Super User
Dana Durdana: Mən anamın qatili oldum | Həftənin qonağı 26.10.2024
Kanal S-inema 26.10.2024
Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edilib
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib. Səfərin məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan perspektiv planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.
Tabeli tibb müəssisələrində göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi, keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.Həmçinin həkimlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində olan əsaslı artımlardan bəhs edilib.
"Təmiz hava aylığı" çərçivəsində reydlər davam edir...
DYPB Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Şamaxıda - atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısını almaq məqsədilə yoxlamalar aparıb.
Şəki və Zaqatalada yerləşən dönərxanalarda nöqsanlar aşkarlandı
Qida Təhlükəsizliyi Agentliyi bu dəfə Şəki və Zaqatalada fəsaliyyət göstərən dönərxanalarda reydlər keçirib. Bəzi müəssisələrdə nöqsanlar aşkarlanıb.
Reyd zamanı Şəki və Zaqatalada dönər satışı həyata keçirilən qida obyektlərində sanitariya norma və qaydalarının, gigiyena normativlərinin pozulmasına, həmçinin dönərin hazırlanmasında istifadə olunan ətin baytarlıq-sanitariya müşayiətedici sənədlərinin olmamasına dair uyğunsuzluqlar müəyyən edilib.
Agentlik rəsmisi vətəndaşları ictimai nəzarəti gücləndirməyə və istehlakçını hər hansı uyğunsuzluq və ya xoşagəlməz hallar olduqda “1003 - Çağrı Mərkəzi”nə bu barədə məlumat verməyə dəvət edir. Agentlik tərəfindən müvafiq araşdırmalar və yoxlama-nəzarət tədbirləri davam etdiriləcək.