Super User
Balakən sakinindən tapança götürülüb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat saxlayan, əvvəllər dəfələrlə məhkum olunmuş Abdülrəşid Qazaxov saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ondan bir ədəd “Makarov” tapançası, daraq və patronlar aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Qəbələdə ümumi gücü 450 kVt olan günəş elektrik stansiyaları istifadəyə verilib...
33 yaşlı kişi quyuya yıxılaraq xəsarət alıb
Şəkidə 33 yaşlı kişi quyuya yıxılaraq xəsarət alıb. Orta Zəyzid kəndində 33 yaşlı Yasin Rəsulov dərinliyi 3 metr olan, su toplanması üçün nəzərdə tutulmuş quyuya yıxılaraq müxtəlif xəsarətlərlə köməksiz vəziyyətdə qalıb.
Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə vətəndaşı quyudan çıxarıb xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Bəy və gəlin toy günündə səsvermədə iştirak edib
İsmayıllı rayonunda bəylə gəlin toy günündə Milli Məclisə növbədənkənar seçkilərdə səsvermə prosesində iştirak ediblər. Yeni ailə quran cütlük 89 saylı İsmayıllı seçki dairəsinin 3 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə ediblər.
Daşınan qutular vastiəsi ilə 15 nəfər səs verib
Daşınan qutular vastiəsi ilə Zaqatalada ahıl və xəstə şəxslərin də səsvermədə iştirakı təmin edilib. 112 saylı Zaqatala DSK Bazar kəndi ərazisində yerləşən 10 saylı seçki məntəqəsində öncədən edilən müraciətlərə əsasən 15 sakin daşınan qutu vasitəsilə səs verib.
Qəbələdə seçki prosesi
Qəbələdə də seçki prosesində aktivlik müşahidə olunub. 116 saylı Qəbələ seçki dairəsi üzrə ümumilikdə seçkilərin sayı 54 066 nəfərdir. İlk dəfə səs verəcək şəxslərin sayı isə 530 nəfərdir. 2 saylı seçki məntəqəsində bu gün ad günü olan və ilk dəfə səs verəcək 10 seçiciyə MSK tərəfindən hədiyyələr təqdim olunub.
M116 saylı Qəbələ seçki dairəsinin 3 saylı seçki məntəqəsində də seçici aktivliyi müşahidə olunur. 116 saylı Qəbələ seçki dairəsinin 42 saylı seçki məntəqəsində də səsvermə davam edir.Seçicilərin 33,77 faizi artıq öz hüququndan istifadə edib. Onların arasında ilk dəfə səs verən seçicilər də var. Səsvermə prosesi saat 19:00-da yekunlaşacaq...
Qaxda seçki prosesi...
113 saylı Qax – Şəki Dairə Seçki Komissiyasına daxil olan 73 seçki məntəqəsində 54 437 seçici qeydə alınıb. Məntəqələrdə 1 114 müşahidəçi və seçkiyə qatılan vətəndaşlar üçün tamamilə seçkiyə uyğun, rahat şərait yaradılıb.
60 -ı Qax, 13-ü isə Şəki rayonu ərazisində yerləşən məntəqələrdə ümumilikdə seçici fəallığı müşahidə olunub. Dairə üzrə ilk dəfə səsvermə hüququ olan şəxslər 517 nəfərdir. 5 nəfərin isə bu gün 18 yaşı tamam olduğundan məhz bu gün ilk dəfə səsvermə hüququ qazanıblar.
Seçicilər konstitusion hüquqlarından istifadə edirlər
Əsasən azsaylı xalqların yaşadığı Zaqatala və Balakən rayonlarında da seçki məntəqələrinin açıldığı ilk dəqiqələrdən başlayaraq seçicilərin aktivliyi müşahidə olunur. 12 saylı Zaqatala DSK-nın Yuxarı Tala kəndində yerləşən 40 saylı seçki məntəqəsində hələlik hər hansı qanun pozuntusu qeydə alınmayıb
Əliabad qəsəbəsində də seçicilər elə seçkilərin başlandığı ilk dəqiqələrdən etibarən məntəqələrə gələrək öz namizədlərinə səs verirlər. Qəsəbədə yerləşən 15 saylı seçki məntəqəsində proses uğurla davam edir. Səsvermə prosesi saat 19:00-da yekunlaşacaq...
102 yaşlı Matauş nənə səsvermə hüququndan istifadə etdi
Şamaxıda növbədənkənar parlament seçkilərində səsvermə hüququna malik seçicilər arasında 100 yaşını ötənlər də var. Onlardan biri də 88 saylı DSK-nın 16 saylı məntəqəsində qeydiyyatda olan Matauş Dövlətovadır. 2 əsrin canlı şahidi, 4 övlad, 50-dən artıq nəvə-nəticə sahibi olan 102 yaşlı Matauş nənə səhhətində problem yarandığından seçki qutusunun evinə gətirilməsi üçün müraciət edib.
Onun istəyinə uyğun olaraq evinə səyyar seçki qutusu gətirilib. O, sərbəst şəkildə bülleteni dolduraraq səsvermə hüququndan istifadə edib. Yaxınları Matauş nənənin bundan əvvəl də seçkilərdə fəal iştirak etdiyini bildiriblər.
Qeyd edək ki, 88 saylı Şamaxı seçki dairəsi üzrə 51 114 seçici qeydiyyata alınıb. Onlardan 608 nəfəri parlament seçkilərində ilk dəfə səs verəcək. Rayon üzrə yaşı 100-ü ötən seçicilərin sayı isə 5 nəfərdir.
Şəkinin Qoxmuq kəndində seçki prosesi
Ümumilikdə 1407 nəfər səs vermək üçün qeydiyyatdan keçib, saat 2-yə olan məlumata əsasən onlardan 380 nəfəri artıq səsvermədə iştirak edib. Onu da qeyd edək ki, həyatında ilk dəfə səsvermədə iştirak edən Şəkinin Qoxmuq kənd sakini Çinarə Camalova bu gün ikiqat sevinc hissi yaşayıb.
Sentyabrın 1-də 18 yaşı tamam olan Çinarə Camalova səs vermək üçün seçki məntəqəsinə gələrkən, xoş sürprizlə qarşılaşıb. Dairə seçki komissiyasının nümayəndəsi və 32 saylı məntəqə seçki komissiyasının sədri gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş “İlk dəfə səs verən seçici” vəsiqəsini təqdim ediblər.