Super User
30 ildir su üzünə həsrət qalan kənd
Şəkinin Cəfərabad kəndinin sakinləri nə az, nə çox 30 ilə yaxındır ki, yaşadıqları bir problem səbəbindən heç nəyə sevinə bilmirlər. Bu kəndin sakinlərinin dərdi su dərdidir.
Bulaq başına gedib, vedrələrlə su daşımaq uzun məsafə olduğu üçün çətinlik yaradır. Bulağa gedən yolda Yevlax-Zaqatala avtomagistralını da keçmək ayrı bir məşəqqət və təhlükədir. Bir sözlə, bir içim su üçün əzab çəkən insanların "susuzluğu yatırılacaqmı?"
Rövşanə Ruhəngiz Allahverdiyevaya hirsləndi: Qadınları niyə aşağılayırsız?!| Xəbərin var? 28.10.2024
Sayqa ilə 28.10.2024
"5 gün" Mikayıl ilə 28.10.2024
Şəhidlərin əziz xatirəsi yad edildi
Şəkidə Vətən müharibəsi şəhidləri İbrahim Məmmədov və Eltun Kərimovun anım günü keçirilib. Nizami Gəncəvi adına 7 nömrəli tam orta məktəbin “Şəhidləri yaşadaq” layihəsi çərçivəsində keçirilən anım tədbirində şəhid ailələri, şəhər ictimaiyyəti, məktəb kollektivi iştirak edib. İlk öncə vətən müharibəsində canını fəda edən şəhidlərin əziz xatirəsi yad edilib, ruhlarına dualar oxunub.
Çıxış edənlər şəhidlik zirvəsinə ucalan qəhrəmanların igidliklərindən, şücaətindən danışıb, onlar haqqında xatirələrini bölüşüblər. Tədbirin bədii hissəsində məktəblilərin ifasında vətənpərvər ruhda şeir və mahnılar səsləndirilib.
Hava şəraiti ilə bağlı sürücü və piyadalara müraciət edilib
Sinoptiklərin məlumatına əsasən, ölkə ərazisində hava şəraitinin güclü külək və yağışla müşahidə oluna kəskin dəyişməsi, dağlıq ərazilərdə qar yağması gözlənilir.
Baş Dövlət Yol Polisi İdarəsi verilən xəbərdarlıqla əlaqədar hərəkət iştirakçılarına müraciət edərək onlardan yollarda yarana biləcək təhlükələrə qarşı hazırlıqlı olmağı, avtomobillərin mövsümə uyğun təchizatına xüsusi diqqət ayırmağı xahiş edir.
Ayan Babakişiyevanın yol qəzası | Yollar bizi ayırmasın 26.10.2024
Dana Durdana: Mən anamın qatili oldum | Həftənin qonağı 26.10.2024
Kanal S-inema 26.10.2024
Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edilib
TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Qəbələ Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil edib. Səfərin məqsədi media və qeyri-hökumət təşkilatlarının nümayəndələrini Xəstəxananın fəaliyyət istiqamətləri, yeniliklər, nəzərdə tutulan perspektiv planlar, eləcə də icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində göstərilən tibbi xidmətlərlə tanış etməkdən ibarət olub.
Tabeli tibb müəssisələrində göstərilən ixtisaslaşdırılmış tibbi xidmətlərin təkmilləşdirilməsi, keyfiyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib.Həmçinin həkimlərin sosial rifahının yaxşılaşdırılması məqsədilə icbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə işçilərinin gəlirlərində olan əsaslı artımlardan bəhs edilib.