Super User
1 əsr yaşı olan Şukufə nənə
Növbəti sujetimizdə həyatın bütün çətinliklərinə sinə gərərək övladlarını böyüdən anadan danışacağıq. Qəhərmanımız 6 uşağı, 9 nəvə, 10 nəticə, 2 kötücəsi olan 100 yaşlı Şukufə nənədir.
Şukufə Əhmədova 1925-ci ildə Yevlaxın Qaraoğlan kəndində anadan olub. Həyatın hər üzünü görən Şukufə nənə kiçik yaşlarında atasını itirir anası ilə birgə Şəkinin Çayqaraqoyunlu kəndinə köçür. Gəncliyi 2-ci dünya müharibəsinə düşür. Deyir ki, Gəncədə sənət məktəbində oxuyarkən həm də hərbi təlimlərə qatılır və snayper kursları keçir.
Müharibə bitdiyindən onun ön cəbhəyə göndərilməsi təxirə düşür. Gəncədə zavodların birində toxucu kimi çalışan Şukufə Əhmədova kəndə qayıdır və burada sinif yoldaşı Əmrahla ailə qurur. Yoldaşı ilə 68 il xoşbəxt ömür sürürlər.
Şükufə nənənin uşaqlarının bəziləri kiçik yaşlarında rəhmətə gedib. Yarı ac yarı tox yaşasa da bütün çətinliklərin öhdəsindən gəlib və 6 övlad boya başa çatdırıb. Şukufə nənənin nəvələrinin 2-si Vətən müharibəsinin iştirakçısı biri qazidir. İndi qazi nəvəsinə dövlət tərəfindən Şəkinin Çeşməli kəndində verilən evdə gəlini ilə birgə yaşayır.
Şukufə nənənin səhhətindən şikayəti yoxdur. O, uzunömürlülüyünün sirrini kənd havasında, zəhmətdə və mehribançılıqda görür.
Azərbaycanın nömrə 1 ulduzu 17.01.2025
Kəmalə Qaramollayeva: Atamın avtomobilini qaçırırdım | Yollar bizi ayırmasın 18.01.2025
Əməkdar Artist Ağalar Bayramov: Oğlumla görüşə dizin-dizin getmişəm... |Həftənin qonağı 18.01.2025
Nərmin Kərimbəyova ilə qazi ailəsində qonaq olduq | Kim var, Kim yox? 18.01 2025
Basketbol üzrə bölgə yarışı keçirilib
Şəkidə "20 Yanvar" şəhidlərinin xatirəsinə həsr olunmuş basketbol idman növü üzrə yarış keçirilib. Açılış mərasimində Şəki-Zaqatala RTİ-nin rəsmiləri , təhsil ictimaiyyəti və “Şəki” basketbol komandasının üzvləri iştirak edib. Rəsmi hissənin ardınca məktəblilər şəhidlərin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyalarla çıxış ediblər.
Daha sonra yarışa start verilib. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ olmaqla 6 komandanın mübarizə apardığı yarışın qalibi qızlar arasında Zaqatala, oğlanlar arasında isə Şəki komandası olub. Qalib komandalar kubok, medal və sertifikatla təltif edilib.
Taxıl əkini sahələri genişləndirilir
Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2025-ci ilin məhsulu üçün payızlıq dən bitkilərinin səpini başa çatıb. İlkin statistik rəqəmlərə görə rayonda ötən ilə nisbətən taxılın əkin sahəsi 1700 hektardan çox artıb. Şəkili fermerlər sahələrdən bol taxıl əldə edəcəklərinə ümidlidirlər. Daha ətraflı sujetdə...