Super User
Şəkidə serial çəkilişləri davam edir
Məşhur rəqqasə və aktrisa Oksana Rəsulova yeni serial ilə tamaşaçıların qarşısına çıxacaq. Oksi media və Vaytrup prodakşının birgə layihəsi olan serialın adı \"Sara\"dır. Filmin baş qəhrəmanı Sara obrazını canlandıran aktrisa yeni rolunun tamaşaçılar tərəfindən seviləcəyinə ümidlidir. Ssenari müəllifi İlqar Fəhmi olan serial 36 bölümdən ibarət olacaq. \"SARA\" oktyabr ayından etibarən ARB televizisyasının efirində yayımlanacaq.
“İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı başlayıb
Azərbaycanın qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə növbəti musiqi bayramı – Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalının açılışı baş tutub. Festivalda şəhər rəhbərliyi, ictimaiyyət nümayəndələri, Türkiyə, Çin, Özbəkistan və Qazaxıstandan gəlmiş rəqs və musiqi qrupları, ifaçılar, həmçinin Azərbaycanın tanınmış teatr və musiqi kollektivləri iştirak ediblər. Mərasimdə çıxış edənlər ənənəvi olaraq hər il keçirilən “İpək Yolu” Beynəlxalq Musiqi Festivalının şəhərin mədəni həyatında böyük bir hadisə olduğunu diqqətə çatdırıblar. Hər il bu şəhərdə keçirilən “İpək Yolu“ Beynəlxalq Musiqi, şirniyyat və teatr festivalları şəhərin qeyri-maddi irsinin qorunub saxlanmasına imkan yaradıb, eyni zamanda, turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynayır. Rəsmi hissədən sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı solistlərinin ifasında Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadənin vətənpərvərlik mövzusunda “İntizar” operası nümayiş olunub. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, baş dirijoru və musiqi rəhbəri Əməkdar artist Əyyub Quliyev, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Operada rolları Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər İnarə Babayeva, Ramil Qasımov , Səbinə Vahabzadə, Taleh Yahyayev və başqaları ifa ediblər.“İntizar” operasında Azərbaycanın yaxın tarixi keçmişində baş vermiş faciəvi hadisələr fonunda Xeyirlə Şərin əbədi qarşıdurması ümumbəşəri mövzu kontekstində cərəyan edir. Tamaşaçılar tərəfindən alqışlarla qarşılanan operanın sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə və Opera və Balet Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Hafiz Quliyevə festivalın simvolunu təqdim edib. TÜRKSOY-un yaranmasının 30 illiyi münasibətilə festivalın təşkilatçı qurumlarının rəhbərlərinə hədiyyələr, teatrın solistlərinə isə sertifikatlar təqdim olunub. \"İpək Yolu\" 12-ci Beynəlxalq Musiqi Festivalı çərçivəsində Şəkidə veloyarış da keçirilib. Yarışda rayon orta məktəblərindən 20 idmançı iştirak edib. Sonda ən yaxşı nəticəni göstərən ilk 3 yerin qalibləri fəxri fərman və kubokla mükafatlandırılıb.
Anar Yusub: Kamançanı bu tərzdə Azərbaycanda ilk dəfə mən ifa etmişəm | Xeyirli axşamlar 04.07.2023
Dəyərli sənətkarlarla Arif Əlizadənin qonağıyıq | Xəyalə ilə Sizdəyik 02.07.2023
Aynur Qafarlı şeiri ilə qonaqları keçmişə apardı | Xeyirli axşamlar 03.07.2023
İnsan kapitalı və onun reallaşdırılması | Zamanında 03.07.2023
AVAZ-5 Televiziya Uşaq Muğam Müsabiqəsi 02.07.2023
Dəhşətli qəza nəticəsində biri azyaşlı olmaqla 2 nəfər həyatını itirdi...
Bu gün axşam saatlarında Yevlax Zaqatala avtomobil yolunun Şəki şəhəri ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib. Belə ki, hərəkətdə olan “Reno” markalı minik avtomobili idarəetmədən çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlər - 30 yaşlı Azər Murtuzov və Şəki rayonu Suçma kənd sakini 4 yaşlı Sədəf Seyidəliyeva aldığı ağır xəsarətlərdən hadisə yerində həyatlarını itiriblər. Taksi kimi fəaliyyət göstərən avtomobilin sürücüsü Nazim Unarov və daha iki sərnişin - qəza zamanı dünyasını dəyişən azyaşlı Sədəfin atası, 33 yaşlı Şəki sakini Dilqəm Seyidəliyev və 22 yaşlı Beyləqən sakini Əşrəf Hüseynzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılmış vəziyyətdə qalıblar. Hadisə zamanı avtomobildə sıxılmış vəziyyətdə qalan yaralılar Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən xilasediciləri tərəfindən çıxarılıb və ilkin tibbi yardım göstərildikdən sonra Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Qax rayonunda qayalıq ərazidə turist yıxılıb
Qax rayonunda qayalıq ərazidə turist yıxılıb, onun təxliyəsi həyata keçirilir. Hadisə Qaxın mərkəzindən 20, İlisu kəndindən isə 7 km məsafədə yerləşən \"İlisu Dağ Hamamı\" adlanan ərazidə baş verib. Yaralı olduğu ehtimal olunan turistin təxliyəsi üçün Qax Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti, Qax Rayonu Mərkəzi Xəstəxanasının həkimləri əraziyə cəlb olunub.
Polislərin peşə bayramı qeyd edilib
Tədbirdə polis şöbəsinin şəxsi heyəti, rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları və veteranlar iştirak ediblər. İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin şəhər ərazisində ucaldılan abidəsini, daha sonra isə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Qax şəhər Heydər Əliyev Mərkəzində davam edən tədbirdə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə ünvanladığı təbrik məktubu oxunub. Çıxış edənlər müstəqil dövlətçiliyimizin qorunmasında, ölkədə sabitliyin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə Azərbaycan polisinin müstəsna xidmətləri olduğunu diqqətə çatdırıblar. Sonda xidmətdə fərqlənən bir qrup əməkdaşa fəxri fərman və digər mükafatlar, polis veteranlarına isə hədiyyələr təqdim olunub.