Super User

Super User

Cümə axşamı, 29 Avqust 2024 12:46

Şəkidə avtomobil yanıb...

Bu gün günorta saatlarında Şəkinin N.Nərimanov prospektində “Audi" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sosial şəbəkələrdə Şəkidə inəyə qarşı rəhmsiz rəftar edilməsi ilə bağlı yayılan videogörüntülər araşdırılıb. Həmin şəxsin Şəki rayon sakini Yaqub İbadullayev olduğunu polis müəyyən edib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə göndərilib. 

Çərşənbə axşamı, 27 Avqust 2024 14:29

Elmi-praktiki konfrans keçirilib

Şəkidə "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "İqlim dəyişikliyinə qarşı yaşıllıqların qorunmasının akademik-elmi əsaslarının formalaşması” mövzusunda elmi-praktiki konfrans keçirilib. Konfransda Baş prokuror Kamran Əliyev, Beynəlxalq Prokurorlar Assosiasiyasının Baş katibi Roel Dona, müxtəlif dövlət qurumlarının vəzifəli şəxsləri iştirak ediblər.

Çıxış edənlər respublikada ekoloji problemlərin həlli, ekoloji mühitin sağlamlaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Eyni zamanda ekosistemin, eləcə də nadir flora və fauna növlərinin yaşaması və inkişaf etməsi üçün həyata keçirilən layihələrdən danışılıb.

Daha sonra konfrans iştirakçıları tərəfindən “Azərbaycan Respublikasında ekoloji siyasətə dair” və “Azərbaycan Respublikasında ekoloji hüquqpozmalara qarşı mübarizə” mövzularında vidoçarxlar izlənilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib. Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb. İştirakçılar Şəki rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, yeni inzibati bina ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub.

Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya-Kommunikasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, IP-telefoniya qurğuları və digər texniki chazlarla təchiz olunub.

Bundan əlavə, əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, həmçinin idman zalı istifadəyə verilib. Binanın işıqlandırılmasının bir hissəsini alternativ enerji ilə təmin etmək üçün günəş panelləri quraşdırılıb.

Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni xidməti avtomobillərə də baxış keçirib. Sonda xatirə fotoşəkli çəkilib.

Çərşənbə axşamı, 27 Avqust 2024 13:38

Həkim qudasının evində öldürüldü...

Bu gün səhər saatlarında Zaqatalada qətl hadisəsi olub. Aşağı Tala kəndində uzun illər həkim kimi çalışan 78 yaşlı Tariyel Əhmədovu 64 yaşlı Həsən Davudov qətlə yetirib. Tariyel Əhmədovun ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Ancaq Həsən Davudov həmin ov tüfəngi ilə özünü də öldürüb. Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir. Məlumata görə, hadisə onun qızının evində pul üstündə yaranan münaqişə zəminində baş verib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda istintaq aparılır.

Şəkidə Mehriban xanım Əliyevanın doğum gününə həsr edilmiş "Biz mehriban ailəyik" adlı cüdo yarışı keçirilib. 1 gün davam edən yarışda ölkənin 14 bölgəsindən 150-dən çox idmançı öz gücünü sınayıb.

Yarışın sonunda isə müxtəlif çəki dərəcələri üzrə 1, 2 və 3-cü yerə çıxan idmançılar medal və diplomlarla mükafatlandırılıblar.

İsmayıllı rayonunun Basqal kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.Qəza zamanı sürücü, 58 yaşlı Rəfad Cəbrayılov ağır bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq Rəfad Cəbrayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.

Bazar ertəsi, 26 Avqust 2024 12:48

Avtomobil vuran 37 yaşlı şəxs ölüb...

Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb. Hadisə ötən gecə saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.

Hərəkətdə olan avtomobil 37 yaşlı Samrat Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Şənbə, 24 Avqust 2024 12:27

Sənin seçimin 23.08.2024

174 -dən səhifə 598

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S