Super User
Göyçək Fatimə: Mən kimin ailəsini dağıtmışam? | Xəbərin var 14.10.2024
Eşitməyən qalmasın 14.10.2024
Şəkidə yol qəzası: Xəsarət alanlar var
Hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəki şəhəri ərazisindən keçən hissəsində ("Daşqaya" adlanan ərazidə) 48 yaşlı Xəzər İsrafilovun idarə etdiyi "Range Rover" və 23 yaşlı Qorxmaz Mustafayevin idarə etdiyi "Niva" markalı avtomobillər toqquşub.
Nəticədə sürücülər və digər 3 nəfər sərnişin - 82 yaşlı Həqiqət Abdullayeva, 45 yaşlı Təranə İsrafilova və 20 yaşlı Elgün Elsevər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan dördünün xəsarəti yüngül olduğu üçün ambulator müalicə almaq şərti ilə evə buraxılıblar. Təranə İsrafilovanın müalicəsi isə xəstəxanada davam etdirilir. Faktla bağlı araşdırma aparılır.
Aşıq Ağamurad Şirvanlının yubileyi qeyd olunub
Şamaxıda Əməkdar mədəniyyət işçisi Aşıq Ağamurad Şirvanlının 60 illik yubileyi qeyd edilib. Rayon İcra Hakimiyyəti, Aşıqlar Birliyi ə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə yubilyarın həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edənlər aşığa yaradıcılıq uğurları arzulayıb, fəxri fərmanlar və hədiyyələrlə onu mükafatlandırıblar. Tədbir incəsənət ustalarının ifaları ilə davam edib. Onların çıxışları tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.
Şəkidə avtomobilin vurduğu 15 yaşlı piyada vəfat edib
Şahzadə Diananın ölümünün sirləri | Yollar bizi ayırmasın 12.10.2024
Fərqanə Qasımova: Alim Qasımov məni özünə rəqib yetişdirib | Həftənin qonağı 12.10.2024
Şəhidin xatirəsinə həsr olunmuş turnir
Şəkidə 44 günlük Vətən müharibəsinin qəhrəman şəhidi Fərid Lətifovun xatirəsinə həsr olunmuş 1-ci açıq regional turnir keçirilib. Karate, uşu sanda, kikboksinq, muay-tay, MMA və grapplinq idman növləri üzrə keçirilən turnirdə 60-dan çox idmançı mübarizə aparıb. Qalib idmançılar kubok, medal və diplomlarla təltif edilib.
İsmayıllıda güclü küləyin fəsadları
Dünən axşamdan başlayan küləkli hava şəraiti İsmayıllıda fəsad törədib. İri gövdəli ağac həmçinin 10 kv-luq elektrik dirəyinin biri aşıb, digəri isə zədələnib. Nəticədə elektrik kabelləri sıradan çıxıb və 55 ailəyə verilən elektrik enerjisinin verilişi dayandırılıb.
Ərazidə yaşayan sakinlər səhərə qədər işıqsız qalıb. Aidiyyatı qurumun əməkdaşları hadisə yerinə cəlb olunub və qəzanın aradan qaldırılması üçün zəruri işləri həyata keçiriblər.
Hava proqnozu necə ölçülür?
Hava proqnozu necə ölçülür?
Hava proqnozu deyəndə çoxlarının yadına "Bəyin oğurlanması" filmindəki məlum səhnə düşür. Bəs, hava proqnozu necə hazırlanır ? Bu maraqla Şəkidə yerləşən Şimal-qərb Regional Hidrometeorologiya mərkəzinə yola düşdük. Hansı ki, regional mərkəzlər faktiki məlumatları gün ərzində Hidrometeoroloji Proqnozlar Bürosuna ötürür.
Əvvəlcə, elə filmdəki kimi qəribə cihazların qurulduğu stansiyadan başladıq. Açıq havada quraşdırılmış hər bir qurğunun özünün ayrıca funksiyası var. Onlar havadakı buludu, küləyin sürətini, yağan qarın ölçüsünü, düşən yağışın miqdarını ölçürlər.
Bu mərkəzdə hava haqqında məlumatları ənənəvi və avtomatik olaraq toplayan 2 meteo meydança yerləşir. Şəkidə hidrometeorloji məlumatları ötürmək üçün 2 stansiya var. Biri hazırda çəkiliş etdiyimiz şəhər ərazisində , digəri isə Kiş kəndinin yuxarı hissəsində olan “Kiş çay” hidrometeoroloji stansiyasıdır.
Məlumat əsasında verilmiş proqnozun düz çıxıb-çıxmaması hər kəs kimi onları da narahat edir. Bəzən proqnoz verdikləri yağış və ya qarın yağmasını görmək üçün gözlərini pəncərədən çəkmirlər. Çünki proqnoz sözündən də anlaşıldığı kimi təqdim edilən rəqəmlər özünü doğrultmaya bilər.