Super User

Super User

Çərşənbə axşamı, 26 Noyabr 2024 16:54

Məktəbin voleybol komandası qızıl medal əldə etdi ‪

Qaxda keçirilən voleybol üzrə region birinciliyində qaliblər müəyyənləşib. Yarışda 6 rayon üzrə 8 komanda mübarizə aparıb. Gərgin mübarizənin sonunda Şəki şəhər 8 nömrəli tam orta məktəbin qızlardan ibarət voleybol komandası 1-ci yerə çıxaraq qızıl medala yiyələnib.

Çərşənbə axşamı, 26 Noyabr 2024 16:41

Dönərdən zəhərlənmə hallarında artım!

Zaqatalada növbəti dəfə dönərdən zəhərlənmə hadisəsi baş verib. 3 nəfərin zəhərləndiyi dönərxananın fəaliyyəti məhdudlaşdırılıb. Bəs, ard-arda baş verən bu zəhərlənmələrin səbəbləri nələrdir? Dönər satışı ilə məşğul olan şəxslər nələrə diqqət etməlidirlər və ya etmirlər? Sualların cavabı sujetdə...

Çərşənbə axşamı, 26 Noyabr 2024 16:22

Turizm əhəmiyyətli yolda sürüşmə aktivləşib

Son günlər yağan yağışlar səbəbindən sürüşmə zonaları aktivləşib. Şamaxıda 4 il əvvəl çəkilən Çuxuryurd-Sis-Qaleybuğurd-Keçməddin-Qaladərəsi avtomobil yolunda yenidən təhlükəli vəziyyət yaranıb. Uzun illər yeni yol arzusunda olan sakinlərin sevinci uzun çəkməyib. Onlar yeni yolun qısa vaxt ərzində yararsız vəziyyətə düşəcəyindən narahatdırlar.

Çərşənbə axşamı, 26 Noyabr 2024 13:43

Məclisi-Şüəra 26.11.2024

Çərşənbə axşamı, 26 Noyabr 2024 13:37

"5 gün" Mikayıl ilə 26.11.2024

Bazar ertəsi, 25 Noyabr 2024 17:06

"5 gün" Mikayıl ilə 25.11.2024

Bazar ertəsi, 25 Noyabr 2024 16:42

Küçələrə niyə asfalt çəkilmir?

Şamaxının bir çox küçələrində yollar asfaltlanıb və kanalizasiya şəbəkəsi qurulub. Amma elə küçələr var ki, orada hələ də nə asfalt var, nə də kanalizasiya sistemi. Bu problemlər həmin küçələrin sakinlərinə ciddi narahatlıqlar yaradır.

Bazar ertəsi, 25 Noyabr 2024 16:25

21 yaşlı gənc dəm qazının qurbanı oldu...

Havalar soyuyar-soyumaz dəm qazı ilə bağlı faciələr də artır. Şəkidə 21 yaşlı gənc "səssiz ölüm"ün qurbanı olub. Hadisə Şəki şəhəri Mehdi Hüseynzadə küşəsi, 40 ünvanında baş verib. 21 yaşlı Sultan Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında ailə üzvüləri tərəfindən aşkarlanıb.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Şəki rayon şöbəsinə təhvil verilib. Faktla bağlı Şəki rayon prokurorluğu araşdırma aparır.

187 -dən səhifə 641

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S