Super User

Super User

Zərifə İlyasova birinci qrup üzrə ali məktəblərə qəbul imtahanında ən yüksək nəticə göstərən abituriyentdir. Şəki şəhər 18 saylı orta məktəbin məzunu təəssüratlarını KANAL S-lə bölüşüb. Deyir ki, cavabları öyrəndiyində inanmayıb...

Oğuzda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Əvvəllər məhkum olunmuş Ələkbər Məmmədəliyev və Nemət Abdullayevin çətənə kollarını Padar və Xaçmaz kəndində yetişdirdikləri məlum olub.

Həmin ərazidən aşkarlanan çətənə kolları və xüsusi vasitələr maddi sübut kimi götürülüb. Əməliyyatlar zamanı rayonda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən daha 6 nəfər saxlanılıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

İyunun 15-i saat 18:30-da Qəbələ Dəmir Yolu Vağzalının qarşısında yol qəzasında xəsarət alan xarici vətəndaşların son durumu açıqlanıb. Fövqəladə Hallar Nazirliyi və TƏBİB-in Mətbuat xidmətlərinin birgə yaydığı məlumata görə, yol-qəza hadisəsi nəticəsində xarici ölkə vətəndaşı olan 5 qadın xəsarət alıb.

Qeyd olunub ki, onlardan 2005-ci il təvəllüdlü şəxsin yerində ölüm faktı qeydə alınıb. Digər 4 nəfər Qəbələ Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Koma vəziyyətində olan 1999-cu il təvəllüdlü şəxs isə FHN-ə məxsus helikopterlə Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə edilib.

Şəki kəndində keçirilən anım günündə şəhidin ailəsi, döyüş yoldaşları ictimaiyyət nümayəndələri ştirak ediblər. Tədbirdə şəhidin əziz xatirəsi yad edilib, ruhuna dualar oxunub. Çıxış edənlər şəhid Kamal Kamallının keçdiyi şərəfli ömür yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.

Daha sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, kompazisiyalar ifa olunub. Qeyd edək ki, 29 yaşlı Kamal Kamallı 2020-ci ilin avqust ayından Dövlət Sərhəd Xidmətində gizir kimi xidmətə başlayıb. O, Vətən müharibəsinin iştirakçılarından biridir. Qeyd edək ki, Kamal Kamallı 2021-ci ildə sərhəd-döyüş məntəqəsindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında qəzaya düşərək şəhadətə yüksəlib.

204 -dən səhifə 599

Ünvan: Azərbaycan, Şəki, AZ5500, 20 yanvar küç. Qaynar xətt: +994 50 201 93 93 Tel.: +994 24 244 6875 Fax: +994 24 244 13 71 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

© 2021 Copyright: KANAL S