Super User
Eyni vaxtda iki yanğın hadisəsi baş verib...
Qax rayonunda ayrı-ayrı ərazilərdə eyni anda yanğın hadisələri baş verib. Nəticədə bir ev və köməkçi tikili yanıb. Yanğılardan birincisi rayonun Zərnə kəndində, kənd sakini Lalə İlyasovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan fərdi yaşayış evində baş verib. Əraziyə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində yeni təmirdən çıxmış evin dam və tavan örtüyü tamamilə yanıb. Yanğınsöndürənlərin və qonşuların köməyi ilə evdə olan əksər əşyalar yanmadan çıxarılıb. Hadisə zamanı ailə üzləri evdə olsalar da xoşbəxtlikdən xəsarət alan olmayıb.
Digər yanğın hadisəsi isə Qax şəhəri İmam Mustafayev küçəsində, Elnur Qadaşova məxsus köməkçi tikilidə qeydə alınıb. Hadisə yerinə Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı köməkçi tikili içərisindəki əşyalarla birlikdə tamamilə yanıb.Hər iki yanğın hadisəsi ilə bağlı araşdırma aparılır.
“Heydər Əliyev Yeni Azərbaycan Partiyasının yaradıcısıdır”
Bu gün Beynəlxalq Müəllimlər Günüdür...
Hər birimizin həyat yoluna işıq saçan, bizə həyatı öyrədən, gələcəyə hazırlayan, hər dəcəlliyimizə dözən, nazımızı çəkən, doğmalarımız qədər sevdiyimiz müəllimlərimizin bu gün peşə bayramı - Beynəlxalq Müəllimlər Günüdür.
Ölkəmizdə müəllimlərə böyük hörmət bəslənir və müəllim adı uca tutulur. Şəkidə çəkiliş etdiyimiz təhsil müəssisələrində təhsil alan şagirlər də mülllimlərini təbrik edib, şeirlər söyləyiblər. Həmçinin müəllimlər də peşə bayramı münasibətilə öz həmkarlarını təbrik ediblər.
Qeyd edək ki, Beynəlxalq Müəllimlər Günü UNESKO-nun qərarı ilə 1966-cı ildən qeyd edilir. Həmin il təşkilat müəllimlərin statusunun artırılması ilə bağlı tövsiyə xarakterli sənəd də qəbul edib. Beynəlxalq Müəllimlər Günü bütün dünyada müəllim əməyini qeyd etməyə, parlaq zəkaların və istedadlı gənclərin bu peşəyə cəlb olunmasına və bu sahədə saxlanılmasının həlli yollarını tapmağa və ümumiləşdirmələr aparmağa imkan yaradır.
Şəkidə müəllimlər günü münasibəti ilə konfrans keçirilib...
Konfransa Şəki- Zaqatala Regional Təhsil idarəsinin rəsmiləri, təhsil işçiləri, məktəb direktorları və müəllimlər, şəhid ailələri iştirak ediblər. Çıxış edənlər vurğulayıb ki, müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycan təhsilinə göstərdiyi yüksək diqqət və qayğının bu gün uğurla davam etdirdiyi diqqətə çatdırılıb.
Məktəblərdə vətənvərpərliyin daim təbliğ edilməli olduğu və vətənə sevginin aşılanmasının vacibliyi vurğulanıb. Sonda təhsilin inkişafındakı xidmətlərinə görə bir qrup müəllim və təhsil işçisi mükafatlandırılıb.
Tarix yazan əbədiyaşar lider...
\"\"Əsri müqaviləsi\" tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır\"
Azərbaycanın bugünkü inkişafının təməl daşı kimi dəyərləndirilən “Əsrin müqaviləsi”nin imzalanmasından 29 il ötür. Məhz bu müqavilə ölkəmizin neft-qaz sənayesinin, ümumilikdə Azərbaycanın bugünkü və gələcək inkişafının başlanğıcı olub. Bu fikirlər Qaxda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan toplantıda səsləndirilib. “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda Heydər Əliyev Mərkəzində keçirilən tədbir Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi, fövqəladə təşkilatçılıq bacarığı, gərgin və yorulmaz əməyi sayəsində respublikamız çox qısa bir zamanda geniş, dinamik inkişaf yoluna qədəm qoyub. Məhz Ulu Öndərin o zaman Azərbaycanı düçar olduğu iqtisadi çətinliklərdən, geriliklərdən tezliklə qurtarmaq əzmi ilə həyata keçirdiyi geniş miqyaslı tədbirlər sayəsində ölkəmiz inamla irəli getməyə, tərəqqi etməyə başlayıb. Diqqətə çatdırılıb ki, “Əsrin müqaviləsi”nin imzalanması ilə Azərbaycanın qarşısında yeni üfüqlər açılıb, ölkənin ikitərəfli və çoxtərəfli münasibətlərinin davamlı inkişafı, milli-iqtisadi tərəqqi üçün əlverişli zəmin yaranıb, Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrilib. Sonda “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı videoçarx nümayiş olunub.
