Super User
Zaqatalada dərsə gedən məktəbli qızı maşın vurdu
Zaqatalada dərsə gedən məktəbli qızı maşın vurdu. Hadisə bu gün səhər saatlarında rayonun Yeni Suvagil kəndində qeydə alınıb. Rayonun Çobankol kənd sakini, 38 yaşlı Eyvaz Nüsrəddin oğlu İsmayılov idarə etdiyi Moskviç markalı minik avtomobili ilə hərəkətdə olarkən məktəbə gələn Yeni Suvagil kənd sakini 8 yaşlı Alina Saleh qızı Məcidovanı vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 3-cü sinif şagirdi Alina Məcidova Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilən məktəblinin müalicəsi xəstəxanada davam etdirilir. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Gürcüstanla sərhəddə zərərvericilərə qarşı mübarizə tədbirləri
Mina Hüseyn, kosmetoloq Xariqə Quliyeva və aktrisa Zümrüd Qasımova "Xəbərin var?"da 08.10.2024
Bəstəkar Cavanşir Quliyev və qiraətçi Dilbər Yaqubova "Məclisi-Şüəra"da 08.10.2024
Eşitməyən qalmasın 08.10.2023
"Barışıq sazişlərinin keyfiyyətli məzmunu"adlı seminar
Şəki Mediasiya Şurasının təşkilatçılığı ilə “Barışıq sazişlərinin keyfiyyətli məzmunu” adlı seminar keçirilib. Tədbirdə ölkənin müxtəlif bölgələrindən 30-dan çox mediator, iştirak edib. Çıxış edənlər ölkəmizdə aparılan mediasiya islahatlarının artıq öz müsbət bəhrəsini verdiyini bildiriblər.
Mediasiya institutu haqqında ətraflı məlumat və tövsiyələr verilib. Seminarda mediatorların ailə və əmək mübahisələrinin həllində rolu, əldə edilən nailiyyətlər və qarşılaşdıqları çətinliklər müzakirə edilib. Sonda iştirakçıların sualları cavablandırılıb, mediasiya sahəsində təklif və tövsiyələri dinlənilib.
Silahla ehtiyatsız davranan şəxs qolunu itirdi
Qəbələdə bədbəxt hadisə baş verib. 54 yaşlı Araz Allahverdiyev odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb. Araşdırma zamanı həmin şəxsin ov tüfəngi ilə ehtiyatsız davranması zamanı xəsarət aldığı müəyyən edilib.
Xəstəxanaya yerləşdirilən Araz Allahverdiyevin qolu amputasiya olunub. Faktla bağlı araşdırma aparılır.
Şəhidlərin təhsil aldıqları məktəbdə xatirəsi əbədiləşdirilib
Şəki şəhər 5 nömrəli tam orta məktəbdə həmin məktəbin məzunu olmuş Vətən müharibəsi şəhidləri – mayor Xəyal Məmmədov və əsgər Şahmar Soltanlının xatirə lövhəsinin açılışı olub.
Tədbirdə məktəbin müəllim-şagird kollektivi, şəhid ailələri və ictimiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər qəhrəman şəhidlərimizin şərəfli ömür yolundan bəhs edilib. Onlarla bağlı xatirələrini bölüşüblər.
Vurğulanıb ki, şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi gələcək nəsillərə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib. Ardınca şəhid Şahmar Soltalı və Xəyal Məmmədovun xatirə lövhəsinin açılışı baş tutub.
Aqta ət satışı məntəqələrində reyd keçirib
Qida Təhlükəsizliyi Agentliyinin müfəttişləri Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Şəkidə keçirdiyi reyd zamanı bir neçə ət satışı fəaliyyəti ilə məşğul olan obyektlərdə qanun pozuntuları aşkarlanıb. Belə ki, ət məhsullarının saxlandığı köməkçi sahənin sanitariya norma və qaydalarının, gigiyena normativlərinin tələblərinə cavab vermədiyi və antisanitar vəziyyətdə olduğu müəyyən edilib.
Aşkar edilmiş uyğunsuzluqlarla bağlı sahibkar barəsində inzibati xəta haqqında protokol tərtib edilib, həmin sahənin fəaliyyəti məhdudlaşdırılıb. Reyd zamanı həmçinin baytarlıq-sanitariya ekspertizası aparılmadan həyata keçirilən heyvan kəsimi və ət satışı məntəqələri aşkar olunub.
Aşkar edilmiş faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb. Agentlikdən yoxlama-nəzarət tədbirlərinin bundan sonra da davam etdiriləcəyi bildirilib. Məqsəd ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması və qanunsuz heyvan kəsiminin qarşısının alınmasıdır.