Super User
Səhər dəmi 17.06.2024
Leysan yağışları fəsadlar törətdi
Milli Qurtuluş Günü Şəkidə qeyd edilib
Şəkidə Milli Qurtuluş günü münasibəti ilə tədbir keçirilib. Heydər Əliyev mərkəzində baş tutan tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, şəhər ictimaiyəti və şəhid ailələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər vurğulayıb ki, xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur, yenidən hakimiyyətə gəldiyi günü Milli Qurtuluş Günü kimi qeyd edir. Müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır. Xalqımız əmindir ki, regionun lider dövləti olan Azərbaycan bundan sonra da böyük uğurlar qazanacaq, öz qüdrətini daha da artıracaq.
Tədbirdə YAP sıralarına yeni qəbul edilmiş bir qrup gəncə üzvlük vəsiqələri təqdim edilib. Daha sonra Milli Qurtuluş gününə həsr edilmiş qısametrajlı sənədli film nümayiş etdirilib. Şəki rayon Psixiatriya xəstəxanasında da "Milli Qurtuluş günü", "Qurban bayramı" və "Səhiyyə işçilərinin peşə bayramı" münasibətilə tədbir keçirilib. Tədbirdə səhiyyə işçiləri, müharibə vetranları və aztəminatlı ailələrin üzvləri iştirak edib.
Çıxış edənlər bildirib ki,dahi şəxsiyyət Heydər Əliyev xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir, müstəqil Azərbaycanı bəxş edib. Ölkəmizin qazandığı bütün uğur və nailiyyətlər, o cümlədən səgiyyə sahəsində əldə olunan inkişaf və tərəqqi Heydər Əliyev siyasətinin nəticəsidir. Sonda qarşıdan gələn qurban bayramı münasibəti ilə hər kəsin bayramı təbrik edilib. Aztəminatlı 15 ailələyə ərzaq yardımı göstərilib.
Sosial şəbəkədə vətəndaşların pulunu mənimsəyən şəxs tutuldu...
Sosial şəbəkədə qazanc əldə etmək adı ilə vətəndaşları aldadaraq onların pulunu və qızıllarını talayan şəxs saxlanılıb. 24 yaşlı Cavid Mustafayev Instagramda səhifə yaradaraq insanlara daha çox qazanc əldə etmək kimi şirnikləndirici vədlər verib.
Daha sonra balansda olan məbləğin daha da artırılması və rüsumların ödənilməsi kimi qanunsuz tələblərlə zərərçəkənlərdən əlavə pul alıb. Bu üsulla o, 228 min manat və 50 min manat dəyərində qızıl-zinət əşyaları ələ keçirib.
Həmin şəxs tanınmamaq üçün zərərçəkənlərdən qızıl-zinət əşyalarını əvvəlcədən özünün müəyyənləşdiridyi yerlərə qoymalarını tələb edib. Məhkəmənin qərarı ilə Cavid Mustafayev barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.