Super User

Super User

Şəkidə torpaqlarımızın işğaldan azad olunması ilə yekunlaşan 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Nicat İmamverdiyevin şəhadətə ucalmasının 4-cü ildönümündə xatirəsi yad edilib. Əvvəlcə şəhidimizin məzarı ziyarət olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhədətə ucalan qəhrəman oğulların ruhlarına dualar edilib.

Çıxış edənlər Nicat İmamverdiyevin şərəfli ömür yolundan, müharibədə göstərdiyi şüvaətlərdən qürurla bəhs ediblər. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib. Daha sonra isə şəhid ailələri üçün ehsan süfrəsi təşkil olunub.

İsmayıllıda narkotiklərin dövriyyəsini təşkil edən şəxs saxlanılıb. Polis əməkdaşları əməliyyat zamanı 54 yaşlı İxtiyar Mehdiyevi saxlayıb. Onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 25 ədəd çətənə kolu , 4 kiloqram marixuana və qanunsuz saxladığı ov tüfəngi aşkar olunub.

İxtiyar Mehdiyevin narkotik vasitələri qazanc əldə etmək məqsədilə saxladığı müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Şənbə, 19 Oktyabr 2024 12:15

Zaqatalada fərdi yaşayış evi yanıb

Yanğın rayonun Aşağı Tala kəndində Abdulla Əzizova məxsus ümumi sahəsi 90 kv/m olan, ikiotaqlı, birmərtəbəli fərdi yaşayış evində baş verib.

Əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Xəsarət alan isə olmayıb. Faktla bağlı araşdırma aparılır.

Cümə, 18 Oktyabr 2024 15:50

"5 gün" Mikayıl ilə 18.10.2024

Cümə, 18 Oktyabr 2024 15:39

Sayqa ilə 18.10.2024

Cümə, 18 Oktyabr 2024 15:07

Şəhidin xatirəsi anılıb

Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların göstərdikləri igidlik və şücaətin təbliği istiqamətində məqsədyönlü işlər görülür. Şəkidə Vətən müharibəsi şəhidi Elçin Nadirovun xatirəsi əbədiləşdirilib.

Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Vətən Müharibəsi şəhidi baş çavuş Elçin Nadirovun adına sinif otağı verilib. Artıq bundan sonra 6 B sinifi şəhidin adını daşıyacaq. Sinif otağında şəhidin adı yazılmış lövhə yerləşdirilib, həyat və döyüş fəaliyyətini əks etdirən guşə yaradılıb. Bu münasibətlə məktəbdə şəhidin xatirəsinə həsr edilən tədbir keçirilib. Çıxış edənlər şəhidin ömür yoluna nəzər salıb , xatirələrini bölüşüblər. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.

Elçin Nadirovun şəhadətə yüksəlməsinin ildönümündə həmçinin Şəki şəhər Folklor evində anım tədbiri keçirilib. Tədbirdə çıxış edənlər Elçin Nadirovun döyüşdə göstərdiyi şücaətlərdən qürurla bəhs ediblər. Tədbirin bədii hissəsində 4 nömrəli musiqi məktəbinin şagirdlərinin ifasında vətənpərvərlik ruhunda şeirlər və mahnılar ifa olunub.

Xatırladaq ki, Daxili Qoşunların xüsusi təyinatlı dəstəsinin baş çavuşu olan Elçin Nadirov Füzulinin azad edilməsi uğrunda şiddətli döyüş zamanı şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Cümə, 18 Oktyabr 2024 14:46

Qəbələdə dəhşətli qətl

Qəbələnin Zərgərli kəndində 73 yaşlı Gülsadə Məmmədəliyeva və 45 yaşlı Əlibaba Gəncimov odlu silahdan açılan atəşlə qətlə yetirilib, qadının nəvəsi, 23 yaşlı Nurlan Məmmədalıyev isə xəsarət alıb. Hadisənin şəxsi münasibətlər zəminində, borc üstündə baş verdiyi bildirilir.

Araşdırmalarla müəyyən edilib ki, aralarındakı mübahisənin münaqişəyə çevrilməsindən sonra Əlibaba Gəncimov tüfəng götürərək Gülsadə Məmmədəliyevanın yaşadığı evə gəlib. O əvvəlcə Gülsadə Məmmədəliyevaya atəş açaraq öldürüb, nəvəsi Nurlan Məmmədliyevə isə xəsarət yetirib.

Nurlan Məmmədəliyev isə evdən götürdüyü üfənglə Əlibaba Gəncimovu güllələyib. Cinayət aləti hesab edilən ov tüfəngləri polis əməkdaşları tərəfindən götürülüb. Faktla bağlı Qəbələ rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.

176 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S