Zaqatalada partlayış: Vətən müharibəsi iştirakçısı həlak oldu
Sentyabrın 30-u axşam saatlarında Zaqatala rayonunun Yengiyan kəndi ərazisində partlayıcı maddənin partlaması nəticəsində iki nəfərin xəsarət alması ilə bağlı polisə məlumat daxil olub. Xəsarət alan kənd sakinləri 32 yaşlı Məqsəd Rzayev və 29 yaşlı Həmid Gülməmmədov xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq Həmid Gülməmmədov dünyasını dəyişib. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır. Qeyd edək ki, həlak olan Həmid Gülməmmədov Vətən müharibəsi iştirakçısıdır. Hadisə nəticəsində daha bir nəfər, 31 yaşlı İlqar Cumayev xəsarət alıb.
Şəhidlərin xatirəsinə inşa olunmuş abidənin açılışı olub
Şəkinin Cəfərabad kəndində Vətənin azadlığı uğrunda canından keçən 13 şəhidin xatirəsinə inşa olunmuş abidənin açılışı olub. Açılışda şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində şanlı qələbə qazanan Azərbaycan Ordusunun şəhidlərin qanını yerdə qoymadığını, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini və qazanılan Böyük Qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib. Tədbirdə məktəblilərin ifasında Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.
Əkin sahəsinə dəyən zərərə görə sığorta ödənişlərinə başlanılacaq
Yaxın günlərdə əkin sahələrinə dəyən zərərlər, o cümlədən may-iyun aylarında müşahidə olunan qeyri-sabit hava şəraiti nəticəsində yaranan zərərlərə görə aqrar sığorta ödənişlərinə başlanacaq. Bu barədə İsmayıllı rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbirdə bildirilib. Aqrar Sığorta Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Dağlıq Şirvan iqtisadi rayonunda baş verən sel-subasma nəticəsində fermerlərə dəyən zərər, bu hadisələrin vurduğu zərərin qarşılanmasında aqrar sığortanın əhəmiyyəti və fermerlər üçün faydaları açıqlanıb. İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarından olan fermerlərin də iştirak etdiyi tədbirdə aqrar sığorta vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamağın mümkünlyünə diqqət çəkilib. Vurğulanıb ki, Fermerlərə dəstək üçün aqrar sığorta haqqının 50%-ni dövlət ödəyir. Həmçinin o da bildirilib ki, Dağlıq Şirvan regionunda 1000 manatlıq taxıl məhsulunu qorumaq üçün cəmi 10-11 manat məbləğində sığorta ödənişi tələb edilir, meyvə bağlarının sığortalanmasında isə bu məbləğ 1000 manatlıq məhsul üzrə 15-20 manat arasında dəyişir. İndiyədək Aqrar Sığorta Fondu tərəfindən Dağlıq Şirvan bölgəsindəki fermer və təsərrüfatlara indiyədək 450 min manata yaxın sığorta ödənişi edilib. Sonda fermer və təsərrüfat sahiblərinin sual və təklifləri dinlənilib,fikir mübadiləsi aparılıb.
Şəkidə silsilə əməliyyatlar
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son günlərdə rayon ərazisində keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirən, eləcə də üzərində qanunsuz odlu silah-sursat gəzdirən ümumilikdə 16 nəfər saxlanılıb. Keçirilən tədbir zamanı üzərində avtomat silahı gəzdirməkdə şübhəli bilinən Şəki şəhər sakini, əvvəllər də məhkum olunmuş Cavidan Musayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 29 ədəd patron aşkar edilərək götürülüb. Saxlanılan şəxs ifadəsində silahı bir neçə il əvvəl tapdığını və müxtəlif yerlərdə gizlədərək üzərində gəzdirdiyini bildirib. Ekspertizanın da rəyinə əsasən C.Musayevdən götürülən sihah-sursatın atəşə tam yararlı olduğu müəyyən edilib. Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbirləri nəticəsində iranlı narkotacir “Mövsüm” adlı şəxs tərəfindən kuryerliyə cəlb edilən Gəncə şəhər sakini Amil Tağıyev saxlanılıb. Sonuncu dəfə o, narkotik vasitəni 1000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında əvvəlcədən ona göndərilən ünvana çatdırmağa razılaşsa da, ancaq polis əməkdaşları tərəfindən yaxalanıb. Üzərində daşıdığı bağlamaya baxış keçirilərkən müxtəlif növ narkotik vasitə və psixotrop maddə - tərkibi psixotrop maddələrlə zənginləşdirilən 4 kiloqram 420 qram qurudulmuş marixuana, 515 qram heroin, o cümlədən 54 qram metamfetamin aşkar edilərək götürülüb.Polis əməkdaşları tərəfindən Şəki rayonunda keçirilən növbəti əməliyyat tədbirləri zamanı narkotik vasitələrin dövriyyəsi və satışı ilə məşğul olan cinayətkar qrup yaxalanıb. Həmin şəxslərin əvvəllər məhkum olunmuş Alim Cabbarov, Elman Şirinov və Faiq Mustafayev olduqları müəyyən edilib. Onlardan ümumi çəkisi 4 kiloqram 450 qram olan müxtəlif narkotik vasitə və psixotrop maddələr aşkarlanaraq maddi sübut kimi götürülüb. Keçirilən digər silsilə əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışı, qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan daha 11 nəfər saxlanılıb. Saxlanılan şəxslərdən ümumilikdə 15 kiloqrama yaxın müxtəlif növ güclü təsiredici narkotik vasitələr və yaş halda çəkisi 75 kiloqramdan artıq 360 ədəd narkotik tərkibli bitkilər aşkar edilərək dövriyyədən çıxarılıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.