Super User

Super User

Şənbə, 14 Dekabr 2024 13:38

Yolumuz Türkiyə 15.12.2024

Şəkinin ucqar kəndlərindən biri olan Baş Küngütdə qış ayları daha sərt keçir. Kənd bir neçə ildir ki, mavi yanacaqla da təmin olunub. Ancaq nədənsə ən vacib yerlərdən birinə- orta məktəbə qaz xətti çəkilməyib. Nəticədə soyuq qış aylarında məktəbi isitmək bir xeyli çətin olur ki, bu valideynləri narahat edir. Davamını sujetdən eşidək...

Havalar soyuyar-soyumaz yırtıcıların yaşayış məntəqələrinə hücumları da artıb. Şəkidə bu gün canavarlar iki kənddə sakinlərə hücum edib, 3 nəfərə xəsarət yetirib, həçinin şəxsi təsərrüfatlara, mal-qaraya zərər verib.

Cümə, 13 Dekabr 2024 11:35

Şəkidə iki ailənin evi yanıb

Hadisə şəhərin Vüqar Məmmədov küçəsində baş verib. Əraziyə Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində 48 yaşlı Rövşən Məsimzadəyə məxsus ümumi sahəsi 120 kv/m olan, 3 otaq və iki aynabənddən ibarət evin yanar konstruksiyaları və 52 yaşlı Ruhiyyə İsrafilovaya məxsus ümumi sahəsi 90 kv/m olan 4 otaqlı evin isə dam örtüyünün taxta atmaları 70 kv/m sahədə yanıb. Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

179 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S