Super User
Sərxan Kərəmoğlu və Xuraman Şuşalı "Xəbərin var?"da 01.07.2024
Məhəmməd "cənnətə" düşüb | Məhəmməd haradadır? 30.06.2024
Gənc idmançımızla oxatmanın sirləri | Kim sevirse idmanı 29.06.2024
Qoydan kəndi tərk edildi...
Bir neçə gün öncə İsmayıllının Qoydan kəndində baş verən torpaq sürüşməsi və sakinlərin təhlükə ilə bağlı yardım çağırışı barədə məlumat vermişdik. Aidiyyatı qurumlar daha sonra əraziyə baxış keçirib, fəlakətlə bağlı yaranan komissiyanın sakinlərin dərhal təxliyyə edilməsi ilə bağlı qərarından sonra işlərə başlanılıb. Artıq Qoydanda lələ köçüb, yurdu qalıb.
İsmayıllının Qoydan kəndində son günlər yağan yağışlar nəticəsində baş verən torpaq sürüşməsindən sonra sakinlər təxliyyə edilib. Artıq 19 ev-25 ailə digər ərazilərə köçürülüb. Köçürülmə prosesi zamanı sürüşməyə məruz qalan evlərdən birində uçma baş verib. Evləri ilə yanaşı, təsərrüfatları, əkin sahələri də palçıq qatı altında qalan sakinlər FHN qüvvələrinin yardımı ilə kəndi tərk edib.
Təhlükəsizlik baxımından doğma kəndlərini tərk etmək üçün verilən qərarın doğru olduğunu hesab edən Qoydanlılar bunun maddi və mənəvi tərəfdən onlara təsirsiz ötüşməyəcəyindən narahatdılar.
Qeyd edək ki, bölgədə hazırda yağmursuz hava müşahidə edilsə də torpaq sürüşməsi aktivdir. FHN qüvvələri sakinləri tamamilə köçürülən kənddə son işləri həyata keçirir.
Niyaməddin Musayev yol hərəkəti qaydasını pozub? | Yollar bizi ayırmasın 29.06.2024
Bir ailənin 3 üzvünün ölümü ilə nəticələnən dəhşətli qəzanın detalları məlum olub...
Qaxda bir ailənin 3 üzvünün ölümü nəticələnən dəhşətli yol-nəqliyyat hadisəsinin təfərrüatları məlum olub. Qəza baş verən gün Qurbanovlar ailəsi Balakən rayonundan, xəstə ziyarətindən gəlirmiş. Hadisədə dünyasını dəyişən ailə üzvləri Şəkinin Cəfərabad kəndində dəfn ediliblər.
Xatırladaq ki, iyunun 29-da Şəki-Qax avtomobil yolunun rayonun Əmbərçay kəndi ərazisindən keçən hissəsində "Ford" və "VAZ-21015" markalı avtomobillərin toqquşub. Qəza nəticəsində Şəki rayon Cəfərabad kənd sakinləri, “VAZ”ın sürücüsü, 35 yaşlı Həbib Qurbanov, onun anası 62 yaşlı Gülnarə Qurbanova və həyat yoldaşı 35 yaşlı Aygün Qurbanova dünyasını dəyişib.
Ailənin daha 2 azyaşlı üzvü, həmçinin Ford markalı avtomobildə olan 2 azyaşlı olmaqla ümumilikdə 7 nəfər xəsarət alaraq Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Şəkili idmançıların növbəti uğuru...
Şəkidə Silahlı Qüvvələr Gününə həsr olunmuş ağır atletika üzrə zona birinciliyinin qalibləri müəyyənləşib. Ümumilikdə 40-dan çox idmançının mübarizə apardığı zona birinciliyinə Şəkidən 7 idmançı qatılıb.
Onlardan 5-i 1-ci yerə, 1-i isə 3-cü yerə layiq görülüb. Bundan əlavə, Bakıda keçirilən ağırlıqqaldırma üzrə respublika çempionatında isə 1 idmançı gümüş medal əldə edib.