Super User
58 yaşlı kişi yük avtomobilinin altında qaldı
Şəkidə 58 yaşlı şəxsi yük avtomobili vuraraq öldürüb. Hadisə bu gün səhər saatlarında Şəkinin Pərviz Mustafayev küçəsində baş verib. Belə ki, Firudin Məmmədovun idarə etdiyi "JAC" markalı yük avtomobili geriyə hərəkət edərkən Şəki şəhər sakini 58 yaşlı Ülfət İmamhüseynovu vurub. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Müğənni Ellada, Vüqar Rüstəmov, Elnur Əmrahov, Nəcibə və İsmayıl ""5 gün" Mikayıl ilə"də 27.01.2025
Müğənni Elza Seyidcahan və Nadir Rüstəmli "Xəbərin var?"da 27.01.2025
68 Yaşında yeni həyata addım
Ətrafdakı tələbələrin çoxu onun nəvəsi yaşındadır. Ancaq bu, onu dayandırmır. 68 yaşlı Qətibə İsayeva peşə öyrənmək üçün parta arxasında oturmaq qərarına gəlib...
32 yaşlı Zaqatala sakini yüksək dağlıq ərazidə ölü tapılıb
32 yaşlı Zaqatala sakini yüksək dağlıq ərazidə ölü tapılıb. Hadisə Zaqatalanın Meşləş kəndi yaxınlığında, yüksək dağlıq ərazidə; Əlibəy yüksəkliyi adlanan yerdə baş verib.
Qeyd edək ki, iki övlad atası olan Hüseyn Məmmədov Füzuli, Cabrayıl və Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.