Super User

Super User

Cümə, 23 Avqust 2024 14:11

Sənin seçimin 21.08.2024

Şəkidə I Qarabağ müharibəsi şəhidi Elşad İsmayılovun vaxtilə xatirəsinə inşa olunmuş bulağın bərpadan sonra açılışı olub. Açılış tədbirində şəhidin ailə üzvləri, müharibə içtirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.

Çıxış edənlər şəhidin şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər. Ardınca xatirə bulağının açılış mərasimi baş tutub.

Tədbir məktəblilərin ifasında ədəbi- bədii kompozisiyalarla davam edib. Qeyd edək ki, Elşad İsmayılov 1992-ci ilin sentyabrın 6-da Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Cümə axşamı, 22 Avqust 2024 15:26

Zaqatalada müşavirə keçirilib

Zaqatalada Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və həmin məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddətdə həlli ilə bağlı müşavirə keçirilib.

Bildirilib ki, identikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı və heyvanların birkalanması üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır. Diqqətə çatdırılıb ki, Qaydalara əsasən, heyvanların identikləşdirilməsi AQTA tərəfindən AQTİS vasitəsilə həyata keçirilir.

AQTİS vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. Tədbirdə həmçinin, heyvandarlıqda subsidiya prosedurlarının və damazlıq işinin təşkilində və sair məsələlər müzakirə edilib.

Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə günorta saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. Rayonun Əngərxan kənd sakini, 16 yaşlı Əsgərov Emil Oktay oğlu “VAZ21 06” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb, ardınca dərəyə yuvarlanıb. Emil Əsgərov hadisə yerində ölüb. Qohumlarının sözlərinə görə, 16 yaşlı sürücü avtomobili evdən xəbərsiz götürərək yolun hərəkət hissəsinə çıxıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Çərşənbə, 21 Avqust 2024 10:58

İsmayıllıda ağır yol qəzası can aldı...

İsmayıllıda yol qəzası olub. Avqustun 20-də saat 19 radələrində İsmayıllı rayonu ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində 65 yaşlı Məsarif Rüstəmov ölüb, digər 3 nəfər - Camal Zeynalov, Elnur Bayramov və Valeh Məmmədov xəsarət alıb. Faktla bağlı cinayət işi başlanılıb.

İsmayıllıda polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Ülvi Qaçayev ötmə qaydasını pozduğu üçün ona “saxla” işarəsi verilib. Sənədləri yoxlanılarkən Ü.Qaçayevin sürücülük hüququnun olmadığı məlum olub. Həmçinin onun narkotik vasitə qəbul etdiyinə dair şübhələr yarandığından sürücü tibbi müayinədən keçirilib. Nəticədə Ü.Qaçayevin narkotik vasitə olan marixuana istifadə etdiyi müəyyənləşib.Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.

Bazar ertəsi, 19 Avqust 2024 12:21

Veteran idmançılarla görüş keçirilib...

Şəkidə veteran idmançılarla görüş keçirilib. Şəhidlər Xiyabanında baş tutan görüşdə idmançılar şəhidlərimizin məzarı önünə gül dəstələri qoyub, xatirələrini yad ediblər.

Torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda şəhid olan həmvətənlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyiblər.

Tədbirdə həmçinin döyüş və diplomatiya meydanında qazanılmış Zəfərimizin idman yarışlarında da uğurla davam etdirilməsindən bəhs olunub, idmanın ölkəmizdə daim diqqət mərkəzində olduğu vurğulanıb.

Şənbə, 17 Avqust 2024 09:11

Sənin seçimin 16.08.2024

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki və Oğuz rayonlarında mövsümün ilk toxum sərgi-satış yarmarkası və Aqrar Biznes Festivalı keçirilib.

Şəki şəhərindən start götürən toxum sərgi-satış yarmarkasında payızlıq dənli bitkilərin əkini üçün yüksək reproduksiyalı, sertifikatlı toxumlar nümayiş olunub.

Sərgidə Kənd Təsərrüfatı Nazirliyinin qurumları və digər dövlət müəssisələri, yerli toxum istehsalçıları, iri toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər eləcə də kənd təsərrüfatının digər sahələrində ixtisaslaşmış yerli şirkətlər iştirak ediblər.

Yarmarkada Şəki-Zaqatala iqtisadi rayonu üzrə Şəki, Oğuz, Qəbələ, Şamaxı, İsmayıllı, Zaqatala, Balakən və Qax rayonlarından fermerlər qatılıblar.

Sərgidə həmçinin kənd təsərrüfatı təyinatlı müxtəlif texnika və aqreqatlar, innovativ suvarma texnologiyaları, alternativ enerji mənbələri, pambıq əkinində tətbiq olunan yeni texnologiyalar, müasir texnologiyalar əsasında əldə olunmuş əkin materialları və bitki mühafizə vasitələri nümayiş olunub.

Bu gün mərhum Xalq şairimiz Bəxtiyar Vahabzadənin 99-cu ildönümüdür. Bu münasibətlə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Bəxtiyar Vahabzadə adına ev muzeyində tədbir keçirilib.

Əvvəlcə adını daşıdığı parkda B.Vahabzadənin büstü ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra ev muzeyində davam edən tədbirdə Şəki-Zaqatala Regional Mədəniyyət İdarəsinin əməkdaşları, ziyalılar və şəhər sakinləri iştirak edib.

Çıxış edənlər bu tədbirin keçirilməsində təşəbbüs göstərənlərə şairimizin xatirəsini unudulmağa qoymadıqlarına görə təşəkkür edib, tədbirin əhəmiyyətinin böyük olduğunu vurğulayıblar. Daha sonra tədbir xalq çalğı alətlərində musiqi ifaları və çay süfrəsi ilə davam edib.

175 -dən səhifə 598

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S