Super User
Aytac Vidadiqızı, aktyor Ülvi Həsənli, defektoloq-loqoped Esmira Qafarova "Xəbərin var?"da 11.10.2024
Yeni mövsümün ilk qonağı vizajist Ülkərlə Lökbatanda "Kim var, Kim yox? 11.10.2024
Qiymə ətdə edilən saxtakarlıq | Elə Çarə 11.10.2024
Avtomobillər toqquşdu, 5 nəfər xəsarət aldı
Şəkidə iki avtomobilin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Hadisə gecə saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistralının Şəki şəhəri ərazisindən keçən hissəsində baş verib. "Mercedes" və "Toyota" markalı iki avtomobil toqquşub.
Şəki sakinləri - 8 yaşlı Həsrət Əhmədli, 39 yaşlı Gülnar Kərimova, 35 yaşlı Ziyad Mahmudov, Bakı sakinləri - 57 yaşlı Tamella Qədirova və 60 yaşlı Təmraz Qədirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan artıq dördü tibbi yardım göstərilərək evə buraxılıb, “Mercedes”in sürücüsü Ziyad Mahmudovun isə müalicəsi davam edir. Faktla bağlı araşdırma aparılır.
Sərxoş və narkotikin təsiri altında avtomobil idarə edənlər saxlanıldı
Balakəndə narkotik vasitənin təsiri altında və sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər məsuliyyətə cəlb olunublar. Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə keçirdiyi tədbir zamanı spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 15, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 10 nəfər müəyyən ediblər.
Onların barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb. Son bir ay ərzində isə Balakəndə yol hərəkəti qaydalarını kobud şəkildə pozan ümumilikdə 354 sürücü inzibati məsuliyyətə cəlb olunub.
Ölümə tələsən piyadalar
Zaqatala şəhərinin girəcəyində illər öncə istifadəyə verilən piyada keçidi bu ərazidə tez-tez baş verən qəzaların qarşısının alınmasına hesablanıb. Ancaq piyadalar keçidlə yox, təhlükəli manevrlə avtomobillərin sıx hərəkət etdiyi yoldan keçirlər. Nəticədə isə təhlükə qaçılmaz olur.
Qanunla piyadalar özlərinin və digər yol iştirakçılarının təhlükəsizliyini təmin etməlidirlər. Qaydalara riayət etməyənlər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən cərimələr nəzərdə tutulur.
Bəs piyadanın məsuliyyətsizliyi səbəbindən baş verən yol nəqliyyat hadisələri zamanı kim məsuliyyət daşıyır?! Bir sözlə, yol terrorundan sığortalanmaq üçün hər kəs öhdəlik və vəzifələrini bilməli, mütləq şəkildə əməl etməlidir.
Şagirdləri təhsil almaq hüququndan məhrum edən səbəb
Il Yeniyol, Tircan-ferma, Zərgəran, Pirəbilqasım kəndlərində yaşayan 51 məktəbli dərsə gedə bilmir. Oktyabr ayının 1-dən şagirdlərin daşınması üçün ayrılan nəqliyyat vasitəsi heç bir səbəb göstərilmədən xətdən çıxarılıb.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin məsələyə münasibəti isə belə oldu... Bu proses yeni tədris ilində oktyabrın 1-dək davam edib və daşıyıcı şirkətlə müqaviləyə xitam verilib. Hazırda şagirdlərin daşınmasını həyata keçirmək üçün şirkətlərlə aparılan danışıqlar davam etdirilir. Prosesin yaxın günlərdə bərpa ediləcəyi nəzərdə tutulub.
Belə olan halda həmin şagirdlərin dərsi buraxdığı günlərin əvəz edilməsi məsələsi də ortaya çıxır. Ümid edirik, problem tezliklə aradan qalxar və məktəblilər dərslərinə qaldıqları yerdən davam edərlər.
Tütün xammalının qiymətləri yüksəlib
Şəkidə tütün əkini sahələri əvvəlki illə müqayisədə 134 hektar artıb. Rayonda 800-dək fermer kənd təsərrüfatının ən gəlirli sahələrindən biri olan tütünçülüklə məşğul olur. Tütünçülük təsərrüfatlarında 2300-dən çox kənd sakininin məşğulluğu təmin olunur.
Son bir ildə 2 yeni qurutma məntəqəsi istifadəyə verilib. Bu da tütünçülükdə həm əl əməyinin yüngülləşməsinə həm də iqtisadi səmərələliyə gətirib çıxarıb.
Xatırladaq ki, rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqələrində, həmçinin şəxsi təsərrüfatlarda 327 ədəd tütünqurutma kamerası var.