Super User
Şəki rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib...
Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev iştirak edib. Baş prokurorluğun rəhbərliyinin də iştirak etdiyi tədbirə, həmçinin, digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları qatılıb. İştirakçılar Şəki rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub. Bildirilib ki, yeni inzibati bina ən müasir texnika və rəqəmsal-informasiya sistemləri ilə təchiz olunub.
Belə ki, prokurorluğun bütün fəaliyyət istiqamətlərini bir vahid elektron platformada birləşdirən “Elektron Prokurorluq” İnformasiya-Kommunikasiya Sisteminin quraşdırılması təmin edilib, bunun üçün bina ən müasir avadanlıqlar, kommunikasiya sistemləri, IP-telefoniya qurğuları və digər texniki chazlarla təchiz olunub.
Bundan əlavə, əməkdaşların səmərəli fəaliyyəti üçün konfrans zalı, elektron kitabxana, kriminalstik avadanlıqlarla təmin olunmuş kriminalistika otağı, istintaq hərəkətlərinin aparılması üçün “vizual tanıma istintaq otağı” və digər guşələr, həmçinin idman zalı istifadəyə verilib. Binanın işıqlandırılmasının bir hissəsini alternativ enerji ilə təmin etmək üçün günəş panelləri quraşdırılıb.
Baş prokuror prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni xidməti avtomobillərə də baxış keçirib. Sonda xatirə fotoşəkli çəkilib.
Həkim qudasının evində öldürüldü...
Bu gün səhər saatlarında Zaqatalada qətl hadisəsi olub. Aşağı Tala kəndində uzun illər həkim kimi çalışan 78 yaşlı Tariyel Əhmədovu 64 yaşlı Həsən Davudov qətlə yetirib. Tariyel Əhmədovun ailə üzvləri qaçaraq həyətdəki tikilidə gizləniblər. Həmin şəxs tikiliyə də atəş açıb. Hadisə yerinə gələn polis əməkdaşları ondan təslim olmağı tələb edib. Ancaq Həsən Davudov həmin ov tüfəngi ilə özünü də öldürüb. Tariyel Əhmədovun Zaqatalada tanınmış həkim olduğu, bir neçə il əvvəl təqaüdə çıxdığı bildirilir. Məlumata görə, hadisə onun qızının evində pul üstündə yaranan münaqişə zəminində baş verib. Faktla bağlı Zaqatala rayon prokurorluğunda istintaq aparılır.
"Biz mehriban ailəyik" adlı cüdo yarışının qalibləri mükafatlandırılıb
Şəkidə Mehriban xanım Əliyevanın doğum gününə həsr edilmiş "Biz mehriban ailəyik" adlı cüdo yarışı keçirilib. 1 gün davam edən yarışda ölkənin 14 bölgəsindən 150-dən çox idmançı öz gücünü sınayıb.
Yarışın sonunda isə müxtəlif çəki dərəcələri üzrə 1, 2 və 3-cü yerə çıxan idmançılar medal və diplomlarla mükafatlandırılıblar.
İsmayıllıda avtomobil dərəyə aşıb, sürücü ölüb...
İsmayıllı rayonunun Basqal kəndi ərazisində “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb.Qəza zamanı sürücü, 58 yaşlı Rəfad Cəbrayılov ağır bədən xəsarətləri alaraq İsmayıllı rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq Rəfad Cəbrayılov aldığı xəsarətlərdən xəstəxanada ölüb. Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.
Avtomobil vuran 37 yaşlı şəxs ölüb...
Şəkidə avtomobil 37 yaşlı kişini vuraraq öldürüb. Hadisə ötən gecə saat 23 radələrində Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan avtomobil 37 yaşlı Samrat Paşayevi vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Paşayev həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Sənin seçimin 23.08.2024
Sənin seçimin 21.08.2024
Şəhid bulağının bərpadan sonra açılışı olub
Şəkidə I Qarabağ müharibəsi şəhidi Elşad İsmayılovun vaxtilə xatirəsinə inşa olunmuş bulağın bərpadan sonra açılışı olub. Açılış tədbirində şəhidin ailə üzvləri, müharibə içtirakçıları və ictimaiyyət nümayəndələri iştirak edib.
Çıxış edənlər şəhidin şərəfli ömür yolundan, döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edib, onunla bağlı xatirələrini bölüşüblər. Ardınca xatirə bulağının açılış mərasimi baş tutub.
Tədbir məktəblilərin ifasında ədəbi- bədii kompozisiyalarla davam edib. Qeyd edək ki, Elşad İsmayılov 1992-ci ilin sentyabrın 6-da Ağdam uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Zaqatalada müşavirə keçirilib
Zaqatalada Ölkə ərazisində mövcud olan iri və xırdabuynuzlu heyvanların və atların müvafiq təlimata uyğun olaraq identikləşdirilməsinin təmin edilməsi və həmin məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddətdə həlli ilə bağlı müşavirə keçirilib.
Bildirilib ki, identikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı və heyvanların birkalanması üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır. Diqqətə çatdırılıb ki, Qaydalara əsasən, heyvanların identikləşdirilməsi AQTA tərəfindən AQTİS vasitəsilə həyata keçirilir.
AQTİS vasitəsilə heyvanın sahibi, heyvandarlıq təsərrüfatları, habelə hər bir heyvana dair fərdi məlumatların formalaşdırılaraq idarə edilməsi mümkündür. Tədbirdə həmçinin, heyvandarlıqda subsidiya prosedurlarının və damazlıq işinin təşkilində və sair məsələlər müzakirə edilib.
Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib
Şamaxıda ölümlə nəticələnən yol qəzası baş verib. Hadisə günorta saatlarında Şamaxı-Pirqulu avtomobil yolunda qeydə alınıb. Rayonun Əngərxan kənd sakini, 16 yaşlı Əsgərov Emil Oktay oğlu “VAZ21 06” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb, ardınca dərəyə yuvarlanıb. Emil Əsgərov hadisə yerində ölüb. Qohumlarının sözlərinə görə, 16 yaşlı sürücü avtomobili evdən xəbərsiz götürərək yolun hərəkət hissəsinə çıxıb. Hadisə ilə bağlı cinayət işi açılıb, araşdırma aparılır.