Super User
13-cü “İpək Yolu” Beynəlxalq Musiqi Festivalı başladı...
Qədim sənət və mədəniyyət mərkəzlərindən olan Şəkidə “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalı start götürüb. Yuxarı Karvansarayda keçirilən festivalın ilk tədbirində Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərindən gələn bayan ifaçılarının çıxışı maraqla qarşılanıb.
Axşam saatlarında isə Şəki “İpək Yolu” XIII Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi keçiriləcək. Mədəniyyət Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşan musiqi festivalın iyulun 7-dək davam edəcək və bir sıra ölkələrin, eləcə də Azərbaycanın musiqi kollektivləri iştirak edəcəklər.
Bədii qiraətçi Bəhiyyə Nağıyeva "Ötənlər"də 07.07.2024
Bədii qiraətçi Bəhiyyə Nağıyeva "Ötənlər"də 06.07.2024
Yaxşı deyək, yaxşı eşidək 04.07.2024
Camilla, Fuad Dadaşov və İbrahim Borçalı ""5 gün" Mikayıl ilə"də 04.07.2024
Minik avtomobili aşdı, 6 gənc xəsarət aldı...
Zaqatalada minik avtomobili aşıb, 6 gənc xəsarət alıb. Hadisə rayonun Yuxarı Çardaqlar kəndi ərazisində baş verib. 18 yaşlı Yuxarı Çardaqlar kənd sakini Sərvər Əhmədovun idarə etdiyi “Nissan X-Trail” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Sərvər Əhmədov, avtomobildə olan sərnişinlər, rayonun Yuxarı Çardaqlar kənd sakinləri 18 yaşlı Bilal Ərtilov, Elvin Əhmədov, Murad Yahyayev, Muhuma Məmmədov və 16 yaşlı Məhəmməd Xəlilov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.
Yaralılardan Məhəmməd Xəlilov və Murad Yahyayev,xəstəxananın təcili yardım şöbəsində nəzarətdə saxlanılıb. Digər dörd nəfər xəsarətləri yüngül olduğundan müayinə edildikdən sonra evə buraxılıblar. Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Tanınmış oftalmoloqu maşın vurdu...
Şəkidə piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün səhər saatlarında Zərifə Əliyeva küçəsində meydana gəlib. Nicat Məlikov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən piyada 64 yaşlı Gülnarə Məmmədovanı vurub. Gülnarə Məmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olan Gülnarə Məmmədova daha sonra Bakıdakı xəstəxanalardan birinə göndərilib. Qeyd edək ki, Gülnarə Məmmədova uzun illərdir Şəkidə oftalmoloq kimi əhaliyə xidmət göstərir. Faktla bağlı araşdırma aparılır.