətənə, torpağa olan bağlılığından danışıblar.

Ardınca məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Qeyd edək ki, Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olan Elçin Nadirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə döyüşüb və oktyabrın 15-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Elçin Nadirov ölümündən sonra \\\"Vətən uğrunda\\\" və \\\"Füzulinin azad olunmasına görə\\\" medalları ilə təltif edilib.


357 -dən səhifə 614

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S