Super User

Super User

İsmayıllıda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Sözügedən əməli törətməkdə şübhəli bilinən 61 yaşlı Cəfər Niftalıyev və oğlu Anar Niftalıyev saxlanılıb. Onların yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya edilərək yetişdirilən 274 ədəd çətənə bitkisi aşkar olunub. Saxlanılan şəxslər narkotik tərkibli bitkiləri bir müddət əvvəl qazanc əldə etmək məqsədilə əkdiklərini və aqrotexniki qaydada qulluq göstərdiklərini bildiriblər.

Keçirilən digər əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bayram Hüseynov və oğlu Salman Hüseynov saxlanılıb. Onların həyətyanı sahəsindən isə çəkisi 80 kiloqram olan 57 ədəd çətənə kolu və marixuana müəyyən edilib. Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Cümə axşamı, 18 İyul 2024 18:24

Eşitməyən qalmasın 19.07.2024

Cümə axşamı, 18 İyul 2024 18:21

Səhər dəmi 19.07.2024

Cümə axşamı, 18 İyul 2024 15:28

Yaxşı deyək, yaxşı eşidək 18.07.2024

Cümə axşamı, 18 İyul 2024 14:15

“KOB FEST” start götürdü...

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Şəki şəhərində regionlarda fəaliyyət göstərən mikro və kiçik sahibkarların istehsal etdiyi məhsul və xidmətlərin tanıdılması, satışına dəstək olmaq, istehsalçılar və təchizatçılar arasında əlaqələrin genişləndirilməsi məqsədilə “KOB FEST” sərgi-satış yarmarkası təşkil olunub.

“KOB FEST”də Şəki şəhəri və ətraf rayonlardan olan KOB subyektləri tərəfindən bölgəyə xas olan sənətkarlıq nümunələri, o cümlədən ipək kələğayı, xalçalar, rəssamlıq nümunələri, dəri üzərində tikmə, taxta üzərində oyma, müxtəlif əl işləri, Şəki şirniyyatları, arıçılıq məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş məhsullar, yüngül sənaye məhsulları nümayiş olunur və satılır.

Festivalda ölkənin müxtəlif regionlarından olan 80-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1500-dən çox adda qida və qeyri-qida məhsulları, eləcə də sənətkarların və yaradıcı şəxslərin əl işləri sərgilənir.

Xatırladaq ki, Sərgi-satış yarmarkası iyulun 20-dək hər gün saat 10.00-dan 18.00-dək fəaliyyət göstərəcək. Növbəti “KOB FEST” sərgi-satış yarmarkasının isə Gəncə şəhərində keçirilməsi planlaşdırılır.

198 -dən səhifə 613

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S