Super User

Super User

Çərşənbə, 08 Yanvar 2025 16:54

Zaqatalada daha bir yeni doğulan körpə öldü

Zaqatala yeni doğulan körpə ölümü qeyd alınıb. Yanvarın 7-də Zaqatala rayonu Gözbarax kənd sakini 33 yaşlı Xanım Üzeyr qızı Didiyeva dünyaya uşaq gətirmək üçün Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə müraciət edib. Didiyeva qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Körpə doğuşdan bir qədər sonra ölüb. Yaxınlarının verdiyi məlumata görə, bu, onun üçüncü doğuşudur. Doğuşdan bir gün əvvəl X. Didiyeva Zaqatala RMX-da müayinə olunub və hamiləliyin normal keçməsi barədə məlumat verilib.

Ölümün dəqiq səbəbini öyrənmək üçün körpənin meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Çərşənbə, 08 Yanvar 2025 11:07

Məclisi-Şüəra 08.01.2025

Çərşənbə, 08 Yanvar 2025 10:45

Balakəndə cücə sexində yanğın olub.

Nəticədə 5 min cücə yanaraq təlaf olub. Gecə saatlarında Balakənin Tülü kəndində, kənd sakini Vüsal İsmayılovun yaşadığı evin həyatyanı sahəsində inşa olunan ümumi sahəsi 96 kv/m olan cücə sexində yanğın baş verib.
Yanğının söndürülmasi üçün əraziyə Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub. Yanğın nəticəsində sexin tavanı və dam örtüyü yanıb, sexdə olan 5 min ədəd cücə yanaraq təlaf olub. Faktla bağlı araşdırma aparılır.

Çərşənbə axşamı, 07 Yanvar 2025 14:53

Nic qəsəbəsində Milad bayramı qeyd olunub

Bu gün bütün dünyada olduğu kimi, Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər də Milad bayramını qeyd edirlər. Bayram münasibətilə udilər “Cotari” alban kilsəsində keçirilən mərasimə qatılıblar. Hər il olduğu kimi, bu il də kilsədə xüsusi ayinlər icra olunub və dualar oxunub.

Çərşənbə axşamı, 07 Yanvar 2025 10:51

Eşitməyən qalmasın 03.01.2025

Çərşənbə axşamı, 07 Yanvar 2025 08:36

Azərbaycanın nömrə 1 ulduzu 04.01.2025

171 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S