Super User
Şəkidə qolunu şüşə kəsən 34 yaşlı kişi xəstəxanada vəfat edib...
Rayonunun Baş Zəyzid kənd sakini Pərviz Babayev yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib. Nəticədə şüşə onun qolunu kəsib.
Xəsarət alan şəxs Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, Pərviz Babayev gətirilərkən hemorogik şok vəziyyətində olub, çoxlu qan itirib. Nəticədə müdaxilələrə rəğmən onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.
Yeni turizm istiqamətlərinin yaradılması, tarixi abidələrin bərpası planlaşdırılır...
Şəkiyə səfər edən turistlərin sayı 2023-cü ilə nisbətən 50% artıb. Dövlət Turizm Agentliyinin məlumatına görə turistləri rayon gəlmək üçün bir çox işlər görülür. Hazırda ən çox ziyərət olunan Yuxarıbaş tarix Memarlıq qoruğu ərazisində Qala divarları kompleksində aparılan bərpa yenidənqurma, konservasiya işləri isə yaxın zamanda yekunlaşacaq.
Şəkinin Zəngin tarixi irsini nəzərə alan Agentlik yeni turizm istiqamətlərinin yaradılması istiqamətində də işlər görür. Hazırda Dövlət Turizm Agentliyinin balansında Şəkidə dövlət qeydiyyatına alınmış 83 abidə mövcuddur. Həmin abidələrdə də bərpa qoruma konservasiya işlərinin aparılması planlaşdırılır.
Agentlikdən həmçinin Şəkidə bir neçə yeni tarixi abidənin də aşkarlandığı, yaxın müddətdə bu abidələrin reyestrə salınıb, bərpa, konservasiya işləri aparılacağı , ardınca turistlərin və yerli sakinlərin ixtiyarına veriləcəyi bildirildi.
Şamaxıda ağır yol qəzası: Yaralılar var
Şamaxıda ağır yol qəza olub. Hadisə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Muğanlı kəndindən keçən hissəsində qeydə alınıb. Şamaxıdan Ağsu istiqamətinə hərəkətdə olan mikroavtobus əks istiqamətdən gələn minik avtomobili ilə toqquşub.
Yol-nəqliyyat hadisəsi nəticəsində mikroavtobusda olan 10 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar Təcili Tibbi Yardım avtomobilləri ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Araşdırmalar aparılır.
Balakəndə yaşlı qadını avtomobil vuraraq öldürüb
Hadisə Balakən-Qabaqçöl avtomobil yolunun rayonun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, rayon sakini Ramil Mamedov idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən piyada, 69 yaşlı Sürəyya Murtuzəliyevanı vurub.
Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan Sürayyə Murtuzəliyeva Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o xəstəxanada vəfat edib. Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi açılıb.
Seçki mübahisələrinin məhkəmə qaydasında həlli müzakirə olunub...
Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Şəkidə Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə seçki hüququna dair müraciətlərə baxılmasına həsr olunan regional seminar-müşavirə keçirib. Seminar-müşavirədə region üzrə apellyasiya məhkəmələrinin hakimləri və 17 dairə seçki komissiyalarının sədrləri iştirak edib.
Tədbirdə Mərkəzi Seçki Komissiyası, Ali Məhkəmə və Şəki Apellyasiya Məhkəməsinin məsul vəzifəli şəxsləri parlament seçkilərində vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin seçki komissiyalarına verilməsi və onların araşdırılması qaydaları, seçki hüquqlarının müdafiəsi ilə bağlı qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi və məhkəmədə seçki hüquqlarının müdafiəsi ilə bağlı işlər üzrə icraat barədə təqdimatlarla çıxış ediblər.
Çıxışlardan sonra seminar seçki qanunvericiliyi, müraciət və şikayətlər, o cümlədən ekspert fəaliyyəti ilə bağlı fərqli kazuslar üzrə praktik məşğələlərlə işini davam etdirib və iştirakçılar üçün sınaq testi keçirilib. Seminar-müşavirənin sonunda seçki mübahisələrinin məhkəmə qaydasında həllinə dair müxtəlif mövzular ətrafında müzakirələr aparılıb və dairə seçki komissiyalarının ekspertlərini maraqlandıran suallara aydınlıq gətirilib.
Səhər dəmi 23.07.2024
Solo Star - İstedadlar yarışı | Yaxşı deyək, yaxşı eşidək 22.07.2024
Sevinc Ağaşirinova, Camilla, Günel Mehemmedli və Əli Pormehr "5 gün" Mikayıl ilə"də 22.07.2024
Müğənni Sabir Əhmədov ilə Xəbərin var? 22.07.2024
Avtomobil qəzasında 4 nəfər xəsarət aldı...
Şəkidə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Günorta saatlarında Şəki şəhəri Zərifə Əliyeva küçəsində "Mercedes" və "VAZ" markalı minik avtomobilləri toqquşub.
Hadisə nəticəsində 27 yaşlı Lətif Hacılı, 68 yaşlı Əjdər Səlimov, 56 yaşlı Yaşar Pirməmmədov, 16 yaşlı Cəlal Əliyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Şəki RMX-ya yerləşdiriliblər, vəziyyətləri orta ağırdır. Faktla bağlı araşdırma aparılır.