Super User
Səhər dəmi 13.06.2024
Xeyirli axşamlar 11.06.2024
Eşitməyən qalmasın 12.06.2024
Yaxşı deyək, yaxşı eşidək 12.06.2024
Şəmsəddin İbrahimov, Gülnar Qüdrətli və Ofelya Şabanova ""5 gün" Mikayıl ilə"də 12.06.2024
Leyla Rəhimova: Təkliflər çoxdur, vaxtım yoxdur gedib oxumağa... | Xəbərin var? 12.06.2024
Sel suları ciddi fəsadlar törətdi...
Şimal-Qərb bölgəsinə və aran rayonlarına güclü leysan yağıb. Yağışın şiddəti İsmayıllıda Girdiman çaydan selin keçməsinə səbəb olub. 20 kəndə elektrik enerjisinin verilişində fasilələr yaranıb. Lahıc yaşayış məntəqəsinə aparan yol bağlanıb...
Qəbələdə leysan nəticəsində evləri, obyektləri və təsərrüfatları su basıb, bəzi küçələrdə asfalt örtüyü sıradan çıxıb. Qəbələnin Laza kəndində içərisində iki nəfər olan avtomobil çayda batıb. FHN Şimal-qərb Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib. "VAZ-2106" markalı minik maşını sudan çıxarılıb, insanlar xilas edilib...
Narkotikin təsiri altında avtomobil idarə edən sürücü həbs olunub...
İsmayıllı polisi “VAZ-2106” markalı avtomobilin sürücüsü Zaur Şirəliyevi nəqliyyat vasitəsinin işıq cihazları nasaz olduğu üçün saxlayıb. Sənədləri yoxlanılarkən Şirəliyevin sürücülük hüququnun olmadığı məlum olub və narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana istifadə etdiyi müəyyən olunub. Məhkəmənin qərarı ilə Zaur Şirəliyev 15 sutka inzibati qaydada həbs edilib.
Manaf Ağayev Leyla Rəhimovaya görə efirə gəlmədi! İsa Şükürovdan AÇIQLAMA! | Xəbərin var? 12.06.2024
Şəkidə göldə çətənə kolu yetişdirən şəxs saxlanılıb...
Əməliyyat zamanı məlum olub ki, bu əməllə məşğul olan 34 yaşlı Nicat Cəfərov həm də üzərində “Makarov” markalı tapança gəzdirirmiş. Ondan silah və Aşağı Küngüt kəndindəki meşə ərazisində yerləşən gölün “ada” hissəsində becərdiyi ümumi çəkisi 60 kiloqram olan 560 ədəd çətənə kolu, gübrə və yaşayış üçün vacib olan digər vasitələr maddi sübut kimi götürülüb.
Nicat Cəfərov narkotik tərkibli bitkiləri qazanc əldə etmək məqsədilə əkdiyini və qayıq vasitəsilə həmin yerə gedərək aqrotexniki qulluq göstərdiyini etiraf edib. O, ərazini kənardan müşahidə etmək üçün orada xüsusi günəş panelli videokameralar da quraşdırıb. Məhkəmənin qərarı ilə Nicat Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib, narkoşəbəkənin digər üzvlərinin müəyyən edilərək istintaqa cəlb olunmaları istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.